09 Yanvar 2022 00:21
451
Elm və texnika
A- A+

Ayda tədqiqat bazası

 

NASA “Artemis” adlı missiya çərçivəsində insanların Aya gedişini təxirə saldığı bir vaxtda çinlilər Yer kürəsinin peykində tədqiqat stansiyasının yaradılması prosesini sürətləndiriblər. Güman olunur ki, artıq bu onilliyin sonuna  çinlilər Ayda ilk tədqiqat stansiyasını inşa edəcəklər.

İlk əvvəl “Change-8” adlı missiya çərçivəsində Ay bazasının yaradılması 2035-ci ilə planlaşdırılırdı. Lakin sözügedən layihənin reallaşdırılma prosesinin sürətləndirilməsi qərarı qəbul edilib. Yeni plana əsasən, Ayda tədqiqat bazası 2027-ci ilə kimi inşa edilməlidir. Yer kürəsinin peykinin mənimsənilməsi üçün artıq mobil tədqiqat stansiyası yaradılır. Gözləntilərə əsasən, hazırlanan mobil tədqiqat stansiyası 1000 kilometr yol qətt edə biləcək. Bundan əlavə, Aydakı bazanın inşası və xidməti üçün 3D çap texnologiyalarının araşdırılması da reallaşdırılır. Bu proseslər üçün Aydakı mövcud materiallardan, enerji mənbəyi kimi isə nüvə qurğusundan istifadə ediləcək.

“Artemis” missiyasından fərqli olaraq, Çinin bu proqramı həmin bazaların Aydakı mağaralarda yaradılmasına əsaslanır. Beləliklə də, bazalar meteoritlərdən və kosmik radiasiyadan qorunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video