19 Yanvar 2022 18:51
659
DÜNYA
A- A+

Avropa Parlamentinin yeni sədri kimdir?  

Maltalı deputat Roberta Metsola dünən Avropa Parlamentinin sədri vəzifəsinə seçilib. Avropa İttifaqı Parlamentinin son 23 ildə ilk qadın sədri olan Roberta Metsola barədə nə məlumdur?

AZƏRTAC xəbər verir ki, bu siyasətçi ilk dəfə 2013-cü ildə Avropa Parlamentinə deputat seçiləndən sonra məşhurlaşıb. Maltada deputat kürsüsü tutmuş ilk qadınlardan biri olmuş Metsola 2014-cü ildə rekord sayda səs toplayaraq yenidən Avropa Parlamentinə seçildi. Daha sonra Avropa Parlamenti sədrinin müavini vəzifəsini tutan Metsola dünən daha bir pillə ucalaraq Avropa Parlamentinin yeni sədri oldu. Onlayn rejimdə keçirilmiş dünənki səsvermədə 690 deputatdan 458-i onun namizədliyini dəstəkləyib.

Məlumat üçün bildirək ki, Avropa Parlamentinin sədri vəzifəsinə Metsolanın namizədliyi “Avropa Xalq partiyası” fraksiyası tərəfindən irəli sürülüb. 1999-cu ildən bəri həmin strukturun ilk qadın spikeri bu vəzifədə David Sassolini əvəz edəcək.

2019-cu il iyulun əvvəlində Avropa Parlamentinin sədri vəzifəsinə seçilmiş Sassoli keçən il dekabrın 26-dan İtaliya xəstəxanasında müalicə olunurdu. Sassoli bu il yanvarın 11-də İtaliyada həyatının 66-cı ilində onkoloji xəstəlik nəticəsində vəfat edib. Avropa Parlamentinin yeni sədri vəzifəsinə seçkilər bu il yanvarın ortalarında keçirilməli idi. Artıq o vaxt gözlənilirdi ki, Sassoli həmin seçkilərdə iştirak etməyəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video