18 Yanvar 2022 12:41
556
DÜNYA
A- A+

ABŞ-da mülki hüquqlar uğrunda hərəkatın liderləri seçki hüquqlarına yenidən baxılmasında təkid edirlər

 

Yanvarın 17-də, Martin Lüter Kinq günündə Kinqin qohumları və onların tərəfdarları Vaşinqtonda yürüş keçirərək Senatdakı demokratları müxalifət mövqeyi tutan respublikaçılara və bəzi demokratlara üstün gələrək seçki hüquqlarına milli səviyyədə yenidən baxılmasına nail olmağa çağırıblar.

AZƏRTAC xəbər verir ki, yürüş iştirakçıları Martin Lüter Kinqin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş milli bayrama toplaşıblar. Mülki hüquqlar uğrunda hərəkatın liderləri artıq neçə ildir ki, seçki hüquqları barədə qanuna dəyişikliklər olunmasını tələb edirlər. Çoxları belə hesab edir ki, ABŞ-ın qaradərili vətəndaşlarının çoxu seçkilər zamanı səsvermə hüquqlarından istifadə edə bilmir. Ştatların hakimiyyət orqanları yetərli sayda seçki məntəqələri yaratmır və ya poçt vasitəsilə vaxtından əvvəl səsvermə qaydalarını sadələşdirmirlər.

Martin Lüter Kinqin oğlu III Martin Lüter Kinq, onun həyat yoldaşı Arndrea Uoters Kinq və onların qızı İolanda Rene Kinq bir neçə yüz nəfərdən ibarət fəallara qoşularaq Frederik Duqlas Memorial körpüsündə yürüş keçiriblər. Bu yürüş yaxın vaxtlarda Konqres tərəfindən bəyənilmiş, dəyəri 1,2 trilyon dollar olan infrastrukturun bərpasına dair qanun layihəsinin rəmzidir.

Prezident Co Bayden xalqa videomüraciətində bəyan edib ki, amerikalılar Martin Lüter Kinqin yarımçıq qalmış işini davam etdirməli, hər kəs üçün iş yerlərinin əlçatan olmasını, ədaləti təmin etməli, “bütün başqa hüquqların müqəddəs əsası olan səsvermə hüququnu” müdafiə etməlidirlər. Bayden deyib: “Amerikada seçkili vəzifə tutan hər bir şəxs səsvermə hüququ barədə öz mövqeyinə aydınlıq gətirməlidir”.

Senatda çoxluğun lideri Çak Şumer artıq çərşənbə axşamı günü yeni qanun layihəsinə dair səsverməyə keçirməyə çağırıb. Bu qanun noyabrın əvvəlində keçiriləcək rəsmi seçkilərə qədər poçt vasitəsilə səsvermə imkanını genişləndirəcək, tarixən irqi ayrı-seçkilik müşahidə olunan ştatlarda seçkilərə federal nəzarəti gücləndirəcək, seçki kampaniyalarının maliyyələşdirilməsi qaydalarını sərtləşdirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video