25 Iyun 2022 02:50
508
CƏMİYYƏT
A- A+

ADAU-da bağçılıqla bağlı konfrans keçirilmişdir

 

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq, Üzümçülük və Şərabçılıq, eləcə də Tərəvəzçilik elmi-tədqiqat institutlarının birgə təşkilatçılığı ilə "Bağçılıqda prioritet istehsal sahələrinin inkişafında elm-tədris-istehsalat tendensiyasının tətbiqi və nəzəriyyədən praktikaya gedən yol" adlı konfrans keçirilmişdir.

Konfransda çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov meyvəçilik və tərəvəzçiliyin ölkəmizdəki tarixindən, mövcud vəziyyətindən və bu sahəyə göstərilən dövlət dəstəyindən danışmış, görülən işlərə ADAU və elmi-tədqiqat institutlarının birgə dəstək verməsinin zəruriliyini diqqətə çatdırmışdır.

Sonra Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, dosent İlham Qaraqurbanlı "Müasir dünya bağçılığı: nailiyyətlər, problemlər və perspektivlər", Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov "Üzümçülükdə mövcud potensial və perspektiv inkişaf", Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu publik hüquqi şəxs idarə heyətinin sədri, fəlsəfə doktoru Elmar Allahverdiyev "Tərəvəzçiliyin davamlı inkişafında əsas tendensiyalar və innovativ texnologiyalar", ADAU-nun Bağçılıq kafedrasının professoru Zaur Həsənov "Sitrus meyvəçiliyinin inkişafına innovativ yanaşmalar"  mövzularında məruzələrlə çıxış etmişlər.

 

Sabir ƏLİYEV,                                                                                      

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video