27 Yanvar 2022 09:23
515
SİYASƏT
A- A+

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupunun həmsədri 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı bəyanat verib

ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü, Azərbaycan üzrə İşçi Qrupunun həmsədri, Tennesi ştatını təmsil edən Stiv Kohen 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı bəyanatla çıxış edib.

Bəyanatda 20 Yanvar faciəsindən bəhs edən Konqres üzvü S.Kohen Azərbaycanın tarixində ən faciəvi hadisələrdən biri olan "Qara Yanvar" qətillərinin 32-ci ildönümünü andığını bildirib.

Konqres üzvü 32 il bundan öncə 20 yanvar tarixində təxminən 26 min sovet qoşununun paytaxt Bakıya tanklar və zirehli avtomobillərlə hücum etdiyini, yaşlılar və qadınlar da daxil olmaqla, günahsız insanlara və dinc etirazçılara atəş açdığını, nəticədə 147 insanın həlak olduğunu, 800 nəfərin yaralandığını, 841 nəfərin həbs edildiyini və 5 nəfərin isə itkin düşdüyünü bildirib, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin ailələrinə başsağlığı ifadə edib.

Bəyanatda həmçinin, bu amansız əməllər qarşısında Azərbaycan xalqının sınmadığı və 1991-ci ildə müstəqilliyinin əldə edilməsi uğrunda mübarizəsini davam etdirdiyi qeyd olunub. ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğu və 1992-ci il fevralın 28-də diplomatik əlaqələrin qurulduğu da bəyanatda öz əksini tapıb.

Konqres üzvü ABŞ və Azərbaycanın strateji müttəfiqlər olduqlarını, ortaq regional və qlobal maraqları bölüşdüklərini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video