20 May 2022 18:00
581
CƏMİYYƏT
A- A+

Ali Məhkəmənin sədri Masallı rayonunda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin vətəndaşların müraciətlərinə baxılması, o cümlədən Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tövsiyələri Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən daim diqqətdə saxlanılır.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, mayın 20-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Masallı rayonunda Masallı və Cəlilabad rayonlarından, eləcə də digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Masallı şəhərində ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib. Həmçinin Masallı şəhərində yerləşən Qəhrəmanlar Parkı ziyarət olunaraq Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib.

Qəbul zamanı Ali Məhkəmənin sədri qəbulda iştirak edən şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının qayğıları ilə maraqlanıb.

Eyni zamanda hər bir vətəndaş diqqətlə dinlənilərək onların məhkəmələrin fəaliyyəti barədə müraciətlərinə baxılıb, qaldırılan məsələlərin bəzilərinin yerində həlli ilə bağlı tədbirlər görülüb, digərləri isə araşdırılması və onların qanunauyğun şəkildə həll edilməsi üçün Ali Məhkəmə Aparatının qəbulda iştirak edən məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Səfər çərçivəsində Ali Məhkəmənin sədri Masallı Məhkəmə Kompleksi, hakimlərin fəaliyyəti və iş şəraiti ilə tanış olub, Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan bir sıra birinci instansiya məhkəmələrinin hakimlərinin iştirakı ilə müşavirə keçirib.

Müşavirədə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial dövlətin yeni modelinin formalaşdırıldığı, insanların yüksək rifahının təmin olunmasının dövlət siyasətinin əsas məqsədi olduğu bildirilib. Dövlətimizin başçısının qəti siyasi iradəsi ilə korrupsiyaya qarşı mübarizədə həyata keçirilən sistemli, kompleks və innovativ tədbirlərdən danışılıb, 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın mühüm əhəmiyyəti qeyd olunub.

Məhkəmə fəaliyyətində şəffaflığın artırılması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, antikorrupsiya tədbirlərinin gücləndirilməsi üzrə tədbirlərə toxunularaq Milli Fəaliyyət Planının icrasından irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamından və məhkəmə fəaliyyəti üçün mühüm yol xəritəsi olan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrasından irəli gələn məsələlər müzakirə olunub.

Müşavirədə həbs qətimkan tədbirinin seçilməsi və azadlıqdan məhrumetmə cəzasının təyin olunması ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində görülən işlər və hazırki mövcud vəziyyət təhlil edilib, gələcəkdə bu sahədə görülməli işlər barədə tövsiyələr verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video