“ASAN xidmət”i ÇƏTİNləşdirənlər
Hər gün yolum Yasamal rayonunda yerləşən 3 saylı “ASAN xidmət”in yanından düşür. Mərkəzin qarşısında yayın istisində uzanan növbəni görəndə təəssüf hissi keçirirəm.
Səhər saatlarından başlanan bu növbələrin nə vaxtadək davam etdiyini deyə bilmərəm, amma qeyd edim ki, bu hal hər gün təkrarlanır və vətəndaşların narazılıqları üz ifadələrindən aydın hiss olunur. Kimi yaşlı, kimi əliuşaqlı, kimi də xəstə olduğunu əsas gətirərək ön sıralara keçmək istəyir. Polis işçiləri növbəni nizama salmaq istəsələr də, bəzi insanların səbirsizliyi mübahisələrin yaranmasına gətirib çıxarır.
Vətəndaşların işinin asanlaşmasına yönəlmiş bu mərkəzin xidmətindən dəfələrlə istifadə etmiş və göstərilən xidmətdən razı qalmışam. Lazımi xidmət üzrə onlayn növbə götürərək vaxt itirmədən mərkəzin xidmətindən faydalanmışam. Mərkəzin işçilərinin və könüllü gənclərin fəaliyyətindən narazı qalanlara heç təsadüf etməmişəm.
Dünyanı başına götürmüş virusun tüğyan etdiyi bir dövrdə sosial məsafə gözləmədən saatlarla növbəyə dayananları görəndə isə düşünürəm ki, qızmar günəşin istisində burada əziyyət çəkən vətəndaşlar onlayn növbələrdən istifadə etsələr, daha yaxşı olmazmı?! Bununla həm vaxtlarına qənaət etmiş, həm də virusdan qorunmuş olarlar. Eyni zamanda operativ fəaliyyət göstərən bu mərkəzin işinə kölgə salmazlar.
Sözün əsl mənasında, bu mənfi halları yaradan təşkilat yox, biz vətəndaşlarıq. Bəlkə bu vəziyyəti aradan qaldırmaq üçün hansısa addımları atmaq olar. Məsələn, insanlarla bu mövzuda KİV, sosial şəbəkələr, TV və radiolar vasitəsilə daha çox maarifləndirmə işi aparılmalıdır və ya ASAN-ın rəsmi saytında mərkəzdə növbələrin onlayn interaktiv cədvəlini yerləşdirmək mümkündür. Hər halda bu barədə düşünməyə dəyər. Hələliksə fakt faktlığında qalır, hər gün burada iynə atsan, yerə düşməz.
Nərminə SUCƏDDINQIZI
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təs...
24 Aprel
“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqınd...
24 Aprel
“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edil...
24 Aprel
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
23 Aprel
Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası...
23 Aprel
Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək
23 Aprel
Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı ...
23 Aprel
Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib...
23 Aprel
Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə ...
23 Aprel
Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb
23 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!