15 Sentyabr 2022 12:12
554
Təhsil
A- A+

Ali təhsil üzrə strateji fəaliyyət istiqamətləri müzakirə edilib  

 

Elm və Təhsil Nazirliyi tabeliyində Təhsilin İnkişafı Fondu “Ali təhsil üzrə strateji fəaliyyət istiqamətləri” mövzusunda dəyirmi masa keçirib.

Fonddan AZƏRTAC-a bildirilib ki, İdarə Heyətinin sədri Elnur Nəsibov rəhbəri olduğu qurumun ali təhsil üzrə strateji fəaliyyət istiqamətləri barədə təqdimatla çıxış edib. Qeyd olunub ki, fondun fəaliyyətləri təhsil və iqtisadiyyatın inteqrasiyasının gücləndirilməsi, ictimai və sosial əhəmiyyətli layihələrin həyata keçirilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılması və təhsilin inkişafını təsdiq edən mexanizmlərin hazırlanmasından ibarətdir.

Elnur Nəsibov, həmçinin Təhsilin İnkişafı Fondunun fəaliyyətinin yalnız ali və orta ixtisas təhsili deyil, peşə təhsili istisna olmaqla təhsilin bütün pillələrini əhatə edəcəyini bildirib.

Təhsilin İnkişafı Fondunun sədri rektorlarla müzakirələr nəticəsində ali təhsil üzrə 5 strateji fəaliyyət istiqamətinin, o cümlədən akademik mobillik proqramlarının icrası, ali məktəblərin institusional inkişafı, elmi jurnal, nəşrlər və dərsliklərin hazırlanması, universitet-sənaye iş birliyinin inkişafında iştirak və ali təhsil müəssisələri tələbələrinin inkişafına dəstək olaraq müəyyən edildiyini deyib.

Yekunda, Fondun İdarə Heyətinin sədri universitetlər arasında tərəfdaşlıq fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə məsul şəxsin təyin olunmasını xahiş edib və yeni tədris ilində ali təhsil müəssisələri rəhbərlərinə uğurlar arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video