Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Sabah suverenliyini tam təmin etmiş Azərbaycanda ilk parlament seçkiləri keçiriləcək
Şanlı tarixində mükəmməl seçki təcrübəsinə, bu sahədə zəngin ənənəyə sahib olan Azərbaycanda sabah parlament seçkiləri keçiriləcək. Bu seçkilərin özəlliyi odur ki, tariximizdə ilk dəfə Qarabağ və Şərqi Zəngəzurda parlament seçkiləri reallaşacaq. 31 ildən sonra doğma yurdlarına qayıdan soydaşlarımız ali qanunverici orqanda - Milli Məclisdə onları təmsil edəcək deputatlarını seçəcəklər.
Milli Məclisə keçiriləcək bu seçkilər torpaqlarına yenidən sahib olan bütövləşmiş Azərbaycanın həyatında yeni bir mərhələdir.
Ümumiyyətlə, son 21 ildə ölkəmizdə təkmil seçki modeli formalaşıb. 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyinin elan edilməsindən etibarən Azərbaycanda ümumilikdə 8 prezident, 6 parlament, 5 bələdiyyə seçkisi, həmçinin 6 referendum keçirilib.
2024-cü il isə onların içərisində xüsusilə seçilir. Çünki bu il ölkəmizdə üç mühüm seçki ilə əlamətdar olacaq. Belə ki, ilin əvvəlində, fevralın 7-də Azərbaycanda "Zəfər seçkiləri" adlandırılan prezident seçkiləri reallaşıb. Xalqımız İkinci Qarabağ müharibəsindəki Şanlı Zəfərin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevi birmənalı şəkildə özünə yenidən lider seçib.
Sabah isə tariximizdə ilk dəfə olaraq suverenliyini tam təmin etmiş, yəni Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla bütün Azərbaycanda ilk parlament seçkiləri keçiriləcək.
Ölkəmizin seçki qanunvericiliyinə əsasən, bu gün deputatlığa namizədlərin seçkiqabağı təşviqat kampaniyaları dayanır. Yəni təşviqat üçün ayrılmış 23 gün başa çatır. Bu proses səsvermə gününə 23 gün qalmış başlanılıb və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.
MSK tərəfindən seçicilərin rahat səs verə bilmələri üçün hərtərəfli şərait yaradılıb. Azərbaycanda hazırda səsvermə hüququna malik 6421960 nəfər seçici var. Seçkilərdə 990 namizəd mübarizə aparacaq. Ölkə üzrə ümumilikdə 6 mindən çox seçki məntəqəsi fəaliyyət göstərəcək. Bu məntəqələrdən 54-ü işğaldan azad edilmiş ərazilərdə yerləşir. Onların 34-ü daimi, 20-i isə müvəqqətidir. İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə səsvermə huququna malik əhalinin sayı 42 mindən çoxdur.
Seçkiləri 600 minə yaxın beynəlxalq, 112 mindən artıq isə yerli müşahidəçilər izləyəcəklər. Xüsusi olaraq vurğulanmalıdır ki, siyasi partiyalar və yerli vətəndaş cəmiyyəti institutları bu prosesdə aktivlik nümayiş etdirir və çoxsaylı müşahidəçilərlə səsvermə prosesinin müşahidəsini aparacaqlar.
Sabah 18 yaşı tamam olan 374 nəfər parlament seçkilərində səs verəcək. Seçkilərdə ilk dəfə səs verən seçicilər üçün xüsusi seçici kartları hazırlanıb. Belə ki, ilk dəfə səs verən seçicilərdən 374-ü sentyabrın 1-də doğum gününü qeyd edəcək. Onlara xüsusi təbrik kartları veriləcək. MSK sədri Məzahir Pənahov həmin kartlara rəhbərlik etdiyi qurumun xüsusi möhürünun vurulması təklifini irəli sürüb.
Əvvəlki seçkilərdə olduğu kimi, sentyabrın 1-də keçiriləcək seçkilərdə də daşınan seçki qutularından istifadə ediləcək. Bütün seçki məntəqələri daşınan seçki qutusu ilə təmin olunub. Qeyd edək ki, səsvermə prosesində daşınmaz seçki qutuları ilə yanaşı, daşınan seçki qutularından da istifadə etmək qanunvericiliyin tələbidir. Seçki Məcəlləsinə əsasən, daşınan seçki qutularından istifadə qaydaları müəyyən edilib. Sağlamlığı seçki məntəqəsinə gəlməyə imkan verməyən seçicilər səsverməyə bir gün qalmış məntəqə seçki komissiyasına müraciət edirlər. Məntəqə seçki komissiyası ərizəyə baxış keçirdikdən sonra qərar qəbul edir. Səsvermə günü komissiyanın iki nümayəndəsinin iştirakı ilə daşınan seçki qutusu müraciət edən seçicinin ünvanına aparılır və səsvermə hüququ təmin olunur. Səsvermə prosesi başa çatdıqdan sonra ilk olaraq, daşınan seçki qutularındakı səslər sayılır, sonda ümumi səslərin üzərinə gəlinir. Bütün proses qanunauyğun hazırlanan müvafiq qaydalar çərçivəsində həyata keçirilir.
Bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də şəffaflığın təmin edilməsi baxımından əhəmiyyətli tədqiqat növü hesab olunan "exit-poll" keçiriləcək. Anonim keçirilən bu sorğu prosesi kimin qalib gəldiyini operativ və obyektiv şəkildə müəyyənləşdirməyə imkan verir. Ölkəmizdə son illərdə bu sistem uğurla tətbiq olunur.
Bir sözlə, Azərbaycanda seçkilərin təşkili və keçirilməsi üzrə olduqca zəngin demokratik ənənə və böyük təcrübə mövcuddur. Bu baxımdan, bu seçkilər də respublikamızda demokratik dəyərlərin tam bərqərar olduğunu növbəti dəfə təsdiq edəcək. Seçicilərin seçkilərdə fəal iştirakı isə respublikamızın inkişaf və yüksəliş reallıqlarına əsaslanacaq.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Ernesto Ottone: Bakıda keçiriləcək COP29 iqlim böhranının həlli istiqamətində xüsusi əhəmiyyətə malikdir
Petre Mamradze: Bəzi Qərb ölkələri Cənubi Qafqazda xaos və qarşıdurma yaratmaq istəyirlər
Peskov Moskvada Zəngəzur dəhlizi məsələsinin müzakirə olunduğunu istisna etməyib
Azərbaycanın və Belarusun media subyektləri arasında əməkdaşlıq genişləndirilə bilər
Prezident İlham Əliyev: Biz istənilən sanksiyalara qarşı qətiyyətlə çıxış edirik
Norveç terror təhlükəsi səviyyəsini artırıb
Prezident İlham Əliyev Moskvada “Rossiya 1” televiziya kanalına müsahibə verib
BMT Efiopiyanın Amhara bölgəsində humanitar əməliyyatları dayandıra bilər
Rusiyalı idmançı Barselonada həlak olub
Prezident İlham Əliyev: Nankorluq ABŞ-ın Azərbaycana qarşı sanksiyaları kontekstində onunla bağlı istifadə olunacaq ən sərt söz deyil
İtaliya jurnalı COP29-un əhəmiyyətindən yazıb
Nazir Rəşad Nəbiyev Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
Baş Prokurorluğun geniş kollegiya iclası keçirilib
Ekspert: COP29-un Azərbaycana həvalə edilməsi çox böyük uğurdur
Azərbaycanda İkinci Dünya müharibəsinin iştirakçıları dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-4
Prezident İlham Əliyev: 9 May – Qələbə Bayramı MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir
Kamikadze məhv edildi
“Nobel”in favorit namizədləri açıqlandı
Rusiyalı alpinistlərin cəsədləri tapıldı
Tramp Ukraynaya yardım edənləri sərt tənqid etdi
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!