01 Dekabr 2024 08:20
1149
SİYASƏT
A- A+
Andjey Dudanın Ermənistana səfəri məqsədli olub

Andjey Dudanın Ermənistana səfəri məqsədli olub


Qərbin Ermənistanı yenidən revanşizmə hazırlamaq cəhdləri boş xəyallardan başqa bir şey deyil


"Polşa Prezidenti Andjey Dudanın Ermənistana səfəri məqsədli olub. Çünki Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyasından danışarkən delimitasiya olunmuş ərazilərdən Avropa İttifaqının "müşahidə missiyası"nı çıxaracağını demişdi. Bu açıqlamadan dərhal sonra Duda Ermənistana səfərə gəlib və Avropa İttifaqının keçmiş hərbçilərdən təşkil olunmuş qrupunun tərkibində Azərbaycanla sərhəddə dayanaraq binokolla pozalar verib. Sonra da Polşa müşahidəçilərini artıracağı ilə bağlı fikirlər səsləndirib". 

Bunu "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib. Onun sözlərinə görə, bütün bunlar Avropa İttifaqının regionumuza sülhün gəlməsinə mane olmağa çalışmasının ifadəsidir. Çünki gündəlikdə dekabr ayından başlayaraq danışıqların bərpası haqqında fikirlər var idi. Amma Dudanın səfərindən sonra Ermənistanın şərti sərhədimizə qoşun hissələrini yığdığını, səngərlər qazdığını müşahidə edirik. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan Azərbaycanla yenidən müharibəyə hazırlaşır. Bu, ilk növbədə Qərbin istəyidir. Çünki Qərb Rusiyanın qonşuluğunda ikinci bir müharibə ocağını yaratmaqla diqqəti bu istiqamətə yönəltmək istəyir. Məhz ona görə də Fransa artilleriya qurğularını, Yunanıstan "S-300" radar kompleksini, Hindistan raket komplekslərini Ermənistana tədarük edib. Qərbdən dəstək alan Ermənistan da həvəslənib və müharibəyə hazırlaşmaq üçün cəsarətlənib. 

Deputat qeyd edib ki, Paşinyan üçün bu arada hərbi əməliyyatlara başlaması və hər hansı kiçik də olsa bir uğur qazanması lazımdır. Çünki Ermənistan ictimaiyyəti arasında Paşinyanın nüfuzu kifayət qədər aşağı düşmüşdür. 2026-cı ildə keçiriləcək seçkilərdə hakimiyyəti yenidən əlində saxlamaq üçün Paşinyana kiçik də olsa bir uğur lazımdır. Ona görə də vəziyyəti gərginləşdirmək üçün çalışır: "Digər bir məsələ Qərb və Ermənistan Azərbaycanla danışıqlarda hər hansı bir üstünlüyə nail olmaq üçün kiçik də olsa bir qələbə qazanmağa çalışırlar. Yəni hesab edirlər ki, ordusuna gətirdiyi Hindistan raketləri və Qərb hərbi texnikaları, Fransanın keçdiyi hərbi təlimlər onlara Azərbaycan üzərində üstünlük qazandırmağa imkan verəcəkdir. Amma çox yanılırlar. Təəssüf ki, Paşinyan da çox yanlış yoldadır. Ermənistan nə qədər silahlansa da, Azərbaycandan güclü ola bilməz. Birincisi ona görə ki, Azərbaycan Ordusu Ermənistandan sayca çoxdur. İkincisi isə, Azərbaycan Ordusunun peşəkarlığı yüksəkdir və öz gücünü təlim meydanlarında yox, birbaşa döyüş meydanında nümayiş etdirib. Müharibədən sonra formalaşdırılmış yeni Komando qoşun növləri qarşısına qoyduğu hər bir hərbi tapşırığı yüksək dəqiqliklə icra etmək qabiliyyətindədir. Üçüncüsü isə, Azərbaycan daha müasir silahlarla silahlanır və mütəmadi keçirilən hərbi təlimlərlə yeni silahlara yiyələnmə qabiliyyətini və peşəkarlığını artırır. Bu baxımdan Qərbin Ermənistanı yenidən revanşizmə hazırlamaq cəhdləri boş xəyallardan başqa bir şey deyil". 

Deputat hesab edir ki, əgər Ermənistan Qərbin planlaşdırdığı ssenariyə aldanaraq yenidən təxribatlara əl atarsa, böyük faciə ilə qarşılaşacaq. Çünki Azərbaycan Ordusu Ermənistan tərəfindən hücuma məruz qalarsa, hərbi hədəflər harada olmasından asılı olmayaraq, məhv ediləcək: "Belə ki, legitim hədəflərimiz Ermənistan ərazisində ola bilər və əgər həmin nöqtələrdən ölkəmizə potensial təhlükə yaranarsa, təhlükəsizliyi təmin etmək hüququmuzdur və Ermənistan ərazisi müharibə meydanına çevriləcəkdir. Bu da ermənilərə yeni faciələr gətirəcək və bir dövlət kimi qalıb-qalmamaq məsələsi gündəliyə gələcəkdir". 

Azər Badamov vurğulayıb ki, Azərbaycan müharibə istəmir və ona görə də Ermənistana sülh əlini uzadıb. Amma özümüzü müdafiə etmək hüququmuz həmişə qalır və yenidən təhlükəli vəziyyət yaranarsa, bütün resurslarımızdan istifadə olunmaqla suverən ərazilərimizi qoruyacağıq: "Ermənistan unutmasın ki, Azərbaycan Ordusu dünyanın güclü orduları sırasındadır. Odur ki, ermənilər kiminlə üz-üzə gəlmək istədiklərini yaxşı düşünməlidirlər. Əgər vəziyyət yenidən gərginləşərsə, Paşinyana 2020-ci ilin noyabrında olduğu kimi, yalvarışlar kömək etməyəcək. Bütün bunları nəzərə alaraq Paşinyan hakimiyyəti regionda yenidən gərginliyi artırmaq əvəzinə sülh müqaviləsi imzalamaq üçün tələblərimizi icra etsə, daha yaxşı olar", - deyə deputat bildirib.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda coğrafi məlumatlara dair yeni dövlət standartları qəbul edilib

16:48
23 Yanvar

İrakli Kobaxidze: Gürcüstanda dörd dəfə dövlət çevrilişi cəhdi olub

16:11
23 Yanvar

Çində dünyanın ilk uçan və su altında üzən dronu hazırlanıb

15:22
23 Yanvar

Baş prokuror Qaradağda vətəndaşları dinləyib

15:14
23 Yanvar

Metastazları erkən aşkarlayan çip hazırlanıb

15:14
23 Yanvar

Zelenski Putinlə danışıqların mümkünlüyünü istisna etmir

15:12
23 Yanvar

Parlamentin İnsan hüquqları komitəsinin iclasında 3 məsələ müzakirə olunub

15:11
23 Yanvar

“Le Parisien”: Luvrun direktoru muzeyin qəzalı vəziyyətdə olmasından şikayətlənir

15:10
23 Yanvar

Oğuz-Qəbələ-Şəki seçki dairəsində keçirilən maarifləndirici treninqlər başa çatıb

15:02
23 Yanvar

YAP Veteranlar Şurasının iclası keçirilib

15:01
23 Yanvar

Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə aşağı seçki komissiyalarının 300 üzvü treninqlərə cəlb edilib

15:00
23 Yanvar

Milli Müdafiə Nazirliyi: Türkiyə gələcəkdə də Azərbaycanla birlikdə olacaq

14:59
23 Yanvar

Bakıda yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə olunub

14:55
23 Yanvar

Sumqayıtda “Mediasiya - yeni trendlər və gözləntilər” mövzusunda müzakirələr aparılıb

14:53
23 Yanvar

Robotlaşdırılmış dəniz tısbağası okeanı kəşf etməyə hazırdır  

14:12
23 Yanvar

Ermənistan kəşfiyyatı ölkəyə xarici müdaxilə cəhdlərinin ola biləcəyini açıqlayıb  

14:07
23 Yanvar

YAP Mərkəzi Aparatında müşavirə keçirilib  

13:53
23 Yanvar

Sabah hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir  

13:46
23 Yanvar

İslamabadda Azərbaycan-Pakistan ikitərəfli siyasi məsləhətləşmələrinin dördüncü raundu keçirilir  

13:42
23 Yanvar

Abşeronda Nəbi Xəzrinin 100 illiyi qeyd edilib  

13:30
23 Yanvar

Paris prokurorluğu Fransa daxili işlər nazirinin vaxtından əvvəl məlumat sızdırmasını pisləyib  

13:25
23 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!