26 Yanvar 2025 08:30
348
SİYASƏT
A- A+
Aİ "missiya" adı altında bölgəyə hərbi güc kimi yerləşmək niyyətindədir

Aİ "missiya" adı altında bölgəyə hərbi güc kimi yerləşmək niyyətindədir


Bu məkrli plan Cənubi Qafqazda təhlükəsizliyə birbaşa zərbədir


II Qarabağ müharibəsində kapitulyasiya aktına imza atan Ermənistan hazırda Azərbaycanla sülhə yox, revanşa hazırlaşır. İşğalçı və təcavüzkar ölkə Azərbaycana qarşı ərazi iddiaları əks olunan konstitusiyasını dəyişmək, ATƏT-in keçmiş Minsk qrupunun de-yure ləğvi üçün ölkəmizlə birgə müraciət etmək əvəzinə silahlanmağa, üçüncü ölkələrin hərbi güclərini sərhədimizə yerləşdirməyə başlayıb. Avropa İttifaqının (Aİ) qondarma müşahidə missiyasının müddətinin uzadılması, hərbiləşdirilməsi planları da Cənubi Qafqazda müharibə niyyətlərinin gerçəkləşdirilməsinə xidmət edir. 


Çirkin məqsəd


Xatırladaq ki, 2025-ci il yanvarın 10-da Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın mətbuat xidməti Brüsselin Aİ-nin Ermənistandakı missiyasının müddətini uzatmaq niyyətində olduğunu açıqlayıb. Bununla bağlı mediada gedən məlumatlara görə, yanvarın 27-də kəşfiyyat missiyasının mandatının daha iki il müddətinə uzadılacağı gözlənilir. Eyni zamanda Brüssel bu missiyanın hərbiləşdirilməsini planlaşdırıb. Caliber.az saytının əldə etdiyi məlumata əsasən, missiyanın mandatının genişləndirilməsi yalnız kəşfiyyat xarakterli deyil, tamhüquqlu hərbi nümayəndəliyə çevrilməsinə səbəb ola biləcək yeni elementləri əhatə edəcək. Bu hərbi bölmələrin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədləri boyunca yerləşdirilməsi planlaşdırılır.

Məqsəd Ermənistandan plasdarm kimi istifadə etməklə bölgədə Aİ-nin hərbi amil olaraq mövcudluğuna şərait yaratmaqdır. Ancaq Ermənistanla sərhəd xətləri hələ tam müəyyənləşdirilməmiş Azərbaycan Aİ missiyasının müddətinin ölkəmizlə razılaşdırılmadan uzadılmasına, onun hərbiləşdirilməsinə qarşıdır və buna sərt münasibətini göstərib. Bakı ilk gündən bu missiyanın varlığına heç bir lüzum olmadığını qətiyyətlə bildirib. 

Təkcə ötən il Ermənistan ilə Azərbaycan arasında normallaşma istiqamətində baş verən müsbət irəliləyişlərə nəzər  salmaqla görərik ki, belə məsələdə üçüncü tərəflərin iştirakına ehtiyac yoxdur. Məsələn, iki ölkə rəsmilərinin bir neçə dəfə kənar vasitəçilər olmadan dialoqlar həyata keçirməsi, eyni zamanda sərhədlərin delimitasiya və demarkasiya işlərinə start verilməsi, Qazaxın dörd kəndinin azad edilməsi, 17 maddə və preambuladan ibarət sülh müqaviləsi layihəsinin 10-dan çox maddəsinin razılaşdırılması, sərhəd dirəklərinin quraşdırılması və sair buna əyani misaldır. 

Lakin hadisələrin bu istiqamətdə inkişafı müstəmləkəçi Fransanın yönləndirməsi ilə hərəkət edən Aİ-nin maraqlarına uyğun gəlmir. Ona görə də Qərb kəşfiyyat missiyasının bölgədə varlığını sürdürməsi üçün əlindən gələni edir və bu vasitə ilə gərginlik yaratmağa çalışır. 

Xatırladaq ki, 2022-ci ilin dekabrından əslində qısa müddətlik zaman ərzində fəaliyyət üçün işə başlayan bu missiya Azərbaycanın razılığı olmadan hazırda da fəaliyyətini davam etdirir. Ötən müddətdə bu missiya sülhə töhfə vermək əvəzinə ona mane olmaqdan başqa bir iş görməyib. 


Hər şeyə adekvat cavab veriləcək


Missiyanın fəaliyyətinə dördəlli razılıq verən və vaxtının uzadılmasına tərəfdar çıxan İrəvan bununla elə hesab edirdi ki, Aİ-nin bu missiyasının çətiri altında Azərbaycana qarşı istədiyi təxribat və təcavüzkarlıqları edə biləcək. Amma törətdiyi təxribatlara qarşı hər dəfə aldığı adekvat cavablarla bu niyyətinin puç olduğunu gördü. Ötən müddətdə Aİ-nin kəşfiyyat missiyasının üzvləri vaxtaşırı Ermənistanla sərhədimizə gəlib, Azərbaycana tərəf durbinlə baxmaqla məşğul olub. Yəni Qərb "binokl diplomatiyası"nı işə salıb. Caliber.az saytının məlumatında bildirilir ki, missiyanın mövcud kəşfiyyat infrastrukturu (yalnız binokllar deyil, həm də Azərbaycan istiqamətinə baxmaq üçün istifadə olunan kameralar) ilə yanaşı, müvafiq avadanlıqlar və xüsusi texnikanın, o cümlədən hərbi nəqliyyat vasitələrinin tətbiqi də nəzərdə tutulur. Həmçinin avromissiya üzvlərinə silah daşımağa da icazə veriləcək.

Qeyd edək ki, ötən cümə günü günorta saatlarında 4 nəfərin üzərində Avropa İttifaqının bayrağı olan 2 ədəd "Toyota Land Cruiser LX" markalı avtomobildə Ermənistanın Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyinə gələrək əraziyə baxış keçirməsi müşahidə olunub.

Bu fakt da açıq göstərir ki, Aİ-nin dırnaqarası missiyasının güddüyü məram heç də xoş deyil. Onsuz da Vətən müharibəsindən sonra Ermənistanın sürətlə silahlandırılmasına başçılıq edən Fransanın davranışları, Avropa İttifaqının normallaşma prosesində birmənalı olaraq İrəvanın tərəfini tutması, Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirməsi və sair bu kimi məsələlər Azərbaycana münasibəti açıq göstərmişdi. Aİ-nin qondarma müşahidə missiyasının müddətinin uzadılması, hərbiləşdirilməsi isə etimada daha bir zərbədir. Bu,  Aİ-nin "missiya" adı altında bölgəyə hərbi güc kimi yerləşməkdə israr etdiyini bir daha təsdiqləyir. 

O da faktdır ki, Azərbaycanın siyasi iradəsindən kənarda hər hansı missiyanın regionda formalaşması Cənubi Qafqazda problemlərin nizamlanmasına töhfə vermək əvəzinə daha gərgin vəziyyətin yaranmasına səbəb olacaq. Bunun nəticəsi isə ilk növbədə sülh müqaviləsini imzalamaqdan ötrü tələb olunan şərtləri yerinə yetirməkdən yayınan Ermənistan üçün acınacaqlı olacaq. Eyni zamanda regionda lider mövqeyə malik Azərbaycanla əməkdaşlıq etmək əvəzinə bu cür qərəzli və təhlükəli siyasət həyata keçirən Aİ-yə üzv ölkələr davranışlarının nəticələrini yüz dəfə ölçüb biçməlidirlər. Çünki Azərbaycan yaxşılığa yaxşılıqla, pisliyə isə adekvat cavab verəcək.


 Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Diplomatik xidmət haqqında 

02:14
19 Fevral

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

02:13
19 Fevral

Qazaxıstan Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumun obyektinə hücumla bağlı məsələyə aydınlıq gətirib  

22:59
18 Fevral

Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir

22:58
18 Fevral

Bolqarıstan mətbuatında azərbaycanlıların doğma torpaqlarına qayıdışı geniş işıqlandırılıb

22:57
18 Fevral

Rusiya-ABŞ danışıqları başa çatıb

20:29
18 Fevral

İstanbulda TÜRKPA-nın Xarici Əlaqələr Komissiyalarının ortaq bəyanatı yayımlanıb

20:29
18 Fevral

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb

20:08
18 Fevral

May ayında “Caspian Agro” və Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri keçiriləcək

20:01
18 Fevral

Azərbaycanda iqtisadi şaxələndirməyə və yaşıl artıma dəstək məsələləri müzakirə olunub  

19:52
18 Fevral

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Heydər Əliyev Mərkəzində olub  

19:29
18 Fevral

Xəzər İsayev: Prezident İlham Əliyev ölkəmizdə Olimpiya hərəkatına rəhbərlik etdikdən sonra idmanda böyük uğurlar qazanılıb  

19:27
18 Fevral

Prezident İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub YENİLƏNİB

19:26
18 Fevral

ABŞ Dövlət Departamenti Rusiya ilə görüşün nəticələri barədə açıqlama yayıb

19:25
18 Fevral

Gürcüstan və Azərbaycan dəmir yolu ilə sərnişin daşınmasını müzakirə edib

19:23
18 Fevral

Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

19:20
18 Fevral

Baş nazir Əli Əsədov İran Prezidenti Məsud Pezeşkianla görüşüb

19:17
18 Fevral

AMB və Səudiyyə Mərkəzi Bankı əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edib  

19:16
18 Fevral

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib  

19:12
18 Fevral

Prezident İlham Əliyev Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub YENİLƏNİB

18:50
18 Fevral

Volodimir Zelenski: Ukrayna ərazi bütövlüyü ilə bağlı güzəştə getməyəcək

18:49
18 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!