23 Dekabr 2022 23:02
1005
İDMAN
A- A+

Altay Həsənov: Azərbaycan Gimnastika Federasiyası böyük inkişaf yolu keçib

 

Bu gün Azərbaycan Gimnastika Federasiyasının (AGF) 20 illiyini qeyd edirik. Gimnastika Federasiyası ötən dövrdə böyük inkişaf yolu keçib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov dekabrın 23-də yubiley mərasimində jurnalistlərə açıqlamasında deyib.

2002-ci ildə Mehriban xanım Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra federasiyanın uğurlu inkişafının əsasının qoyulduğunu vurğulayan Altay Həsənov bildirib: “Görülən işlər indi bəhrəsini verir. Ötən illərdə idmançılarımız beş dəfə Olimpiya Oyunlarında iştirak edib, dünya və Avropa çempionatlarında, irimiqyaslı yarışlarda mükafatlar qazanıblar. Federasiyamızın nümayəndələri Avropa Gimnastika İttifaqının və Beynəlxalq Gimnastika Federasiyanın rəhbərliyinə seçiliblər. Bu illər ərzində çoxlu sayda məşqçi və hakim hazırlanıb. Azərbaycanın 29 bölgəsində Gimnastika Federasiyasının bölmələri açılıb və inkişaf edir. Əlbəttə, çətinliklərimiz də olur, lakin onların öhdəsindən gəlirik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video