Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Avstriyanın inkişaf etməkdə olan ölkələrdə iqlim maliyyələşdirməsinin mühüm sütunu olan "İqlim Dəyişikliyi üzrə İtki və Zərər Fondu"na töhfəsi 15 milyon avro artırılacaq.
AZƏRTAC xəbər verir ki, Avstriyanın "Die Presse" qəzeti yazır: "Neft və qazla zəngin Azərbaycanın paytaxtı Bakıda keçiriləcək növbəti iqlim konfransına üç ay qalmış Avstriya nümunə göstərir: İtki və Zərər Fonduna töhfə 15 milyon avro artaraq 25 milyona avroya çatıb. Vəsaitlər iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərini və iqlimlə bağlı hadisələrin vurduğu geri qaytarıla bilməyən zərərin kompensasiyasını maliyyələşdirmək üçün nəzərdə tutulub".
İqlim böhranının və onun dağıdıcı nəticələrinin bütün dünyada insanlar üçün ciddi təhlükə yaratdığını qeyd edən Avstriyanın İqlim Mühafizəsi, Ətraf Mühit, Enerji, Nəqliyyat, İnnovasiya və Texnologiyalar Nazirliyinin rəhbəri Leonore Gevessler deyib: "Biz öz məsuliyyətimizə ciddi yanaşır və Qlobal Cənubda yerləşən ölkələrə dəstək veririk".
Ümumilikdə, Avstriya 2023-cü ildən 2027-ci ilə qədər fonda 50 milyon dollar ayıracağını vəd edib.
İndiyədək iqlim dəyişikliyi ilə mübarizəni dəstəkləmək üçün bir neçə yüz milyon dollar ayrılıb: bu məsələdə Aİ ən böyük donordur (225 milyon avro), Almaniya və Birləşmiş Ərəb Əmirlikləri hər biri 100 milyon, Böyük Britaniya - 60 milyon və Yaponiya - 10 milyon avro vəsait ayırıb. ABŞ-nin töhfəsi kifayət qədər kiçik olub, cəmi 17,5 milyon dollar. Səbəb yəqin ki, ABŞ administrasiyasının verdiyi bir neçə bəyanatda Vaşinqtonun bu məqsəd üçün ödəmələrin "təzminat" kimi başa düşülməməli olduğunu vurğulamasıdır. Bu tələbi Qlobal Cənub ölkələri illərdir irəli sürür. Onların arqumenti budur ki, iqlim böhranı ABŞ və digər sənayeləşmiş ölkələrdə yaranıb, lakin indi bunun nəticələrinin ağır yükünü inkişaf etməkdə olan ölkələr çəkir.
"Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək" layihəsi yekunlaşıb
Hindistan səfiri Lənkəranda olub
Meyvə festivallarının sırasına biri də əlavə edildi
Sahilin başına "oyun açan" Xəzər
Yanardağın "sirləri"
Qaratüstülü avtobuslardan tutmuş küçə ticarəti və tullantı qalaqlarınacan...
Qərb-Ermənistan-Rusiya üçbucağında nələr baş verir?
Şvabenin ermənipərəstliyi
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına
Sürət, həyəcan və möhtəşəm Azərbaycan Qran-prisi
Azərbaycan nümunəsi
Azercell abunəçilərinin nəzərinə
“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
“Liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektinin müsabiqə əsasında icarəyə verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabineti - QƏRAR № 420
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə tərkibi buraxılmış məntəqə seçki komissiyalarının SİYAHISI
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin SİYAHISI
Mərkəzi Seçki Komissiyası –Qərar № 45/222
Mərkəzi Seçki Komissiyası –Qərar № 45/223
Mərkəzi Seçki Komissiyası –Qərar № 45/224
Mərkəzi Seçki Komissiyası –Qərar № 45/225
Qüdrətli dövlət, güclü ordu, yüksək rifah11 Sentyabr 2024
İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!10 Sentyabr 2024
Ümumavropa qaz təchizatçısı08 Sentyabr 2024
Riyakarlıq xəstəliyi04 Sentyabr 2024
Xankəndidə seçki izdiham02 Sentyabr 2024
Azad və demokratik ənənənin təntənəsi31 Avqust 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!