04 Oktyabr 2022 18:54
678
Elm və texnika
A- A+

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu “Jean Monnet Module” proqramı çərçivəsində təlimlərə başlayıb

 

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu (“IDD”) tərəfindən təşkil edilən təlim proqramı öz fəaliyyətinə başlayıb. Proqrama nazirliklər və komitələr də daxil olmaqla 20 dövlət qurumunu təmsil edən 30 iştirakçı qoşulub.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib. Proqramın açılış mərasimində ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə bildirib ki, Avropa İttifaqı (Aİ) ilə əlaqələr getdikcə inkişaf edir. Enerji təhlükəsizliyi, nəqliyyat, kommunikasiya, təhsil və digər sahələrdə əməkdaşlıq əlaqələri güclənir. Bu səbəbdən də ictimai sektorda fəaliyyət göstərənlərin Aİ ilə münasibətlərimizi dərindən öyrənməsi vacibdir.

Təhsil sahəsindəki əlaqələrə xüsusilə toxunan F.İsmayılzadə ADA Universitetinin hər il 40-dək tələbəni Avropa ölkələrinə göndərdiyini qeyd edib. Əlavə edib ki, İnkişaf və Diplomatiya İnstitutu müvafiq mövzuda təşkil etdiyi təlimlər çərçivəsində Aİ ilə münasibətləri daha da inkişaf etdirəcək peşəkarlar yetişdirir.

Avropa İttifaqının ölkəmizdəki səfiri Peter Mixalko təmsil etdiyi qurumun Azərbaycanda sosial sahədə aparılan islahatları dəstəklədiyini bildirib. Akademik qurumlarla vətəndaş cəmiyyəti qurumları arasındakı əməkdaşlığın vacibliyinə toxunan səfir bu istiqamətdə səylərin hər il daha da genişləndiyini diqqətə çatdırıb.

İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova çıxışında ölkəmizdə “Jean Monnet Center of Excellence” statusunu alan ilk ali təhsil qurumu olan ADA Universitetində keçirilən hazırkı təlimlərin Aİ-nin qurumları barədə məlumatlılığı artıracağını vurğulayıb.

Nəzərə çatdıraq ki, 5 gün davam edəcək təlim proqramı “IDD”nin təcrübəli ekspertləri, ADA Universitetinin müəllimləri, dövlət qurumlarının nümayəndələri və xarici ekspertlər tərəfindən tədris olunur. İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramları tərəfindən “Jean Monnet Module” proqramı çərçivəsində keçirilən təlim layihələri İtaliyanın “Ca’Foscari” Universiteti ilə birgə təşkil edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video