10 Iyun 2022 17:28
964
PARLAMENT
A- A+

Avropa Parlamentinin nümayəndəsi: Azərbaycan Avropanın daim diqqət mərkəzində olan ölkədir

İyunun 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin sədr müavini Andris Ameriks ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitə sədri qonağı salamlayaraq, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin uğurla inkişaf etdiyini deyib. Bildirib ki, ölkəmizlə bu mötəbər qurum arasında əlaqələrin genişlənməsində parlamentlərarası münasibətlər böyük əhəmiyyət daşıyır. Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsi çərçivəsində səmərəli əməkdaşlıq qurulub. Ölkəmizdə Avropa standartlarına uyğun qanunvericilik bazası formalaşdırılıb.

Söhbətdə Azərbaycanla Avropa İttifaqı arasında qarşılıqlı faydalı siyasi, iqtisadi əməkdaşlığın genişlənməkdə olduğu qeyd edilib. Ölkəmizdə həyata keçirilən islahatlardan, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu qlobal layihələrdən, əldə olunmuş nailiyyətlərdən söhbət açılıb. Komitə sədri qonağa ölkəmizdə yaradılmış Ələt Azad İqtisadi Zonası haqqında məlumat verib, azad zonanın yaradılmasında məqsəd, onun fəaliyyəti, potensial imkanları barədə danışıb.

Görüşdə Tahir Mirkişili 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi şanlı Qələbədən söhbət açıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı 30 illik erməni işğalından azad etdiyini, ərazi bütövlüyümüzü bərpa etdiyini diqqətə çatdırıb. O, postmünaqişə dövründə yaranmış reallıqlardan danışıb. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərindən bəhs edib. Komitə sədri Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və ölkəmiz tərəfindən təqdim olunan prinsiplər əsasında sülh müqaviləsinin imzalanması məsələsinə toxunub.

Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin sədr müavini Andris Ameriks qonaqpərvərliyə və səmimi söhbətə görə minnətdarlığını ifadə edib. Ölkəmizin zəngin tarixə, mədəniyyətə malik olduğunu deyən qonaq Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyindən danışıb.

Andris Ameriks ölkəmizdə müşahidə etdiyi iqtisadi yüksəlişin onda böyük təəssürat yaratdığını bildirib. Ölkəmizin həyata keçirdiyi enerji, nəqliyyat layihələrinin əhəmiyyətli olduğunu söyləyib. Qeyd edib ki, Azərbaycan həm geosiyasi nöqteyi-nəzərdən, həm də iqtisadi baxımdan Avropanın daim diqqət mərkəzində olan bir ölkədir. Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa böyük önəm verir.

Söhbətdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın hazırkı vəziyyəti, gələcək inkişaf perspektivləri barədə danışılıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video