09 Yanvar 2025 00:41
861
MSK
A- A+
2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 yanvar 2025-ci il tarixli 03 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 yanvar 2025-ci il tarixli 03 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı


Qərar № 2/7


2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində 56 saylı Şabran -  Xaçmaz seçki dairəsindən Rəhimli bələdiyyəsinə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Sətdərov Musa Daşdəmir oğlu 6 yanvar 2025-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) müraciət edərək namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 4 yanvar 2025-ci il tarixli 46/113 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsinin) 112-ci, 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, lakin o, araşdırmada və komissiyanın iclasında iştirak etməkdən imtina etmişdir.

M.D.Sətdərov müraciətində göstərmişdir ki, 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Rəhimli bələdiyyəsi üzrə namizədliyini irəli sürmüş, namizədliyinin  qeydə alınması üçün imza vərəqələrini və digər seçki sənədlərini dairə seçki komissiyasına təqdim etmiş, həmin sənədlərin araşdırılmasında və komissiyanın iclasinda iştirak etmək barəsində dairə seçki komissiyasına etdiyi müraciət təmin edilməmiş, 4 yanvar 2025-ci il tarixli 46/113 saylı qərarla namizədliyinin qeydə alınmasında imtina edilmişdir.

Dairə seçki komissiyası M.D.Sətdərovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 4 yanvar 2025-ci il tarixli 46/113 saylı qərarını onunla əsaslandırmışdır ki, namizədin təqdim etdiyi əmlak barədə məlumatda ümumi birgə mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsi göstərilməmişdir.

Araşdırma prosesində namizəd M.D.Sətdərov tərəfindən təqdim edilmiş seçki sənədləri dairə seçki komissiyasından tələb edilərək götürülmüş, təkrar olaraq yoxlanılması üçün Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupuna təqdim edilmişdir.

Araşdırmanın nəticəsi olaraq işçi qrupunun üzvləri tərəfindən verilmiş 7 yanvar 2025-ci il tarixli rəy və rəyə əlavə edilmiş mülkiyyət hüququna dair əldə olunmuş  təsdiqedici sənədlərlə namizəd M.D.Sətdərovun Şabran rayonu Uzunboyad kəndində 2,41 ha torpaq sahəsinin onun ümumi mülkiyyətində olan 3/24 hissəsinin daşınmaz əmlakın Dövlət reyestrində faktiki olaraq qeydə alındığına baxmayaraq o, bunu dairə seçki komissiyasına təqdim etdiyi əmlak barəsində məlumatda göstərməmişdir.

Seçki Məcəlləsinin 58.3-ci maddəsinə görə, xüsusi mülkiyyət hüququ əsasında (o cümlədən ümumi mülkiyyət hüququ əsasında) namizədə məxsus olan əmlak barədə məlumatlar həmin Seçki Məcəlləsinin 5 saylı Əlavəsinə uyğun formada təqdim edilir.

Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə əsasən namizədlərin, siyasi partiyanın, siyasi partiyalar bloklarının Seçki Məcəlləsinin 57-ci və 58-ci maddələrinə uyğun təqdim etdikləri məlumatların düzgün olmaması namizədin qeydə alınmasından imtina üçün əsasdır.

Seçki Məcəlləsinin 216.1-ci maddəsinə görə bələdiyyə üzvlüyünə namizədlər Seçki Məcəlləsinin 60-cı maddəsində göstərilən qaydada qeydə alınırlar.

56 saylı Şabran - Xaçmaz seçki dairəsi dairə seçki komissiyası tərəfindən araşdırmaya təqdim edilmiş 7 yanvar 2025-ci il tarixli arayışdan müəyyən edilir ki,  namizəd M.D.Sətdərova iclasda iştirak etməsi barədə məlumat verilmiş, lakin o yaxın qohumunun yas mərasimində iştirak etməsi səbəbindən iclasda iştirak etməkdən imtina etmişdir.

Göstərilənlərə əsasən müəyyən edilir ki, M.D.Sətdərovun Rəhimli bələdiyyəsinə namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə dairə seçki komissiyasının qərarı əsaslı olmuşdur. Ona görə də şikayətin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir.

Beləliklə, müraciət əsassız olduğundan təmin edilməməli, M.D.Sətdərovun Rəhimli bələdiyyəsinə namizəd kimi qeydə alınmasından imtinaya dair 56 saylı Şabran - Xaçmaz seçki dairəsi dairə seçki komissiyasının 4 yanvar 2025-ci il tarixli 46/113 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda qeyd olunanları əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 58-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci və 216.1-ci maddələrinə əsasən qərara alır:

1. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Rəhimli bələdiyyəsinə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Sətdərov Musa Daşdəmir oğlunun 6 yanvar 2025-ci il tarixli 03 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, 56 saylı Şabran - Xaçmaz seçki dairəsi dairə seçki komissiyasının 4 yanvar 2025-ci il tarixli 46/113 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.


Sədr        Məzahir Pənahov

Katib        Arifə Muxtarova

Katib        Mikayıl Rəhimov


08.01.2025

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vladimir Putinlə Suriyanın yeni lideri arasında telefon danışığı baş tutub  

23:06
12 Fevral

Zelenski Trampla telefon danışığının detallarını açıqladı  

23:05
12 Fevral

BMT Ukrayna münaqişəsinin həllində iştirak etməyə hazırdır

23:03
12 Fevral

Ukrayna və ABŞ prezidentləri arasında telefon danışığı olub  

23:02
12 Fevral

ABŞ və Rusiya prezidentləri şəxsən görüşmək barədə razılığa gəliblər  

23:00
12 Fevral

Putinlə Tramp arasında telefon danışığı olub

22:59
12 Fevral

Naxçıvan Muxtar Respublikasının büdcə xərclərinin 56,9 faizi yerli yığımlar hesabına təmin edilib  

22:57
12 Fevral

Psixologiya Elmi-Tədqiqat İnstitutunun növbəti məqaləsi “Technium Sosial Elmlər Jurnalı”nda dərc edilib  

22:55
12 Fevral

Prezident İlham Əliyevin Çin telekanalına müsahibəsi Gürcüstan mətbuatının diqqət mərkəzində olub  

20:52
12 Fevral

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

20:50
12 Fevral

Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 1,3 milyard dolları keçib  

20:49
12 Fevral

Azərbaycan ilə Gürcüstan arasında tibbi turizm və demoqrafik problemlərin həlli məsələləri müzakirə olunub  

20:47
12 Fevral

Azərbaycanda keçiriləcək III MDB Oyunlarının vaxtı dəqiqləşib

20:46
12 Fevral

Britaniya Ukraynaya 150 milyon funt sterlinq dəyərində hərbi yardım paketi elan edib  

20:45
12 Fevral

Türkiyəli ekspert: İrəvanın destruktiv siyasəti Ermənistanı regional əməkdaşlıqdan təcrid edəcək

20:44
12 Fevral

III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib  

20:42
12 Fevral

İslamabadda Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının açılışı olub

20:41
12 Fevral

Fevralın 28-i “planetlərin böyük paradı” müşahidə olunacaq

19:08
12 Fevral

Antarktikanın əlçatmaz ərazilərində mikroplastik hissəciklər tapılıb

19:05
12 Fevral

“Youtube”da dublyaj funksiyası istifadəyə veriləcək  

19:04
12 Fevral

 Ötən ay Azərbaycanda qeyri-neft ixracı artıb

19:03
12 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!