28 Sentyabr 2022 12:12
534
DÜNYA
A- A+

ABŞ-ın vitse-prezidenti Yaponiya şirkətlərini yarımkeçiricilər sahəsində fəal əməkdaşlığa çağırıb  

 

Tokioda səfərdə olan ABŞ-ın vitse-prezidenti Kamala Harris Yaponiya şirkətlərini amerikalı tərəfdarları ilə yarımkeçiricilər sahəsində fəal əməkdaşlığa çağırıb.

AZƏRTAC Kydo agentliyinə istinadla xəbər verir ki, bu barədə o, sentyabrın 28-də Tokioda biznes dairələrinin nümayəndələri ilə görüşündə bildirib.

“Heç bir ölkə dünyanın bu tələbatını təklikdə ödəməyə qadir deyil. Yaponiya və ABŞ təchizat zəncirinin möhkəmlənməsi üzərində işləməyə və qabaqcıl texnologiyalara investisiya yatırmağa hazırdır”, - deyə vitse-prezident bildirib.

ABŞ-da mikroçiplərin istehsalına investisiyaların artırılması məqsədilə qəbul edilmiş yeni qanun haqda məlumat verən K. Harris Yaponiya şirkətlərini bu sahədə amerikalı tərəfdaşları ilə fəal əməkdaşlığa çağırıb.

Xatırladaq ki, cari ilin iyulunda Yaponiya və ABŞ yeni nəsil 2 nanometrlik mikroçiplərin hazırlanması üçün yeni tədqiqat mərkəzinin yaradılması barədə razılığa gəliblər. Həmin mərkəz Yaponiyanın Çiplərin Tədqiqat İnstitutu tərəfindən Tokio Universiteti və Təbiət Elmləri İnstitutu (Riken) ilə birgə inşa ediləcək. Bu mərkəz üçün avadanlıq və mütəxəssislər isə ABŞ Milli Yarımkeçirici Texnologiyaları Mərkəzindən göndəriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video