09 Dekabr 2022 01:42
301
İQTİSADİYYAT
A- A+

Aqrar Sığorta Fondu fermerlərə müraciət edib

 

Azərbaycanda payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyanı prosesi davam edir. Əkinlərin bəyanı prosesi ilə əlaqədar Aqrar Sığorta Fondu fermerlərə müraciət ünvanlayıb.
Müraciətdə bildirilir ki, payızlıq əkinlərin bəyanı, sığortalanması və subsidiya üçün müraciətlər  dekabrın 30-dək başa çatmalıdır.
10 hektar və daha çox torpaq sahəsində əkilmiş, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan 7 bitki - buğda, arpa, çəltik, çay, limon, fındıq və qarğıdalının sığortası icbaridir. Bu əkinlər üçün subsidiyalar yalnız aqrar sığorta olunmaqla verilir.
Fermer subsidiya almaq üçün lazım olan bütün sənədləri, o cümlədən  aqrar sığorta müqaviləsi və aqrokimyəvi analizin nəticələrini EKTİS-də şəxsi kabinetinə yükləməlidir. Fonddan bildiriblər ki, payızlıq əkinlərin sığorta prosesi dekabrın 30-da dayandırılacaq.
"Aqrar Sığorta Fondu payızlıq əkinlərin vaxtında sığortalanması üçün davamlı maarifləndirmə işləri aparır. Əkinləri bəyan edən fermerlərlə əlaqə saxlanılır, onlara aqrar sığorta tələbi xatırladılır, sığorta şərtləri və digər zəruri məlumatlar verilir. Əkinlərin sığortalanması proseduru elə sadələşdirilib ki, internet vərdişləri olmayan fermerlər də rahat şəkildə sığorta müqaviləsi bağlaya bilirlər. Dövlət tərəfindən fermerlərə verilən çoxsaylı dəstək mexanizmləri aqrar sığorta prosesində də nəzərdə tutulub - aqrar sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir.  Aqrar Sığorta Fondu fermerləri dekabrın 30-dək əkin sahələrini güzəştli şərtlərlə sığortalamğa, məhsullarını və gəlirlərini qorumağa çağırır". - deyə fonddan bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video