14 Dekabr 2024 14:31
297
CƏMİYYƏT
A- A+
ANAMA-nın şöbə müdiri: Vətən müharibəsindən sonra 382 nəfər mina qurbanı qeydə alınıb

ANAMA-nın şöbə müdiri: Vətən müharibəsindən sonra 382 nəfər mina qurbanı qeydə alınıb

Vətən müharibəsindən sonra 382 nəfər mina qurbanı qeydə alınıb, onlardan 70 nəfəri həlak olub, 312 nəfəri müxtəlif dərəcəli xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) şöbə müdiri Ramil Əzizov Azərbaycanda minadan zərərçəkənlərlə bağlı 11 rayon və şəhər üzrə aparılan tədqiqatın nəticələri barədə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, insanların ölümü və xəsarət alması ilə nəticələnən mina insidentlərinin çoxu əvvəllər “təmas xətti” deyilən ərazilərdən kənarda baş verib: “Bu hadisələrin 70%-ə yaxını müdafiə məntəqələrində deyil, keçmiş təmas xəttindən kənarda mülki təyinatlı ərazilərdə qeydə alınıb. Sözsüz ki, aparılan maarifləndirmə və məlumatlandırma tədbirləri nəticəsində 2020-ci ildən bu günə qədər insidentlərin sayında azalma müşahidə olunub. Dövlət qurumları – Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və digər - səhiyyə, sosial müdafiə qurumları ilə birgə görülən tədbirlərin nəticəsində insidentlərin yarıdan çoxunun qarşısı alınıb”.

Şöbə müdiri qeyd edib ki, bu günə qədər 177 min hektar ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib, 176 mindən çox mina və PHS aşkarlanaraq zərərsizləşdirilib.

ANAMA-nın vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı fəaliyyətindən danışan şöbə müdiri qeyd edib ki, mina təmizləmə əməliyyatları ilə birgə bu sahədə icra edilən maarifləndirmə fəaliyyəti insidentlərin sayının azalmasına əhəmiyyətli təsir göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

14:14
14 Yanvar

Ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur

14:13
14 Yanvar

Rusiyada Amur pələngi insan ölümünə səbəb olub

14:10
14 Yanvar

Ötən il dünyada satılan elektromobillərin yarıdan çoxu Çinin payına düşüb  

14:09
14 Yanvar

STM Qərbi azərbaycanlılar arasında rəy sorğusu aparıb  

14:08
14 Yanvar

Nazirlik “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına öz maarifləndirici stendi ilə qoşulub  

14:05
14 Yanvar

Qərbi Azərbaycan İcması BMT-nin Baş katibinə və İnsan hüquqları üzrə Ali Komissarına məktublar ünvanlayıb

13:58
14 Yanvar

Milli Qəhrəman Hökumə Əliyevanın həyatından bəhs edən film çəkiləcək

13:57
14 Yanvar

Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimi keçirilib  

13:41
14 Yanvar

Burkina-Fasonun Prezidenti Makronu ittiham edib

13:39
14 Yanvar

Səudiyyə Ərəbistanı Krallığında İslam İnkişaf Bankı çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

13:38
14 Yanvar

Tramp Putinlə mümkün qədər tez görüşmək istədiyini bildirib

13:37
14 Yanvar

Nobel mükafatı laureatları qlobal aclıq fəlakətinin qarşısını almağa çağırırlar

13:36
14 Yanvar

Qərbi Azərbaycan İcması “Deutschlandfunk” ictimai radio kanalının yol verdiyi irqi ayrı-seçkiliyi qınayıb  

13:34
14 Yanvar

Los-Ancelesdə meşə yanğınları səbəbindən 92 min insan təxliyə edilib

13:27
14 Yanvar

Kaliforniyada meşə yanğınlarının vurduğu zərər 275 milyard dollara çatıb

13:21
14 Yanvar

Yeni Azərbaycan Partiyası müşavirə keçirib

13:14
14 Yanvar

AZAL-ın Gəncəyə yönləndirilən üç aviareysi Bakı hava limanına çatıb - YENİLƏNİB

13:12
14 Yanvar

Ötən il 19 qadın əməkdaş prokurorluq orqanlarında işə qəbul olunub

13:05
14 Yanvar

Son beş ildə 23 nəfər Vətən müharibəsi iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib

13:03
14 Yanvar

Xankəndinin nurlu gecələrindən FOTOLAR

13:01
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!