06 Oktyabr 2024 08:35
2558
İQTİSADİYYAT
A- A+
430 il əvvəl...

430 il əvvəl...


...Əl ilə neft quyusu qazılan Bakı həm də dünyada sənaye üsulu ilə qazılan neft quyusunun ilk ünvanıdır


Özü, şan-şöhrəti, səs-sorağı dünyanı dolaşan Bakı neftinin tarixi həmişə maraqlı və diqqətçəkən olub. Bakı öz nefti ilə xarici şirkətləri, iş adamlarını XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərindən cəlb etmişdir. Bir çox xarici şirkət burada uğurlu fəaliyyət göstərmiş, neft hasilatı ilə məşğul olmuşdur.

        

Neftin tarixi vətəni Azərbaycandır


Məxəzlərdən məlum olur ki, hələ IX əsrdə ərəb tarixçisi Əhməd Əl-Bəlaruri,  X əsrdə isə Əbu-İshaq İstəxri Abşerondakı iqtisadi həyatın qədimdən neftlə bağlı olduğu, Bakının neftli torpağı, Abşeronun ağ və qara nefti barədə geniş yazıblar. XVII əsr alman diplomatı və səyyahı Adam Olearinin, türk səyyahı Evliya Çələbinin, XIV əsr italyan səyyahı Marko Poloninin xatirələrində isə Bakı neftinin Yaxın Şərq ölkələrinə daşınması, o cümlədən İran, Orta Asiya, Türkiyə və Hindistana aparılması ilə bağlı məlumatlara rast gəlirik. XVI əsrin əvvəllərində tarixçi Əmin Əhməd ər-Razinin məlumatına görə, Bakı ətrafında 500-ə qədər neft çalası və quyu mövcud olmuş, onlardan ağ və qara neft hasil edilmişdir.

1729-cu ildə Rusiyanın İrandakı səfirliyinin əməkdaşı İoann Lerkx Bakıya gəlmiş, Abşerondakı neft yataqları haqqında ətraflı məlumat verərək burada əsrlər boyu "qara qızıl"ın hasil edildiyini, məişətdə və sənayedə yanacaq kimi geniş istifadə olunduğunu təsdiqləmişdir. 

Bakının neft mədənlərində quyular bir qayda olaraq əl ilə qazılırmış. Balaxanıdakı neft quyularından birində aşkar edilmiş daş üzərindəki yazıda quyunun (35 m dərinliyində) hələ 1594-cü ildə usta Allahyar Məmməd Nuroğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilmişdir. Yazılanların dili ilə desək, Orta əsrlərdən bəri Azərbaycan neftin tarixi vətənidir.

Bu mövzuda söhbət düşəndə çoxlarımızı bir sual maraqlandırır: Görəsən Bakıda ilk neft quyusu nə vaxt qazılıb? 

Tədqiqatçı-mütəxəssislərin fikrincə, kustar üsulla istismar edilən quyular bir yana, sənaye üşulu ilə dünyada ilk quyu da Bakıda qazılıb.


Bu ilkinliyin  rəsmi təsdiqi  dünyaya tanıdılıb


Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə bu ilkinliyin təsdiqi Azərbaycan tarixçiləri və neftçi mütəxəssislər tərəfindən tədqiqata cəlb olunub. Əsl həqiqət  Rusiya arxivlərində üzə çıxıb. Belə ki, Rusiya imperatorluğunun tərkibinə daxil olan Zaqafqaziya Vilayəti Baş İdarəsinin Şura üzvü, dövlət müşaviri Vasili Semyonovun bu vilayətin baş komandanı general Aleksandr Neydqarta yazdığı 1844-cü il 22 dekabr tarixli məktubda o, Abşeron yarımadasındakı neft mədənlərini ətraflı təsvir etməklə, hasilatın artırılması üçün konkret texniki və təşkilati təkliflər verib. Təklifə müsbət rəy verildikdən, habelə maliyyə məsələləri həll  olunduqdan sonra, daha dəqiq desək, 1846-cı ilin yanvarında Bakı neft və duz mədənlərinin direktoru, dağ mühəndisləri korpusunun podpolkovniki Nikolay Voskoboynikovun rəhbərliyi ilə Bibiheybət yatağında iki quyunun qazılmasına başlanılır. Quyulardan biri 21 metr dərinlikdən neft verir və bununla da dünyada sənaye üsulu ilə neft hasilatının əsası qoyulur. Bu, dünyada ilk neft quyusu hesab olunur, çünki ABŞ-də ticari neft hasilatı başlamazdan 13 il əvvəl qazılıb.

İllər ötdükcə Bakıda neft sənayesi inkişaf edir. Ölkəmizdə əsl neft bumu XIX əsrin sonu, XX əsrin əvvəllərinə təsadüf  edir. Həmin dövrdə Rotşild və Nobel qardaşları, eləcə də Rusiya imperiyasının neft sənayeçiləri  Bakı nefti sayəsində daha da zənginləşirlər.  XIX əsrin sonunda neft və milyonlar səltənəti Bakıda neft sənayesində fəaliyyət göstərən 167 sahibkarın 49-u  azərbaycanlı idi. O dövrdə neft sənayesinin inkişafında milli "neft milyonçuları"ndan  Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, İsa bəy Hacınski,  Mirzə Əsədullayev, Seyid Mirbabayev, Ağabala Quliyev və başqalarının  mühüm xidmətləri olmuşdur. 1874-cü ildə Bakıda ilk səhmdar neft şirkəti - "Bakı neft cəmiyyəti" yaradılır. 1876-cı ildə Nobel qardaşları tərəfindən Bakıda neft hasilatı və emalı üzrə neft şirkəti fəalliyyətə başlayır. O vaxtlar Azərbaycanda bir sıra neft mədənləri, neft emalı zavodları, ilk dəfə Xəzər dənizində quraşdırılmış neftdaşıyan tanker, barjlar, dəmir yolları, mehmanxanalar və s. Nobel qardaşlarına məxsus idi. 

Tarixi həqiqətdir ki, Azərbaycan 1990-cı ildə müstəqilliyinə qovuşduqdan sonra, ən başlıcası isə Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə respublikaya siyasi hakimiyyətə qayıtdıqdan sonra xalqımız təbii sərvətlərinin əsl sahibinə çevrildi. 1994-cü ildə ölkənin müstəqil inkişafının başlıca vasitəsi kimi Ulu Öndərin təşəbbüsü və rəhbərliyi altında Azərbaycanın yeni neft strategiyası işlənib hazırlandı. 

Heydər Əliyevin qətiyyəti, siyasi uzaqgörənliyi sayəsində 1994-cü il sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici dövlətlərin neft şirkətləri qrupu (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti - ABƏŞ) arasında "Əsrin müqaviləsi" adını almış və 1994-2024-cü illəri əhatə edən Hasilatın Pay Bölgüsü Sazişi imzalandı. Bununla da Azərbaycan dövlətinin yeni neft strategiyası rəsmiləşdirildi. 

Ulu Öndər Heydər Əliyev böyük diplomatik səylər hesabına sözügedən layihənin siyasi baxımdan alternativsiz olduğunu beynəlxalq miqyasda tam sübuta yetirdi və müvafiq sazişin imzalanmasına nail oldu. Bununla da müstəqil respublikamızın davamlı inkişafı və yüksəlişi üçün daha bir möhkəm bünövrənin əsası qoyuldu.


178 illik şanlı tarixin abidəsi


İyirmi ildən çoxdur bu uğurlu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksələn xətt üzrə davam etdirilir. Bunun şərhə ehtiyacı olmadığından  qeyd etmək istəyirik ki, Bakıda 178 il bundan əvvəl sənaye üsulu ilə qazılan ilk neft quyusunun tapılıb üzə çıxması da, dünyaya tanıdılması da, haqqında yazdığımız bu tarixin heykəllə əbədiləşdirilməsi də cənab İlham Əliyevin şəxsi təşəbbüsünün nəticəsidir.

Xatırladaq ki, ölkə rəhbərinin şəxsi təşəbbüsü ilə dünyada sənaye üsulu ilə qazılan ilk quyunun Bakıda, Bibiheybət qəsəbəsində olması  beynəlxalq səviyyədə təsdiqini tapdıqdan sonra bu tarixi quyu dövlət başçısının sərəncamı ilə bərpa edilmiş və 2017-ci ilin aprelində ictimai baxış üçün açılmışdır. Abidənin ətrafı abadlaşdırılmış, ərazidə səliqə-sahman yaradılmışdır. Burada XIX əsrdə "Nobel qardaşları neft hasilatı şirkəti"nə məxsus neft və neft məhsullarının daşınması üçün ağcaqayın ağacından hazırlanmış faner borunun bir hissəsi, həmçinin həmin şirkətin sifarişinə əsasən Bakıya gətirilmiş quyuüstü avadanlıqlar da əyani nümayiş olunur. Məxsusi olaraq quraşdırılmış interaktiv köşk vasitəsilə Azərbaycanın neft tarixi, o cümlədən sənaye üsulu ilə qazılmış ilk quyu barədə ətraflı məlumat almaq mümkündür. İnteraktiv köşkə eyni zamanda Ulu Öndər Heydər Əliyevin və dövlət başçısı İlham Əliyevin həyata keçirdikləri neft strategiyası haqqında məlumat, Azərbaycanın neft sənayesi ilə bağlı tarixi foto və videolar da yerləşdirilib.

Yeddi il bundan öncə, 2017-ci il aprelin 26-da Prezident İlham Əliyev Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olarkən bu tarixi ilkinlik münasibəti ilə Azərbaycan neftçilərini və ictimaiyyət nümayəndələrini təbrik etmişdir.

Quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olarkən, neftçilərlə söhbət zamanı dövlət başçısı demişdir: "Biz gərək bunu dünyada yaxşı təbliğ edək. Çünki mən dəfələrlə demişəm ki, sənaye üsulu ilə ilk neft Azərbaycanda çıxarılıb, ancaq onun yeri dəqiq bilinmirdi. Ona görə mən tapşırıq verdim ki, o yer müəyyən olunsun. Əlbəttə ki, biz bilirdik bu, Bibiheybət ərazisində olubdur, ancaq indi onun yeri də dəqiqləşdi və gözəl bir abidə yaradıldı. Hesab edirəm ki, bu həm neftçilər, həm də ölkəmizə gələn turistlər üçün çox gözəl hadisədir".

Dünyada sənaye üsulu ilə ilk neft quyusunun Bakıda qazılması artıq tarixdir. Bu tarixin əbədiləşdirilməsi özü də bir əlamətdar hadisədir. Bu ilkinlik xalqımızın firavanlıq rəmzinə çevrilən Bakı neftinə, neftçi əməyinə verilən dəyərdir və bu  həqiqəti dünyaya tanıtmaq bizi çox qürurlandırır. Dünyanın müxtəlif ölkələrindən  Bakıya gələn rəsmi dövlət adamlarının, gəzintidə, istirahətdə olan qonaqların, turistlərin günün müxtəlif vaxtlarında bu abidəni ziyarət etmələri, abidə önündə şəkil çəkdirmələri, tarixi həqiqətin əyani şəkildə bütün dünyaya nümayiş etdirilməsi  əlbəttə ki, məmnunluq doğurur.


Rəhman SALMANLI,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya mediası COP29-dan yazır: Planetimizin gələcəyi Azərbaycanda müzakirə ediləcək

01:22
10 Noyabr

Prezidentin Mətbuat Xidmətinin Məlumatı

23:59
09 Noyabr

Nyu-Yorkda Zəfər və Dövlət Bayrağı günlərinə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib  

22:07
09 Noyabr

Moldova MSK Maya Sandunun ölkə prezidenti vəzifəsinə mandatını təsdiq edib

21:49
09 Noyabr

COP29 konfransının proqramı açıqlanıb  

21:28
09 Noyabr

Baham Adalarının xarici işlər naziri “ASAN xidmət”də

21:27
09 Noyabr

Batumi şəhərinin əsas küçə və meydanları Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb  

21:16
09 Noyabr

BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin 19-cu Konfransının bağlanış mərasimi olub VİDEO  

21:14
09 Noyabr

Dövlət Komissiyası tərəfindən təşkil edilmiş beynəlxalq konfransın yekun bəyanatı BMT-nin rəsmi sənədi kimi yayılıb  

21:11
09 Noyabr

COP29 tədbir məkanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təhvil verilib  

20:45
09 Noyabr

Bakıda Çili ilə diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü qeyd edilib

20:27
09 Noyabr

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib  

20:09
09 Noyabr

Britaniya Azərbaycanda keçiriləcək COP29 tədbirini qlobal iqlim fəaliyyəti üçün həlledici məqam sayır  

19:07
09 Noyabr

Azərbaycan müdafiə naziri Qazaxıstanlı həmkarına başsağlığı verib  

18:58
09 Noyabr

Baham adalarının Baş naziri Azərbaycana səfərə gəlib

16:43
09 Noyabr

İşğaldan azad olunmuş ərazilərdəki məktəblərdə maarifləndirmə tədbirləri keçirilib  

16:39
09 Noyabr

Britaniya müdafiə xərclərini artıracaq

16:12
09 Noyabr

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanı dəstəkləməyə davam edəcəyik  

15:47
09 Noyabr

Bazar gününə olan hava proqnozu açıqlanıb  

15:18
09 Noyabr

Əziz Ələkbərli: Azərbaycan xalqını gələcəyə aparan lokomotiv öz müdrik rəhbərinə olan inamdır  

14:56
09 Noyabr

ICESCO-nun Baş direktoru Azərbaycana səfərə gəlib  

13:07
09 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!