09 Dekabr 2022 01:39
281
Mədəniyyət
A- A+

Antalyada Şuşanın 270 illiyi ilə bağlı tədbir: "Cənnətim Qarabağ"

 

Türkiyənin Antalya şəhərində Şuşanın 270 illiyi ilə bağlı "Cənnətim Qarabağ" mövzusunda tədbirlər silsiləsi keçirilib.
Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, Antalya Təhsil İdarəsi və Kəpəz Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirlər şəhərin Gözəl Sənətlər və Gülverən Anadolu liseylərində, eləcə də Erdem Bayazıt Mədəniyyət Mərkəzində təşkil olunub.
Tədbirlər çərçivəsində Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi tərəfindən Qarabağ və Şuşanın tanıdılması sərgisi açılıb.
Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Mərasimlərdə çıxış edən sözügedən dərnəyin sədri Ceyran Səttarova və gimnaziyanın teatr şöbəsinin müdiri, Əməkdar müəllim Hicran Sadıqzadə iştirakçılara Şuşa haqqında məlumat veriblər.
Antalya Təhsil İdarəsinin rəhbəri Emre Çalışkan, liseylərin müdirləri çıxışlarında Azərbaycan-Türkiyə qardaşlığı və şanlı Qarabağ zəfəri haqqında danışıb, ölkələrimiz arasındakı tarixi münasibətlərin Ulu Öndərimiz Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamının prinsipi əsasında davam etdiyini bildiriblər.
Tədbirlər bədii hissə ilə davam etdirilib. Azərbaycan İncəsənət Gimnaziyasının tələbə və müəllimləri, eləcə də Əməkdar artist Firuzə İbadova konsert proqramı ilə çıxış ediblər. Proqramlarda muğam, xalq mahnıları və milli rəqslər ifa olunub, səhnəciklər göstərilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video