Aqrar sektorda da köməyə müasir texnologiyalar gəlir
Müasir dünyada elə gözlənilməz təhlükələr meydana gəlir ki, bəşəriyyət onların aradan qaldırılmasında ciddi çətinliklərlə üzləşir. Aqrar sektorda innovasiyalar inkişaf etdikcə, tətbiq olunan yeni texnologiyaların siyahısı genişləndikcə qiymətlərin artması qaçılmaz reallığa çevrilir. İldən-ilə kənd təsərrüfatında xərclərin sürətlə artması məhsulun maya dəyərinə oturur. BMT hesabatında göstərir ki, qarşıdakı ildə də 21 faizə yaxın bahalaşma gözlənilir və gələcəkdə də bu proses davam edəcək.
Bu baxımdan Prezident İlham Əliyevin yanvarın 12-də ölkənin aparıcı televiziya kanallarına verdiyi müsahibədə respublikada ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün zəruri addımların atılmasından danışması təsadüfi deyil. Birincisi, onu qeyd etmək lazımdır ki, Azərbaycanda adambaşına düşən torpaq sahəsi digər ölkələrlə müqayisədə azdır, o cümlədən əkin üçün yararlı sahələr də o qədər çox deyil. İşğaldan azad edilmiş torpaqların isə tam dövriyyəyə qoşulması üçün xeyli vaxt və vəsait lazımdır. Üstəlik, çayların və su mənbələrinin uzun müddət işğal altında qalması suvarmada ciddi çətinliklər yaradıb.
Bu faktları qeyd edən dövlət başçısı müsahibəsində bütün çətinliklərə baxmayaraq, sözügedən sahədə ciddi addımların atıldığını bildirmişdir: “Ənənəvi kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə fikir versək, deyə bilərəm ki, son 15 il ərzində meyvə istehsalı Azərbaycanda 2 dəfə artıb. İki dəfə, yəni çox böyük rəqəmdir. Üzüm istehsalı da həmçinin 2 dəfə artıb, tərəvəz istehsalı artıb. Pambıq istehsalı dəfələrlə artıb. Demək olar ki, biz son beş il ərzində pambıqçılığı diriltdik və qeyri-neft ixracatında pambığın nisbəti ildən-ilə artır. Eyni zamanda biz özümüzü əsas ərzaq məhsulları ilə təmin etmək üçün praktiki addımlar atdıq. Məsələn, bu gün mal ətinə əgər baxsaq, biz özümüzü təqribən 90 faiz səviyyəsində təmin edirik, qoyun əti ilə 100 faiz”.
Azərbaycanda ərzaq təhlükəsizliyinin təminatı istiqamətində, həqiqətən də, ciddi addımlar atılır. Məsələn, heyvandarlığı götürək, ölkədə cins mal-qaranın sayı 70 min başa çatıb. Bitkiçilikdə isə bütün tədbirlərə baxmayaraq, hər il təxminən 1,4 milyon ton buğda idxal edilməlidir. Əgər taxılçılıqda hektarın orta məhsuldarlığını 32 sentnerdən 4-4,5 tona (40-45 sentnerə) qaldırmaq mümkün olarsa, xaricdən valyuta ilə buğda almağa ehtiyac qalmayacaq.
Prezident İlham Əliyev taxılçılıqdakı reallıqları belə qiymətləndirib: “Əgər azad edilmiş mövcud torpaqlarda taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparılsa, indiki məhsuldarlıqla təqribən 200 min tona yaxın buğda götürmək mümkündür. Yəni bu da reallıqdır. Yəni bu, bizim kəsirimizi, 1,3 milyonluq kəsirimizi örtmür”.
Biz yaxşı bilirik ki, ölkədə son illər aqrar sektorda tətbiq edilən yeniliklərin, müasir texnologiyaların, tikilən su anbarlarının, yeni qurulan suvarma sisitemlərinin, yaradılan aqroparkların ərzaq təhlükəsizliyinin təmin edilməsində rolu böyükdür. Deyə bilərik ki, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün ən zəruri addımlar atılır, maliyyə tutumu yüksək olan innovativ layihələr tətbiq edilir.
Bu sahədə müasir dünya təcrübəsini nəzərdən keçirsək, görəcəyik ki, ən çox diqqət ayrılan sahələrdən biri də dayanıqlı ərzaq sistemlərinin yaradılması üçün innovasiyaların və müasir texnologiyaların tətbiqidir. Belə yanaşma mövcuddur ki, innovasiyaların və rəqəmsal texnologiyaların tətbiqi ərzaq sistemlərinin simasını büsbütün dəyişəcək və daha yüksək göstəricilər əldə etməyə imkan verəcək.
Dünyada tətbiq edilən bir sıra innovasiyalar mahiyyət etibarı ilə həddən ziyadə sadədir, amma yenilikdir. Məsələn, Afrikanın cənubunda - suyun kəskin çatışmadığı ərazilərdə 3 mindən artıq fermerə 3-4 litr su ilə bir kiloqram yem yetişdirməyi öyrədirlər. Bu, yem istehsalı üçün nəzərdə tutulan hidropon layihəsidir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən istixana hidroponikası əsasında Namibiyanın 7 regionunda 79 sistem yaradılmışdır. Bu layihə bilavasitə istixana şəraitində torpağın üstündə yox, suda yem yetişdirməklə fermerə imkan verir ki, həm mal-qarasını qırılmaqdan, həm də ailəsini aclıqdan qorusun.
Amma biz bağ-bağatımızı hələ selləmə suvarırıq. Odur ki, su qıtlığından əziyyət çəkən ölkələrin təcrübəsinə nəzər salmaq, ibrət almaq mümkün təhlükələrdən yayınmaq üçün bizə də lazımdır. Bunun üçün həm hidropon, həm də digər layihələri nəzərdən keçirmək maraqlıdır. Biz kənd təsərrüfatının ənənəvi sahələrini necə inkişaf etdiririksə, Yamayka bu gün istehsalı təxminən iki dəfə aşağı düşən zəncəfil istehsalını qaldırmağa çalışır.
Ona görə də Azərbaycanda perspektivləri nəzərə alaraq inkişafı təmin etmək üçün ancaq müasir iri fermer təsərrüfatları yaratmalıyıq. Bu, Prezident İlham Əliyevin də mövqeyidir. Dövlət başçısı hesab edir ki, aqrar sektor davamlı surətdə təkmilləşdirilməlidir: “İstisna edilmir ki, biz artıq bu məsələ ilə də məşğul olmağa başlamışıq - başqa ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqları icarəyə götürüb orada məhsul yetişdirmək və Azərbaycana gətirmək mümkündür. Ona görə də bu, real mənzərədir. Bizim istəyimizlə imkanlarımız bu gün üst-üstə düşmür”.
Bahadur İMANQULİYEV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ankaranın Atakule qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
28 May
Türkiyə Prezidenti “TEKNOFEST Azərbaycan” festivalı ilə bağlı paylaşımlar edib
28 May
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana işgüzar səfəri başa çatıb
28 May
Mayın 28-də Azərbaycanda COVID-19 əleyhinə 2 min 597 doza vaksin vurulub
28 May
Hyustonda 28 May “Azərbaycanın Müstəqillik Günü” elan edilib
28 May
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 11 yoluxma faktı qeydə alınıb
28 May
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri ilə bağlı paylaşım edib
28 May
Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın görüşü olub
28 May
Vaşinqton meri 28 May – Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb
28 May
Pakistan İslam Respublikasının Prezidenti Arif Alvidən
28 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!