14 Iyun 2022 00:57
935
Mədəniyyət
A- A+

Ağstafada Neolit dövrünün izləri aşkarlanıb

 

Ağstafada Neolit dövrünə aid "Çağrıtəpə" abidəsində 3 ildən bəri aparılan qazıntı işlərinin növbəti mərhələsinə başlanılır. Burada üst qat götürülərək növbəti mərhələyə qədəm qoyulacaq.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun ekspedisiyasının Ağstafa rayonunun Xətai kəndi ərazisində Neolit dövrünə aid yaşayış yerinin tədqiqatına başladığı müddətdən 3 il keçir. Bu illər ərzində ekspedisiya qrupu qazıntı zamanı ərazidən zəngin mədəniyyət nümunələri əldə edib. İlkin analizlərə görə, ərazinin qədim sakinləri çayətrafı olduğuna görə burada kompakt yaşayıblar. Son əldə olunan nailiyyətlərdən biri də dairəvi şəkildə yaşanılan kompakt düşərgədə tikililərin aşkar edilməsidir.

Ekspedisiyanın rəhbəri AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri Nəcəf Museyibli bildirib ki, abidə sovet dövründən məlum olsa da, onun tədqiqinə son illərdə başlanılıb. "Burada aşkar olunmuş bütün tapıntılar abidənin Neolit dövrünə aid olduğunu, yəni təxminən 8 min il yaşı olduğunu söyləməyə əsas verir. Bu abidənin qədim sakinləri əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olublar. Aşkar olunmuş tapıntılar müxtəlif daşdan, obsidiandan, sümükdən hazırlanmış məişət əşyalarından ibarətdir, - deyə N.Museyibli bildirib.

Hazırda 200 kvadratmetrlik ərazidə arxeoloji qazıntılar davam edir. Artıq üst qatda aşkara çıxmış maddi mədəniyyət nümunələri götürülərək alt qatlara doğru qazıntı aparılacaq. "Ərazidə aparılan qazıntılar bölgənin Neolit dövrünün araşdırılması üçün olduqca əhəmiyyətlidir. Eyni zamanda qazıntılar ərazinin Azərbaycanın Cənubi Qafqaz Yaxın Şərq mədəniyyəti sistemlərində yerini müəyyənləşdirməyə imkan verir", - deyə institutun şöbə müdiri əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video