20 Yanvar 2022 16:49
833
SİYASƏT
A- A+

“Adjara.PS” portalında “Sabah Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsinin 32-ci ildönümü qeyd olunur” adlı məqalə dərc olunub

 

Gürcüstanda geniş oxucu auditoriyasına malik “Adjara.PS” portalında 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı “Sabah Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsinin 32-ci ildönümü qeyd olunur” adlı geniş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalə Azərbaycanın Batumidəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə işıq üzü görüb.

Məqalədə, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə sovet ordusunun 26 min nəfərlik kontingentinin Azərbaycanın Bakı, Sumqayıt və digər şəhərlərinə yeridildiyi və bu hərbi cinayət nəticəsində 147 mülki şəxsin qətlə yetirildiyi, 744 nəfərin ağır xəsarətlər aldığı qeyd olunub. Bildirilir ki, bu hadisə müasir Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil olub.

Məqalədə qeyd edilir ki, Ermənistanın 1980-ci illərin sonunda Azərbaycana qarşı əsassız ərazi iddiaları, keçmiş Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətindəki radikal ermənilərin aqressiv separatçılıq fəaliyyəti, SSRİ rəhbərliyinin bu fəaliyyətə dəstək verməsi, yüz minlərlə azərbaycanlının zor gücü ilə və qəddarcasına Ermənistandan deportasiya edilməsi Azərbaycanda sovet hökumətinə qarşı hərəkatın genişlənməsinə təkan verdi. Ümumxalq hərəkatının qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə ölkəyə yeridilən sovet ordusu beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in Konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı görünməmiş qırğın törətdi.

Faciəvi hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək, bu vəhşiliyi kəskin şəkildə pislədi, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdi. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi və müzakirələrin yekunu olaraq 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi.

Məqalədə Gürcüstan və Azərbaycanın həyatında, qısamüddətli müstəqillik dövrü haqqında, ilhaq, müharibələr, faciələr və müstəqilliyi barədə məlumat verilir. Bu kontekstdə 9 aprel 1989-cu il Gürcüstanda və 20 yanvar 1990-cı il Azərbaycanda baş vermiş hadisələr müqayisə edilmiş, hər iki ölkənin müstəqillik uğrunda mübarizəsi barədə bəhs edilir.

Bildirilir ki, sovet rəhbərliyinin həyata keçirdiyi 9 aprel 1989-cu il faciəsi ilə 1990-cı ilin 20 Yanvar hadisələri mahiyyətcə eyni idi. Hər iki halda məqsəd gürcü və Azərbaycan xalqlarının azad iradəsini qırıb imperiyaya tabe etmək idi. Hər iki halda nəticə əksinə oldu. Azərbaycan və gürcü xalqları iyirminci əsrin əvvəllərində yaradılmış demokratik respublikaların ənənələrinə sadiq qalaraq dövlət müstəqilliyini bərpa etmiş və o vaxtdan bəri qarşılıqlı faydalı münasibətləri inkişaf etdirərək onu strateji tərəfdaşlıq səviyyəsinə qaldırmışlar. Məhz bu strateji tərəfdaşlıq Cənubi Qafqazın müasir simasını formalaşdırıb, regionumuzu dünyaya açmış və davamlı inkişafın əsasını qoyub.

Məqalədə iki dost və qonşu ölkələr olan Azərbaycan və Gürcüstan bundan sonra da bir-birini dəstəkləyəcəyi, şanlı tarixini, o cümlədən qanlı yaddaşını unutmadan, qarşılıqlı etimad sayəsində daha böyük uğurlara aparan yollarını davam etdirəcəkləri qeyd olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video