22 Yanvar 2025 03:12
616
MSK
A- A+
2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə


Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI


Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) tələblərinə əsasən seçkilərin hazırlanıb keçirilməsində ən mühüm meyarlardan biri də prosesin bütün mərhələlərinin ictimaiyyət üçün şəffaf olmasıdır.

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin qanunvericiliyin tələbləri və müasir standartlara cavab verən səviyyədə hazırlanıb keçirilməsi üçün bir sıra addımlar atılmış, seçki prosesinin iştirakçılarına qanunvericilikdə ehtiva olunan hüquqlarının icrası üçün hərtərəfli şərait və geniş imkanlar yaradılmışdır. Çoxsaylı müşahidəçilər, o cümlədən media subyektlərinin nümayəndələri və müxtəlif aşkarlıq institutları da seçki kampaniyasında azad və sərbəst şəkildə iştirak edirlər.

Seçkilərdə müxtəlif metod və vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyalarının ən son innovativ nailiyyətlərinin də səmərəli tətbiqi ilə seçki prosesinin bir çox mərhələlərində, o cümlədən səsvermə günü şəffaflığın daha geniş təminatı üçün şərait yaradılır.

Qanunvericilikdə nəzərdə tutulan müxtəlif imkanlarla bərabər, seçki günü internet üzərindən veb-kameralar vasitəsilə də seçki məntəqələrindəki proseslərin gedişinin canlı görüntüləri hər kəs üçün açıq platformada yerləşdirilir. Bu vasitə ilə internet istifadəçiləri də seçki məntəqələrindəki prosesləri heç bir qeydiyyat tələbi olmadan rəqəmsal qurğular üzərindən bütünlüklə, fasiləsiz real vaxt rejimində, dolğun və əhatəli izləmək imkanına malik olurlar.

Veb-kameralardan istifadə təcrübəsi 2008-ci ildən etibarən Azərbaycanda keçirilən seçki və referendumlarda müvəffəqiyyətlə tətbiq olunur. Bu layihə çərçivəsində 1000 seçki məntəqəsində quraşdırılan veb-kameralar seçki günü seçki məntəqələri fəaliyyətə başladığı vaxtdan, səsvermə prosesi, məntəqə seçki komissiyalarının üzvləri tərəfindən seçki sənədləri ilə işin aparılması, səslərin hesablanması, səsvermənin nəticələrinin müəyyənləşdirilərək rəsmiləşdirilməsi də daxil olmaqla, bütün prosedurların asanlıqla müşahidəsinə, aşkarlığın və şəffaflığın ən yüksək səviyyədə təmin olunmasına imkan yaradır.

Aşkarlığın təmin edilməsinə yönəlmiş bu layihənin yaratdığı imkanlardan bəhrələnməklə ictimaiyyətin seçki günü səsvermənin gedişini veb-kameralar üzərindən də müşahidəsinin təmin olunması və bu prosesin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra – Mərkəzi Seçki Komissiyası) özündə ümumi qaydaları ehtiva edən “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi Qaydaları”nı qəbul etmişdir.

Seçki günü proseslərində şəffaflığın daha da artırılmasına verdiyi töhfə və əldə olunmuş müsbət təcrübəni nəzərə alaraq, 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində də sözügedən layihənin tətbiqi məqsədəmüvafiqdir. Keyfiyyətli və fasiləsiz yayım üçün zəruri olan texniki və digər şərtlər nəzərə alınmaqla, respublikada bələdiyyə seçkiləri keçirilən 118 seçki dairəsi üzrə 1000 (bir min) seçki məntəqəsində veb-kameralar quraşdırılmalı və həmin seçki məntəqələrinin siyahısı dərc olunmalıdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.16-cı, 28.2-ci, 28.4-cü, 40.1-ci və 110-cu maddələrinə, “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi Qaydaları”nın 1.1-ci və 2.2-ci bəndlərinə uyğun olaraq qərara alır:

1. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində səsvermə günü seçki məntəqələrində səsvermə prosedurları, səsvermənin yekunlarının müəyyənləşdirilməsi və nəticələrinə dair protokolun doldurulmasının əvvəldən axıradək fasiləsiz müşahidəsi məqsədilə bələdiyyə seçkiləri keçirilən 118 seçki dairəsi üzrə 1000 (bir min) seçki məntəqəsində veb-kamera quraşdırılsın.

2. Veb-kameraların quraşdırılması üçün zəruri olan texniki və digər şərtlərin təmin olunması istiqamətində müvafiq tədbirlər görülərək başa çatdırılsın.

3. Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı dərc edilsin (siyahı əlavə olunur).

4. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.



Sədr    Məzahir Pənahov

Katib    Arifə Muxtarova

Katib    Mikayıl Rəhimov

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ASAN xidmət” təcrübəsi ilk dəfə Amerika qitəsində

11:15
14 Fevral

Milli Məclisin növbəti plenar iclası keçirilir

11:05
14 Fevral

Azərbaycan neftinin qiyməti 77 dollardan aşağı düşüb

11:03
14 Fevral

Mərkəzi Bank 4 innovativ məhsulu sınaqdan keçirir

11:01
14 Fevral

Somali Prezidentinin Azərbaycana səfəri başa çatıb  

10:59
14 Fevral

Ələt-Astara magistralının Yenikənd-Biləsuvar hissəsi əsaslı şəkildə yenidən qurulub 

10:07
14 Fevral

Müxalifətin Paşinyana hücumu daha radikal xarakter alır

09:55
14 Fevral

Goranboyda "Böyük qayıdış" adlı gənclər düşərgəsi təşkil olunub

09:50
14 Fevral

Samuxda "Konstitusiya və Suverenlik ili" çərçivəsində tədbir olmuşdur

09:45
14 Fevral

“CNN Türk” telekanalı: Xocalı – əbədi yaşar faciə

09:42
14 Fevral

Avropa Liqası: “Qalatasaray” məğlub olub, “Ayaks” qalib gəlib

09:40
14 Fevral

Məğlubedilməz şahinlərimiz

09:40
14 Fevral

Konfrans Liqasında pley-off mərhələsi 4 oyunla start götürüb

09:39
14 Fevral

Azərbaycan-Çin əlaqələrinə həsr olunmuş tədbir keçirilib

09:35
14 Fevral

Liderlik məsuliyyəti

09:30
14 Fevral

Azərbaycan-Çin münasibətləri artıq beynəlxalq dəhlizlərlə məhdudlaşmır

09:25
14 Fevral

Çin həm də "yaşıl tərəfdaş"ımızdır

09:20
14 Fevral

Mədəniyyət sahəsində əlamətdar və unudulmaz olan bir il 

09:15
14 Fevral

"Bizim ailəmiz türk dünyasıdır"

09:10
14 Fevral

İlham Əliyevin növbəti missiyası - Böyük qayıdış

09:05
14 Fevral

İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış Konsepsiyası da uğurla həyata keçiriləcək

09:00
14 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!