14 Iyul 2022 21:24
1274
CƏMİYYƏT
A- A+

Alkoqollu içkilər insanlarda ürək-damar problemləri yaradır

 

İsveç alimləri sağlamlığa və uzunömürlü olmağa mane olan amillərlə bağlı araşdırma aparıb. Onlar Danimarka, Finlandiya və İsveçdə spirtli içki qəbul edən 1,1 milyondan çox şəxsin ömür uzunluğunu təhlil ediblər. Alimlər müntəzəm olaraq spirtli içki qəbul edənlərdə ömür müddətinin 24-28 il daha qısa olduğunu deyib.

AZƏRTAC ABŞ-da yerləşən Mayo klinikasına istinadla bildirir ki, mütəxəssislərin sözlərinə görə, spirtli içki yalnız ömrü qısaltmır, eyni zamanda sağlamlığın keyfiyyətinə də təsir göstərir. Onların daimi qəbulu bədənin bütün sistemlərinə zərbə vurur.

Ekspertlər qeyd edir ki, əgər insan istifadə etdiyi spirtli içkilərin miqdarını məhdudlaşdıra bilmirsə, hobbi və əyləncələrdən alkoqola görə imtina edirsə və ya adət edilmiş gündəlik vəzifələrin öhdəsindən gəlməyi dayandırırsa, bu halda həyəcan təbili çalmağa dəyər.

Qlazqo Universitetinin alimləri İngiltərədəki 300 mindən çox insanın sağlamlıq göstəricilərini təhlil edib. Alkoqoldan istifadə edən şəxslərin spirtli içki içməyən insanlarla müqayisədə 30 faiz daha çox ürək-damar xəstəliklərindən əziyyət çəkdiyi ortaya çıxıb.

Onlar hesab edir ki, alkoqolun tamamilə rədd edilməsi sağlamlıq üçün daha faydalıdır.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi də məsuliyyətsiz və həddindən artıq səviyyədə spirtli içkilərdən istifadənin hər il milyonlarla insanın həyatına son qoyduğunu qeyd edərək bildirir ki, qəbul edilən alkoqolun həcmi ilə bəzi xərçəng növləri, qaraciyər və ürək-damar xəstəliklərinin əmələ gəlməsi riski arasında bir başa əlaqə var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video