04 Oktyabr 2024 12:43
517
CƏMİYYƏT
A- A+
“ASAN xidmət” mərkəzi efiopiyalı nazirdə yüksək təəssürat yaradıb

“ASAN xidmət” mərkəzi efiopiyalı nazirdə yüksək təəssürat yaradıb

Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclasında iştirakı çərçivəsində ölkəmizdə səfərdə olan Efiopiya Federativ Demokratik Respublikasının Ədliyyə Nazirliyinin dövlət naziri Tesfaye Vakjiranın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib. Qonaqlara Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Həmçinin Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi, o cümlədən “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.

Efiopiyalı nazir “ASAN xidmət” mərkəzinin onda yüksək təəssürat yaratdığını və ölkəsinin dövlət qurumları ilə Dövlət Agentliyi arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluğunu bildirib.

Qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də yaxından tanış olublar.

Xatırladaq ki, 2024-cü il mayın 14-də Dövlət Agentliyi ilə Efiopiyanın Dövlət Xidmətləri Komissiyası arasında “ASAN xidmət” konsepsiyasının Efiopiyada tətbiqi istiqamətində əməkdaşlığın həyata keçirilməsi ilə bağlı anlaşma memorandumu imzalanıb. Hazırda memorandumun implementasiyası çərçivəsində işlər aparılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

18:04
06 Noyabr

Pərviz Şahbazov Romada AEBA-nın baş direktoru və qazax həmkarı ilə görüşüb  

17:57
06 Noyabr

Dini Liderlərin Qlobal Bakı Sammitinin iştirakçılarına Azərbaycanda dövlət-din münasibətləri barədə məlumat verilib  

17:55
06 Noyabr

Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir  

17:54
06 Noyabr

Mormon kilsəsinin və Stirlinq Fondunun rəsmiləri Dövlət Komitəsində olublar  

17:52
06 Noyabr

Cəbrayıl şəhər və Cocuq Mərcanlı məktəbləri Zəfər Günü bayram tədbirini birlikdə qeyd ediblər  

17:51
06 Noyabr

Azərbaycanda bələdiyyələrin səlahiyyətlərinin başa çatacağı vaxt açıqlanıb

17:38
06 Noyabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib

17:37
06 Noyabr

Azərbaycanın Baş naziri KAICIID-in Baş katibi ilə görüşüb

17:36
06 Noyabr

COP29-la əlaqədar olaraq 50-dən çox təcili tibbi yardım briqadası yaradılıb  

17:36
06 Noyabr

Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri və dəniz piyadalarının təlimi keçirilib

17:35
06 Noyabr

Mərkəzi Bank Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurasına üzv olub  

17:34
06 Noyabr

MSK sədri: Bələdiyyə seçkiləri yanvarın sonunda keçiriləcək

17:33
06 Noyabr

Dünya dini liderlərinin qlobal Bakı Sammiti başa çatıb YENİLƏNİB

17:32
06 Noyabr

Rəis müavini: Metroya məxsus bütün obyekt və tunellərdə yanğın-texniki müayinələri keçirilib  

17:30
06 Noyabr

Nazir: Azərbaycan COP29-un nüvə enerjisini təşviq edən platforma olmasına diqqət yetirəcək  

17:07
06 Noyabr

Hidayət Məmmədov: Metronun “Koroğlu” stansiyasında COP29-la bağlı istiqamət lövhələri yerləşdirilib  

17:01
06 Noyabr

Azərbaycan Ümumdünya Termo Nüvə Enerjisi Qrupunun birinci nazirlər iclasında təmsil olunur  

16:01
06 Noyabr

Türkiyənin Diyanət İşləri İdarəsinin sədri ilə COP29-a hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb  

15:59
06 Noyabr

BMT: Son 60 ildə silahlı münaqişələrin 40 faizi təbii sərvətlərə sahib olmaq uğrunda baş verib  

15:59
06 Noyabr

COP29-la əlaqədar Bakı metrosunda qərargah fəaliyyət göstərəcək

15:58
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!