28 Iyun 2022 11:57
513
Mədəniyyət
A- A+

Ahmed Sengendo: Qarabağdakı quruculuq işləri ölkənin turizm potensialının inkişafına böyük töhfə verəcək

 

Azərbaycan hökumətinə və xalqına hazırda keçirilən sayca 11-ci İƏT ölkələrinin turizm nazirlərinin sessiyasında qonaqpərvərlik və təşkilatçılığa görə minnətdarlığımızı bildiririk.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında İƏT-in Baş katibinin müavini Ahmed Sengendo deyib.

Ötən il işğaldan azad edilmiş əraziləri ziyarət eddiyini deyən qonaq söyləyib: “Öz gözlərimizlə oradakı dağıntıların şahidi olduq. Bu dağıntılar böyük turizm potensialına mənfi təsir edib. Lakin biz, həmçinin orada aparılan quruculuq işlərinin də şahidi olduq. Ümid edirəm ki, müqəddəs ibadət yerləri, məscidlər tezliklə bərpa edilib, yenidən tikiləcək”.

A.Sengendo vurğulayıb ki, Qarabağdakı quruculuq işləri ölkənin turizm potensialının inkişaf etdirilməsinə böyük töhfə verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video