14 Yanvar 2023 21:16
548
Elm və texnika
A- A+

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi elmi fəaliyyəti ilə bağlı hesabat verib  

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Lənkəran Regional Elmi Mərkəzi 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstələri düzüblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, akademiyanın tarixində ilk dəfə olaraq illik elmi hesabat regionun özündə dinlənilir, həmçinin Lənkəran Regional Elmi Mərkəzində Folklor-etnoqrafiya arxeologiya şöbəsinin adı dəyişdirilərək Tarix və ədəbiyyat şöbəsi, Lənkəran Regional Elmi Mərkəzində kitabxananın yaradılmasına qərar verilib.

Daha sonra hesabat məruzəsi ilə çıxış edən mərkəzin direktoru aqrar elmləri doktoru Fərman Quliyev bildirib ki, 2022-ci ildə Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşları elmi fəaliyyətlərini 3 problem əsasında aparıblar. Bu problemlərə dair icra olunan 7 mövzudan 4-ü fundamental və 3-ü tətbiqi əhəmiyyətli işlərdir.

Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşları 2022-ci ildə elmi-tədqiqat işlərini çay, sitrus və subtropik bitkilərin mövcud sort və formalarının toplanmasına, morfoloji bioloji təsərrüfat xüsusiyyətlərinə, onların məhv olmaq təhlükəsindən qorunmasına, bərpa edilməsinə, bölgənin floristik tərkibinin öyrənilməsinə və müxtəlifliyin qiymətləndirilməsinə həsr ediblər. Əməkdaşlar, həmçinin nadir bitkilərin bioekoloji və fitosenotik xüsusiyyətləri, Cənub bölgəsində ekoloji və genetik faktorlar, tibbi nəzarətin uzunömürlülük fenomeninə təsirinin öyrənilməsi, Azərbaycanın Cənub-Şərq regionunun folklor, etnoqrafik, arxeoloji və numizmatik abidələrin aşkarlanması və s. barədə tədqiqat aparıblar. Hesabat ilində Lənkəran Regional Elmi Mərkəzinin elmi-tədqiqat planına müvafiq olaraq əməkdaşlar tərəfindən yerinə yetirilən 2 iş başa çatdırılıb.

Hesabat ilində yeni çay forma-klonları (FAQ-12; 13; 15; 16; 17; 18; 19; 20; 21; 22) üzərində tədqiqat aparılıb, onların müqayisəli aqrobioloji, biomorfoloji və təsərrüfat qiymətləri verilib. Bundan əlavə, Lənkəran Regional Elmi Mərkəzinin təcrübə bazasında toplanmış və introduksiya olunmuş limon sort-formalarının yerli şəraitə adaptasiya xüsusiyyətləri müəyyənləşdirilib.

Mərkəzin təcrübə bazasındakı naringi sortlarının yerli şəraitə adaptasiya olunması xüsusiyyətləri müəyyənləşdirilib, biomorfoloji və təsərrüfat göstəriciləri qiymətləndirilib.

Məruzə dinlənildikdən sonra müzakirə olunub, suallar cavablandırılıb, bir sıra təkliflər səsləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video