Ağcabədidə Anım günü ilə bağlı ümumrayon tədbiri keçirilib
Zəfərlə başa çatan Vətən müharibəsinin başlanmasından artıq 2 il ötür. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Ölkəmizin hər yerində olduğu kimi, Ağcabədidə də Anım günü münasibəti ilə ümumrayon tədbiri keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, YAP Ağcabədi Rayon Təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri Muğanlı kəndində Qəhrəmanlar parkını və Hindarx qəsəbəsində Şəhidlər xiyabanını ziyarət ediblər. Sonra şəhər ərazisində tədbir davam etdirilib. Ağcabədi Bayraq meydanından Qəhrəmanlar parkına qədər yürüş keçirilib. Yürüş iştirakçıları əllərində üçrəngli bayrağımız və şəhidlərimizin şəkilləri olan plakatlar daşıyaraq "Şəhidlər ölməz, Vətən bölünməz!", "Qarabağ Azərbaycandır!", "Hər şey vətən üçün!" və digər şüarlar səsləndiriblər. Qəhrəmanlar parkında torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş oğullarımızın məzarları ziyarət olunub, üzərilərinə tər çiçəklər düzülüb.
Tədbirin növbəti hissəsi şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksinin qarşısında keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ağcabədi şəhər Cümə məscidinin imamı şəhidlərimizin ruhuna dualar oxuyub.
Anım tədbirində çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçisi Rafil Hüseynov 2020-ci il sentyabrın 27-də başlanmış və Zəfərimizlə başa çatmış Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin həmişə qəlblərdə yaşayacağını bildirib, onların ailələrinin, o cümlədən qazilərimizin daim diqqətdə saxlanıldığını, dövlətimiz tərəfindən onlara qayğı göstərildiyini diqqətə çatdırıb.
Tədbirdə şəhid ailələrinin üzvləri Aqil Talıbov, Aynur Kərimova, Qumru Süleymanova çıxış ediblər. Məktəblilərin və şəhid övladlarının ifasında şeirlər səsləndirilib.
Sonda Qəhrəmanlar parkında ağacəkmə aksiyası keçirilib.
Saat 12-00-da şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Məhsəti MUSA,
Ağcabədidə çıxan "Aran" qəzetinin redaktoru
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir...
25 Aprel
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI
25 Aprel
DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb
25 Aprel
Azərbaycan nefti bahalaşıb
25 Aprel
Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır
25 Aprel
Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib
25 Aprel
Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq ...
25 Aprel
Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır
25 Aprel
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib...
25 Aprel
Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!