13 Yanvar 2022 02:03
827
Oxucu məktubları

77-nin 777 dərdi

 

“Bir az mehriban olun”, “Yer varsa, gəl özün keç”, “Arxa qapı, sıxlaşın”, “Bezrazmer deyil”, “Kartof daşımırsan” - ictimai nəqliyyatdan istifadə edən hər kəsə bu ifadələr yəqin ki, tanışdır. 

77 nömrəli marşrut xətti üzrə işləyən avtobuslarda da bu və ya digər ifadələri hər gün eşitmək mümkündür. Axundov bağı - Yeni Yasamal istiqamətində hərəkət edən bu avtobuslarda səhər və axşam saatlarında hər gün  böyük sıxlıq olur. Sərnişinlər mənzil başına daha tez çatmaqdan ötrü bir-birilərini itələyə-itələyə avtobusa minməyə, sürücülər isə daha çox sərnişin mindirməyə cəhd edirlər.  Təbii ki, belə olan halda narazılıqlar, dava-dalaş, etirazlar baş verir. Sürücülər isə reaksiya vermir, əksinə, bu sıxlıqdan məmnun görünürlər. Öz dedikləri kimi,  plan verməlidirlər axı.

İnsafən avtobuslar arasında interval o qədər də böyük deyil. Amma Yeni Yasamal ərazisində yaşayan əhalinin çoxluğunu nəzərə alsaq, bir marşrut xətti bu ərazi üçün çox azdır. Yaranmış sıxlıqdan əziyyət çəkən sərnişinlər etiraz bildirəndə isə kobud, hərəkət qrafikinə əməl etmək üçün təhlükəli manevrlərdən çəkinməyən dəlisov sürücülər onlara irad tutanları günahkar çıxarırlar. İstismara yararsız olduğu aydın görünən avtobuslarda boş spirt qabları, maskasız sürücülər, sınıq-salxaq, çirkdən rəngi seçilməyən oturacaqlar, üstü sellofanla örtülmüş istifadə olunmayan kart aparatları, bu marşrutların qulağında telefon, damağında siqaret olan sürücüləri 77-nin bitməyən dərdlərinin bir hissəsidir. Buna baxmayaraq, sözügedən istiqamət üzrə alternativ marşrutların xəttə buraxılması barədə düşünən yoxdur. Amma yenə də ümid etmək istərdik ki, BNA bu dərdlərin sağalması üçün bir məlhəm tapacaq, təbii ki, istəsə...…

 

Nərminə ƏSGƏROVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video