15 Avqust 2022 18:21
731
DÜNYA
A- A+

ABŞ-ın Suriyadakı hərbi bazasına dron hücumu olub

 

ABŞ-ın Suriyanın cənubunda, İordaniya sərhədinə yaxın ərazidə yerləşən əl-Tanf hərbi bazasına dron hücumu olub.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Ştatların Suriyadakı hərbi kontingentinin komandanlığı dron hücumu nəticəsində itkilərin olmadığını açıqlayıb. Heç bir təşkilat və ya ölkə bu hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. Bu hərbi baza ABŞ-ın dəstəklədiyi silahlı qruplaşmaların təlim mərkəzidir. Komandanlığın açıqlamasında qeyd olunub ki, “koalisiya qüvvələri İŞİD terrorçularına qarşı mübarizə aparan Mağaveyir Əl-Dovra müxalif qüvvələri ilə birlikdə dron hücumunu dəf edib və əks zərbələr endirib”.

Dron hücumunu pisləyən amerikalı general Con Brennan bildirib ki, bu cür təxribatlar mülki əhalinin həyatına təhlükə törətməklə yanaşı, İŞİD-ə qarşı mübarizəyə də mane olur. O diqqətə çatdırıb ki, dron hücumu İsrailin Livanla sərhəddə Suriya ordusu bazalarına hava zərbələrindən bir neçə saat sonra baş verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video