02 Avqust 2024 18:00
293
CƏMİYYƏT
A- A+
Agentlik: Erməni ifaçı Azərbaycan bəstəkarı Cavanşir Quliyevin “Yarımgilə” mahnısının sözlərini dəyişərək mənimsəyib

Agentlik: Erməni ifaçı Azərbaycan bəstəkarı Cavanşir Quliyevin “Yarımgilə” mahnısının sözlərini dəyişərək mənimsəyib

 

Musiqisi Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsus, sözləri bayatılardan ibarət olan “Yarımgilə” mahnısının (bundan sonra - mahnı) erməni ifaçı Minas Ovanesyan (Mino) tərəfindən ifa edilməsi, feysbukda və tik-tokda yayılması faktı Əqli Mülkiyyət Agentliyində araşdırılır.

Bu barədə AZƏRTAC-a Agentlikdən məlumat verilib. Bildirilib ki, bəstəkar Cavanşir Quliyev iyulun 31-də Agentliyə dəvət olunub. Agentliyin İdarə Heyətinin sədri Kamran İmanov ilə görüşdə mahnının erməni ifaçı tərəfindən oğurlanması faktı bəstəkarla müzakirə olunub. C.Quliyev erməni ifaçı Minas Ovanesyan (Mino) tərəfindən pozulmuş müəlliflik hüquqlarının bərpasına kömək göstərilməsi barədə Agentliyə ərizə ilə müraciət edib.

Məsələ ilə bağlı Agentliyin ekspertləri - Azərbaycan Respublikasının Xalq artistləri, bəstəkarlar Faiq Sücəddinov və Eldar Mansurov növbəti erməni oğurluğu ilə bağlı bildiriblər ki, ümumiyyətlə, Azərbaycan bəstəkarlarının bəstələdiyi musiqi əsərləri - operalar, simfoniyalar, mahnılar “Segah”, “Bayatı-şiraz”, “Şur”, “Çahargah” və digər muğam və dəstgahlar əsasında yazılır. Mahnı “Şüştər” muğamı əsasında yazılıb və erməni ifaçının səsləndirdiyi mahnı ilə tam üst-üstə düşür.

Mahnı 1991-ci ildə bəstələnib və ilk dəfə 1993-cü ildə Azərbaycanın Xalq artisti Brilliant Dadaşova və C.Quliyev tərəfindən duet şəklində Azərbaycan Televiziyasında yayımlanıb. “YouTube” səhifəsində mahnının studiya çəkilişləri də yerləşdirilib. Mahnı C.Quliyevin ən məşhur bəstələrindən biridir.

C.Quliyev 2004-cü ildən başlayaraq Agentlikdə (Agentlik həmin vaxt Müəllif Hüquqları Agentliyi adlanırdı) 41 musiqi əsərini qeydiyyatdan keçirib, onlardan dördü böyük simfonik orkestr üçün yazılmış əsərdir. Mahnı 2006-cı il iyulun 27-də qeydiyyatdan keçirilib və ona əsərin qeydiyyatı haqqında 3089 nömrəli şəhadətnamə verilib. Mahnı Gülay Zeynallı, Samirə Əfəndi, türk müğənnisi Ezgi Mertin və digər məşhur ifaçılar tərəfindən səsləndirilib.

Mahnı erməni ifaçı Minas Ovanisyan (Mino) tərəfindən mənimsənilib, yəni C.Quliyevdən icazə almadan sözlərini dəyişərək ifa edib və bəstəkarın adını göstərməyib. Bununla da erməni ifaçı Minas Ovanisyan (Mino) tərəfindən C.Quliyevin şəxsi (qeyri-əmlak) hüquqları və əmlak (iqtisadi) hüquqları pozulub.

Agentlik, həmçinin bildirir ki, mahnının sözləri (bayatılar) Azərbaycan xalqına məxsus olan folklor nümunəsidir. “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən digər dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının hüdudlarından kənarda folklor nümunələrindən kommersiya məqsədilə yalnız Agentliyin icazəsi əsasında və istifadəyə görə haqq ödəməklə istifadə edə bilərlər. Bununla yanaşı, dərc olunmuş bütün əsərlərdə, folklor nümunələrinin kütləvi ifa və bildiriş hallarında onların mənbəyi, həmçinin istifadə olunan folklor nümunəsinin yarandığı yerin coğrafi adı və (və ya) mənsub olduğu xalqın (cəmiyyətin) adı dəqiq göstərilməlidir.

Bu hal, eyni zamanda, milli qanunvericiliyin müddəaları ilə yanaşı, Azərbaycan və Ermənistanın üzv olduğu “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının 5-ci maddəsində təsbit edilmiş təməl prinsiplərindən biri olan “milli rejim” prinsipinin və tərəf olduğu digər beynəlxalq müqavilələrin, o cümlədən Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜƏMT) təsis edən Konvensiyanın, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarının pozulmasıdır.

Agentlik məlumat üçün bildiririk ki, C.Quliyev rəqəmsal şəbəkələrdə əmlak hüquqlarının idarəçiliyini bu sahədə fəaliyyət göstərən “Mikpro” MMC-yə verib. Məsələ ilə bağlı “Mikpro” MMC-nin rəhbərliyi ilə əlaqə saxlanılıb. MMC-dən erməni ifaçı Minas Ovanisyanın (Mino) ifasında olan mahnının bütün platformalardan silinməsi ilə bağlı bildirişlərin göndərildiyi qeyd edilib.

Agentlik “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyi (RAYS) - https://rays.az/ ilə birgə daha əvvəlki təcrübəni nəzərə almaqla C.Quliyevin pozulmuş müəlliflik hüquqlarının bərpası ilə bağlı öz səlahiyyətləri çərçivəsində köməyini davam etdirəcək və nəticə barədə əlavə məlumat veriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sürət, həyəcan və möhtəşəm Azərbaycan Qran-prisi

08:05
17 Sentyabr

Azərbaycan nümunəsi

08:00
17 Sentyabr

Azercell abunəçilərinin nəzərinə

01:56
17 Sentyabr

“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:45
17 Sentyabr

“Liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektinin müsabiqə əsasında icarəyə verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:44
17 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabineti - QƏRAR № 420

01:41
17 Sentyabr

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə tərkibi buraxılmış məntəqə seçki komissiyalarının SİYAHISI

01:40
17 Sentyabr

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin SİYAHISI

01:39
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/222

01:39
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/223

01:37
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/224

01:37
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/225

01:36
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/226

01:35
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/227

01:34
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası – Qərar № 45/228

01:31
17 Sentyabr

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində Reza Deqati ilə görüş keçirilib  

23:33
16 Sentyabr

Dövlət Departamenti: Biz həmişə Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bir araya gətirmək imkanlarını nəzərdən keçiririk

23:29
16 Sentyabr

Amerika qoşunlarının son qrupu Nigeri tərk edib  

23:28
16 Sentyabr

"Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib  

23:27
16 Sentyabr

Avropanın ən çox axtarılan cinayətkarlarından biri İspaniyada saxlanılıb  

23:27
16 Sentyabr

Fatma Şahin: Azərbaycan şəhərləri ilə qardaşlaşan 24-cü şəhər Qaziantep olacaq  

23:26
16 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!