01 Dekabr 2021 00:51
552
İQTİSADİYYAT
A- A+

Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Lənkəranda olub

 

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko Lənkərana səfər edib.

AZƏRTAC xəbər verir ki, səfər zamanı diplomat Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb.

İcra başçısı rayonun imkanları, həyata keçirilən işlər barədə məlumat verib. Qeyd edib ki, sahibkarlığın inkişafı üçün Lənkəranda hər bir şərait yaradılıb. Aİ ilə əməkdaşlığa toxunan T.Qaraşov söyləyib ki, bu istiqamətdə Lənkəranda böyük potensial var.

Lənkəranda olmaqdan məmnun olduğunu bildirən Peter Mixalko Avropa İttifaqı ilə Azərbaycan arasında çox güclü tərəfdaşlığın olduğunu deyib: “Azərbaycanda mandatıma yeni başlamışam, mərkəzi hakimiyyətlə yanaşı, regional qurumlarla da görüşmək çox vacibdir. Azərbaycana gəldiyim ilk gündən insanların qonaqpərvərliyindən təsirləndim. Aİ-nin ən böyük layihələrindən biri məhz Lənkəranda həyata keçirilib. Avropa Gününü də Bakıdan kənarda ilk dəfə Lənkəranda təşkil etdik”.

P.Mixalko deyib ki, Aİ-nin Lənkəranda bu gün rəsmən açılışını edəcəyi “EU4Lankaran” layihəsi 2024-cü ilin sonuna kimi davam edəcək. Layihə biznes, kənd təsərrüfatı və mədəniyyət sahəsi üzrə dəstək tədbirlərini nəzərdə tutur.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video