Ayda su
Çinin Geologiya və Geofizika İnstitutunun alimləri “Chang'e-5” adlanan pilotsuz kosmik cihazın Aya eniş nöqtəsində əldə edilmiş fotoları və məlumatları analiz ediblər.
Cihazın eniş nöqtəsindən əldə etdiyi Ayın qırıntılardan ibarət ən üst qatı olan reqolitin tərkibində 1 ton torpaq və süxurun payına düşən 120-180 qram su mövcuddur. Bu Yer kürəsində olan göstəricidən daha aşağıdır. Tədqiqat çərçivəsində alimlər təkcə fotoları deyil, həmçinin aparatın konstruksiyasında olan spektrometr vasitəsilə reqolitin və süxurun spektral əks etdirmə özəlliyinin məlumatlarını da analiz ediblər.
Nümunədə mövcud olan su səviyyəsini molekulların işığı necə udduqları əsasında təyin etmək mümkündür. Lakin bu üsul o qədər də dəqiq nəticə vermir. Belə ki, Ay səthindən ifraz olunan istilik əldə edilən məlumatlara təsir göstərir. Çinli alimlər bu təsiri istilik korreksiya modelinin istifadəsi vasitəsilə kompensasiya ediblər. Əldə edilmiş məlumatlar Ay torpağında 120 qram, yüngül qabarıq süxurda isə 180 qram suyun olduğunu göstərib. Tədqiqatçıların fikirlərinə əsasən, buradakı suyun əsas mənbəyi Günəş küləyidir.
Süxurun tərkibində olan yüksəksəviyyəli rütubət Ay səthinin altında yerləşən naməlum mənbə ilə əlaqələndirilir. Qeyd etmək lazımdır ki, “Chang'e-5” missiyası 2020-ci ildə başa çatıb. Missiyanın sonunda kosmik cihaz 1731 qram Ay süxuru götürərək onu Yer kürəsinə uğurla çatdırıb. Ayda suyun mövcud olması üzrə sübutlar daha əvvəllər də mövcud olub. Lakin onlar Ay süxurlarının araşdırılması və orbital aparatların müşahidələri vasitəsilə əldə edilmişdi.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb...
23 Aprel
AQC Direktorlar Şurasının yığıncağı keçirilib
23 Aprel
Fransada beş miqrant həlak olub
23 Aprel
Vladimir Putinin andiçmə mərasiminin tarixi məlum olub
23 Aprel
Ukraynanın itkiləri 500 minə çatıb - Şoyqudan AÇIQLAMA
23 Aprel
İran İsrailə görə Avropaya səsləndi
23 Aprel
"Şeytanın kometası" sürətlə planetimizə yaxınlaşır
23 Aprel
Ən böyük qara dəlik aşkar edilib
23 Aprel
“Nothing” yeni smartfonunu təqdim edəcək
23 Aprel
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilməri...
23 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!