01 Oktyabr 2022 01:55
412
Təhsil
A- A+

ADA Universitetinə qəbulun nəticələri açıqlanıb

 

ADA Universitetinə bu il üçün nəzərdə tutulan qəbul planı tam dolub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, qəbul edilən 1004 tələbənin 787-si 12 bakalavr, 217-si isə 8 magistr proqramı üzrə təhsil alır. Bakalavr proqramlarına Dövlət İmtahan Mərkəzinin (DİM) imtahan nəticəsi ilə 345, "SAT" nəticəsi ilə 187, "IB" nəticəsi ilə 13, ADA Məktəbindən isə 190 tələbə qəbul edilib.
DİM imtahan nəticəsi ilə qəbul edilənlərin orta keçid balı 574, "SAT" nəticəsi ilə qəbul olanların orta keçid balı 1330 təşkil edib. Bundan əlavə, ADA Universitetinə bu il 31 ölkədən 74 xarici tələbə qəbul edilib.
Qeyd edək ki, universitet ilk dəfə bu il həmin ölkələr sırasında olan Konqo, Malayziya, Mavriki və Nikaraquadan tələbə qəbul edib.
Xarici tələbələr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin tələbələri üçün təsis etdiyi təqaüd proqramından və Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən "Əlimərdan bəy Topçubaşov" adına təqaüddən yararlanırlar.
Ümumilikdə isə bu il qəbul edilən bütün tələbələrin 35 faizi müxtəlif təhsil haqqı güzəşti əldə ediblər. Həmin tələbələrdən 8-i respublika fənn olimpiadalarının qalibidir.
Əvvəlki illə müqayisədə 9 bakalavr proqramının minimum keçid balında nəzərəçarpan artım müşahidə edilib. ADA Universitetinin ən çox tələb olunan proqramlarından olan kompüter elmləri ixtisasına keçid balı bu il 604-ə qalxıb.
Qeyd edək ki, ADA Universiteti cari tədris ilinə bir sıra yeniliklərlə başlayıb. Belə ki, yeni təqdim edilən Elektrik və Elektronika Mühəndisliyi üzrə bakalavr, eləcə də Azərbaycan dilində tədris olunan Təhsil üzrə Menecment və Təlim və Tədrisin Təşkili və Metodikası üzrə magistr proqramlarına ilk tələbələrin qəbulunu həyata keçirən universitet bu il həmçinin Hüquq fakültəsinin əsasını qoyub. 
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video