Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
72 yaşlı təcrübəli neftçi-geoloq Ələmdar Useynov bu gün gənc həmkarlarının ən yaxın məsləhətçisidir
İnsanın xoşbəxtliyi nə tutduğu mövqedən, nə də yaşının az və ya çox olmasından asılıdır. İnsan xoşbəxtliyini o zaman dərk edir ki, illər onun taleyində gərəkli iz buraxır və o özündən sonra bu həyatda xoş xatirələr qoya bilir. Bunu bacarmaq böyük xoşbəxtlikdir, baxmayaraq ki, bu, elə çətin bir iş də deyil, sadəcə, belə doğulmaq lazımdır, 72 yaşlı həmsöhbətim Ələmdar Useynov kimi.
Ələmdar Useynovla söhbət edərkən anladım ki, o, nəinki seçdiyi geoloq sənətinə mükəmməl yiyələnib, həm də bu peşəni ən uca zirvəyə daşıyanlarla çiyin-çiyinə olub. Dənizin dibi və ən uca zirvənin sön nöqtəsi... əks istqamətlərdən boylansa da buradakı fiziki qanunauyğunluq - "əksliklərin vəhdəti" qanunu xoş bir ahəng yaradaraq taleyinə işıq tutub. O, bu işığın başlanğıc nöqtəsinin böyük bacısından gəldiyini söyləyir:
- Bacım ixtisasca geoloq idi. Elmlər Akademiyasında işləyirdi. Onun peşəsi məndə maraq yaratmışdı, o üzdən işi-peşəsi ilə bağlı hərdən soruşur, bilik əldə etməyə çalışırdım. O da mənə çox həvəslə geologiyanın sirlərindən danışırdı. Beləliklə, məndə bu sənətə çox böyük maraq və sevgi yarandı. Ədəbiyyat müəllimiz "Kim olmaq istəyirsən?" mövzusunda inşa tapşıranda düşünmədən həmin sevginin əlindən tutub "geoloq olacam" yazdım. Onda Bakıdakı 172 saylı məktəbdə oxuyurdum. 1969-cu ildə məktəbi bitirib ovaxtkı M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun Geoloji kəşfiyyat fakültəsinə qəbul olundum. Və o gün bu gün "qara qızıl"ın - dəniz neftinin içindəyəm.
Doğrusu, "qara qızıl" sözü bizdə qəribə nostalji ovqat yaratdı. Onun nə olduğunu gəncliyimizdən bilirdik. Sovet mətbuatında "neft" ən çox "qara qızıl" kimi təqdim olunurdu və təbii ki, jurnalist olaraq biz də bu bənzətmədən istifadə edirdik. Həmsöhbətimiz də bunu duymuş kimi həmin mövzuda maraqlı bir əhvalat danışdı:
- I Pyotr 1722-ci ildə Bakıya yolladığı hərbi ekspedisiyanın rəisi general Matuşkinə xüsusi tapşırıq verib ki, əbədi və müqəddəs odun-alovun əsası olan qara neftdən mümkün qədər Peterburqa çox göndərin, neft işi ilə məşğul olan bir neçə usta və mütəxəssisi də ora ezam edin. Çarın məqsədi Xəzərsahili vilayətlərdən, xüsusən də Bakıdan yerli əhalini - azərbaycanlıları köçürüb, onların torpaqlarında erməni, gürcü və rusları yerləşdirərək özünə xristianlardan ibarət istinadgah yaratmaq imiş. İş elə gətirib ki, ölüm çarın bu arzusunu ürəyində qoyub. İllər sonra Bakı qubernatoru 1840-cı ildə Peterburq Elmlər Akademiyasına göndərdiyi Bakı neft nümunələrini yoxlayandan sonra "alim"lər ona ibrət dərsi vermək üçün belə cavab yazıblar:"Bu üfunətli maddə ancaq araba çarxlarını yağlamağa yaraya bilər". Amma həmin "üfunətli maddə" sonradan "qara qızıl" adını alaraq bütün dünyanın marağında oldu. Elə həmin dövrlərdən "qara qızıl" diyarı olan Bakının şöhrəti bütün dünyaya yayıldı. Varlanmaq üçün dünyanın məşhur mühəndisləri, memarları, alimləri, kimyaçıları, texnoloqları, inşaatçıları Bakıya axışaraq mənsəb və dövlət sahibi oldular.
Ələmdar Useynov deyir ki, arzusu ali təhsilini başa vurandan sonra Sibir yataqlarında Fərman Salmanovun yanında işləmək olub, Tümenin neft quyularında iz qoymaq istəyib. Hətta IV kursda diplom işi yazmaq üçün Surqut yaxınlığındakı Nefteyuqansk şəhərində 3 aylıq təcrübə keçib. Həmin vaxt orda qalıb işləmək arzusunu bildirsə də, ona müsbət cavab verilməyib: "3 il Azərbaycanda işləyəndən sonra gəlib burda çalışa bilərsən". Beləcə, gənc Ələmdarın Tümenneftdə işləmək istəyi arzu olaraq qalıb.
Amma onun gəncliyinin başqa bir qəribə xatirəsi də var. O da diplom rəhbəri - həmin vaxtın tanınmış geoloqu Baxış Sultanovla bağlıdır. Ə.Useynov:
- 1937-ci ildə Baxış Sultanovun Bibiheybət yatağında qazdığı quyudan neft çıxmayıb. Bu M.Bağırovun qəzəbinə səbəb olub və onun həbs olunmasına göstəriş verib. Lakin Baxış Sultanov həbsdə olanda həmin quyudan neft fontan vurub. Bunu eşidən Mircəfər Bağırov geoloqu həbsdən azad edib, ona ev və avtomobil verib.
1974-cü ildən taleyini "qara qızıl"a bağlayan Ələmdar Useynov deyir ki, 50 ildir "neft qoxusu" verir: "Mənim üçün neft qoxusu dünyanın ən bahalı ətirindən üstündür" deyir təcrübəli neftçi. Çünki Xəzərin tufanı, qasırğası, küləyin şiddəti, şahə qalxan dalğanın nəriltisi onu heç vaxt qorxutmayıb, əksinə, bərkidib, peşəsinə daha sıx bağlayıb. Neftçi geoloq üçün dəniz ana kimidir. Nə qədər qəzəbli olsa da sakit vaxtları insana laylay deyir.
Hələ II kursda oxuyanda Almaniyanın Frayberq şəhərindəki Dağ-Mədən Akademiyasında, sonra keçmiş S.Orconikidze adına Neftqazçıxarma İdarəsində təcrübə keçən və təyinatla keçmiş Serebrovski adına Neftqazçıxarma İdarəsində operator kimi işə başlayan Ələmdar Useynov yaxın zamanlarda Xəzərdə neftin bitəcəyini ehtimal edənlərin fikirlərini qəbul etmir:
- Xəzərin nefti tükənməzdir, sonsuz sərvətdir. Götürək Hövsan-Zığ yatağını. 1996-cı ilə qədər bu yataq sutkada 2-3 ton neft verirdi. Artıq müasir texnologiyalarla qazılan yeni quyulardan gündə 300 tona qədər neft hasil olunur. Onu da deyim ki, Xəzərdə hələ də kəşf olunmamış yataqlar çoxdur. 500-1000 metr dərinlikdə olan həmin yataqlar seysmik kəşfiyyat işi aparmaqla kəşf edilir.
Həmsöhbətimiz Xəzər nefti haqqında xeyli danışdı. Xəzər dənizində ilk dəfə kəşfiyyat quyusunu Mixail Kaveroçkinin rəhbərlik etdiyi briqadanın qazdırdığını dedi, məşhur qazma ustası Ağa Nemətullanı xatırladı. Söylədi ki, 1952-ci ildə 5 nömrəli quyuda axtarış aparan, bu ərazidə nefti kəşf edən Ağa Nemətulla olub. Həmin kəşfdən sonra - 1955-ci ildə Qumdəniz yatağında Neft-qazçıxarma İdarəsi yaradılıb. İndi bu idarə "Bahar Enerji" LTD adlanır.
"Fəxri neftçi" Ələmdar Useynov işdən yorulmur, təqaüddə olsa da, təcrübəli geoloq kimi elə keçmişini xatırladığı "Bahar Enerji" LTD-dən peşəsini gənclərə öyrətmək üçün tez-tez dəvət alır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"
"Neftçi" bu 2 ildə Abasova nə qədər PUL QAZANDIRACAQ?
Venesuela təzminat istəyir
“Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin iştirakçılarına
Çin Rusiya ilə hərbi əlaqələri genişləndirməyə hazırdır
500-ə yaxın əfqan əsgər Britaniyada yaşayacaq
Gürcüstanın hakim partiyasından Borrellə cavab: Çox ədalətsiz bəyanatdır
Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb
Milli Məclislə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib
Gürcüstanda keçiriləcək seçkilərdə 13 azərbaycanlı deputat mandatı uğrunda mübarizə aparacaq
Milli futbol liqaları FIFA-nı məhkəməyə verib
İntensiv yağıntılar nəticəsində bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur
Rəcəb Tayyib Ərdoğan: Türkiyə Azərbaycanın yardımını unutmayacaq
Böyük Britaniya Gürcüstanla dialoqu dondurdu
Qlobal dövlət borcu 100 trilyonu ötəcək
Macarıstanın Baş naziri COP29-da iştirak edəcək
Faktiki hava: Şimşək çaxıb, bəzi yerlərdə leysan yağıb
“Azərkosmos”un sədri Beynəlxalq Astronavtika Federasiyasına vitse-prezident seçilib
Dövlət Komitəsi insanları mina təhlükəsi ilə bağlı xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırıb
Trampdan təklif: həmin gün ordudan istifadə edilməlidir
COP29 ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyasının arxasında kimlər dayanır? – “EU Today”də məqalə
Ötən gün 8,7 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!