06 Noyabr 2024 11:13
3136
Təhsil
A- A+
AMEA-da “Vətən sevgisindən Zəfər marşına” adlı tədbir təşkil edilib  

AMEA-da “Vətən sevgisindən Zəfər marşına” adlı tədbir təşkil edilib  

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK), YAP Yasamal rayon təşkilatı və AMEA-nın Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Vətən sevgisindən Zəfər marşına” adlı tədbir keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları öncə MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu ilə yaxından tanış olublar. Kitabxananın direktoru Hüseyn Hüseynov onlara fondda Birinci və İkinci Qarabağ müharibəsinə, Aprel və Tovuz döyüşlərinə dair mühafizə edilən nəşrlər haqqında ətraflı məlumat verib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğ”u ilə qazanılan Qələbəni ölkəmizin tarixinin zirvə nöqtəsi adlandırıb.

“Ordumuzun göstərdiyi qəhrəmanlıq və rəşadət 30 illik işğala birdəfəlik son qoydu. 2023-cü ildə həyata keçirilən lokal xarakterli birgünlük antiterror tədbirlər nəticəsində isə Azərbaycanın suverenliyi tam təmin olundu”, - deyə akademiya rəhbəri bildirib.

Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlişi ilə torpaqlarımızın itirilməsi təhlükəsinin tam aradan qaldırıldığını deyən akademik İsa Həbibbəyli işğal altında olmuş ərazilərimizin azad edilməsi yönündə dahi rəhbərin apardığı güclü ordu quruculuğu siyasətini diqqətə çatdırıb.

“Ümummilli Liderin nail olduğu atəşkəs rejimi ordumuzu müasirləşdirmək, iqtisadiyyatımızı inkişaf etdirmək, ən başlıcası isə vətənpərvər nəslin yetişdirilməsi üçün geniş imkan qazandırdı.

Vətən müharibəsi zamanı həm döyüş cəbhəsində qazanılan qələbə, həm də informasiya cəbhəsində əldə edilən üstünlük Prezident İlham Əliyevin qüdrətini, onun sərkərdəlik məharətini nümayiş etdirdi. Bu gün biz dünyada qalib xalq kimi tanınırıq!”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

Tədbirdə AMEA-nın müşaviri akademik Yaqub Mahmudov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov, Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı şəhid atası Zahir Bağırov, şəhid kapitan Həmidağa Hüseynzadənin atası Bağı Hüseynzadə çıxış edərək bu Qələbənin Azərbaycan tarixində əbədi qalacağını bildiriblər.

Çıxışlar zamanı şəhid ailələrinin üzvləri dövlət tərəfindən onlara göstərilən qayğıdan da danışıblar.

Tədbir ərzində tarixi Zəfərə aparan dövlət siyasətindən bəhs edən videoçarx, eləcə də MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunda mühafizə edilən nəşrlərin elektron və ənənəvi sərgisi nümayiş olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan məişət avadanlıqlarının və mərkəzləşdirilmiş kondisioner sistemlərinə illik texniki xidmətlərin satın alınması məqsədilə müsabiqə elan edir

01:21
13 Dekabr

ADA Universiteti Qazax Mərkəzində Ümummilli Liderin xatirəsi yad edilib  

23:29
12 Dekabr

Sankt-Peterburqda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb  

23:27
12 Dekabr

SOCAR-ın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

23:25
12 Dekabr

İtaliya qəzeti Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə dərc edib  

23:23
12 Dekabr

Makron cümə günü Fransanın baş nazirini təyin etməyi planlaşdırır

23:21
12 Dekabr

18 yaşlı Qukeş Dommaracu şahmat üzrə 18-ci dünya çempionudur 

22:56
12 Dekabr

“Time” jurnalı Donald Trampı 2024-cü ilin adamı seçib

22:27
12 Dekabr

Europol: RKK Avropada narkotik və insan alveri ilə məşğuldur

21:36
12 Dekabr

Bu gün Avropa Liqasında VI turun oyunları keçiriləcək

21:13
12 Dekabr

Türkiyənin İqdır şəhərində Heydər Əliyevin xatirəsi anılıb

20:09
12 Dekabr

Xalqımız Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb

19:37
12 Dekabr

Qərbi Azərbaycan İcmasının ilk xarici ofisi qardaş Türkiyədə açılıb

19:14
12 Dekabr

Ağdamda Ulu Öndərin xatirəsi ehtiramla yad edilib

19:11
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət olunub

18:55
12 Dekabr

Praqada Ulu Öndərin xatirəsi anılıb

18:43
12 Dekabr

Qərb bölgəsində Ulu Öndər Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad olunub

18:41
12 Dekabr

Naxçıvanda Ümummilli Liderin xatirəsinə ağacəkmə aksiyası keçirilib

18:39
12 Dekabr

Kişineuda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb

18:13
12 Dekabr

DSX-nin Aparatında Ulu Öndərin xatirəsi anılıb

17:56
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:55
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!