08 Oktyabr 2025 17:30
4607
Elm və texnika
A- A+
ADA Universitetində Azərbaycan Jest Dili Tətbiqi – yeni mobil tətbiq təqdim olunub YENİLƏNİB 

ADA Universitetində Azərbaycan Jest Dili Tətbiqi – yeni mobil tətbiq təqdim olunub YENİLƏNİB 

Oktyabrın 8-də ADA Universitetində Azərbaycan jest (işarət) dilinin öyrənilməsi üçün nəzərdə tutulmuş yeni mobil tətbiqin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, layihə ADA Universiteti və ADA Universiteti Fondu tərəfindən həyata keçirilib. bp və tərəfdaşları, həmçinin “Nar” şirkətinin maliyyə dəstəyi ilə reallaşan bu təşəbbüs inklüzivliyin təşviqini qarşıya məqsəd qoyur.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev, bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və “Nar” şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökumə Kərimova çıxış ediblər.

Tədbir zamanı tətbiqin hazırlanma prosesi barədə qısa video da nümayiş olunub.

Layihənin rəhbəri, ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin müəllimi Nurəddin Sədili çıxışında qeyd edib ki, JestPlus tətbiqi sayəsində Azərbaycan jest dilini öyrənmək həm asan, həm də əyləncəli olacaq. O bildirib ki, bu tətbiq istifadəçilərə istənilən vaxt və məkanda, müəllimə ehtiyac duymadan jest dilini öyrənmək imkanı yaradır. Nurəddin Sədilinin sözlərinə görə, layihə sadəcə bir tətbiqin yaradılmasından ibarət deyil, həm də inklüziv cəmiyyətə doğru atılmış mühüm addım, cəmiyyətin bu istiqamətdə inkişafı üçün körpü rolunu oynayacaq bir təşəbbüsdür.

Yeni tətbiq yalnız jest dilini öyrətməklə kifayətlənmir. Pedaqoji yanaşmaya əsaslanan platforma istifadəçilərə dərslər, interaktiv tapşırıqlar və testlər vasitəsilə jest dilini sistemli şəkildə öyrənmək imkanı yaradır. Tətbiqdə 789 video, 358 jest sözü, 27 illüstrativ şəkil və 32 animasiya yer alır ki, bu da istifadəçilərə real ünsiyyət bacarıqlarını inkişaf etdirməyə kömək edir.

Tətbiqin hazırlanmasında ADA Universitetinin məzunları texniki dəstək göstəriblər, məlumatların toplanması isə “Karlara Dəstək” İctimai Birliyi ilə birgə həyata keçirilib.

Qeyd edək ki, JestPlus tətbiqi yaxın zamanda Azərbaycan jest dilini öyrənmək istəyən hər kəs üçün əlçatan olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 66 dolları ötüb  

11:53
14 Noyabr

“Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda beynəlxalq konfransın iştirakçılarına  

11:50
14 Noyabr

Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub  

11:36
14 Noyabr

Kiyevə hava hücumu olub, ölənlər və xəsarət alanlar var

11:33
14 Noyabr

Balakən Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub  

11:33
14 Noyabr

Ekspert: Mərkəzi Asiyanın Rusiya və Çinlə qonşuluğu onu ABŞ üçün mühüm regiona çevirir  

10:55
14 Noyabr

Ağalı sakini: O vaxt 15 yaşım vardı, indi övladlarımla qayıdıram

10:25
14 Noyabr

Keçmiş məcburi köçkün: Atam həmişə deyirdi ki, biz qayıdacağıq

10:25
14 Noyabr

Belemdə COP31 sammitinə ev sahibliyi məsələsi hələ də açıq qalır

10:24
14 Noyabr

Zəngilan rayonunun Ağalı kəndinə növbəti köç karvanı yola salınıb  

10:21
14 Noyabr

“OpenAI” GPT-5.1-i təqdim etdi: daha “ağıllı” və daha fərdiləşdirilmiş süni intellekt  

10:20
14 Noyabr

NYT: Pentaqon F-35-lərin Ər-Riyada tədarükü zamanı həssas texnologiyanın Çinə sızmasından narahatdır  

10:19
14 Noyabr

Kiyev raket və dronlarla vurulur, dağıntılar var  

10:04
14 Noyabr

Media: Pentaqon Venesualaya qarşı hərbi əməliyyatlara hazırlaşır

10:03
14 Noyabr

Bənzərsiz rolları ilə tamaşaçı rəğbətini qazanmışdır

09:00
14 Noyabr

Ən böyük qazancı sevgi və alqışlardır 

08:55
14 Noyabr

Şirin mərəzin fəsadları

08:50
14 Noyabr

"Azexport"un əlaqələri genişlənir

08:45
14 Noyabr

Kiber məkanda insan hüquqlarına təhdidlər və onlara qarşı mübarizə

08:40
14 Noyabr

Hərbi gücümüz artır

08:35
14 Noyabr

AMEA-nın prioritetlərinin fəlsəfəsi

08:30
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!