04 Avqust 2024 02:07
471
MSK
A- A+
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 2 avqust 2024-cü il tarixli 08 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 2 avqust 2024-cü il tarixli 08 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

QƏRAR № 26/117

 

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə

99 saylı Bərdə seçki dairəsi üzrə namizədliyi Respublikaçı Alternativ (REAL) Partiyası tərəfindən irəli sürülmüş Əliyev Zöhrab Camal oğlu 2024-cü il avqustun 2-də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək, namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 31 iyul 2024-cü il tarixli 25/65 saylı Qərarını mübahisələndirmiş, həmin qərarın ləğv olunmasını və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Namizəd Z.C.Əliyev müraciətində qeyd etmişdir ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə

99 saylı Bərdə seçki dairəsi üzrə namizədliyi Respublikaçı Alternativ (REAL) Partiyası tərəfindən irəli sürülmüş, həmin seçki dairəsinin ərazisində seçicilərin imzası toplanaraq imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim edilmişdir. İddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan əmlak barədə məlumatın  dairə seçki komissiyası tərəfindən natamam araşdırıldığını və bu səbəbdən də namizəd kimi qeydə alınmasından imtina edildiyini iddia edir.

Araşdırma ilə əlaqədar şikayətçi ilə əlaqə saxlanılmış, onun araşdırmada, komissiyanın iclasında iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, o, iclasda iştirak edəcəyini bildirsə də, sonradan iclasa gələ bilməyəcəyi barədə məlumat vermişdir.

Dairə seçki komissiyası namizədliyi Respublikaçı Alternativ (REAL) Partiyası tərəfindən irəli sürülmüş Z.C.Əliyevin deputatlığa namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 31 iyul 2024-cü il tarixli 25/65 saylı Qərarını onunla əsaslandırmışdır ki, namizəd mülkiyyət hüququ və ümumi birgə mülkiyyət hüququ əsasında ona məxsus olan nəqliyyat vasitələri barədə məlumatları dairə seçki komissiyasına düzgün təqdim etməmişdir.

Namizəd Z.C.Əliyevin namizədliyinin qeydə alınması üçün təqdim olunmuş imza vərəqələri və digər seçki sənədləri Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən araşdırılmışdır. Araşdırma ilə müəyyən edilmişdir ki, Z.C.Əliyev ona xüsusi və ümumi birgə mülkiyyət hüququ əsasında məxsus nəqliyyat vasitələri barədə dairə seçki komissiyasına düzgün məlumat verməmişdir.

Seçki Məcəlləsinin 58.3-ci maddəsinə görə, xüsusi mülkiyyət hüququ əsasında (o cümlədən ümumi mülkiyyət hüququ əsasında) namizədə məxsus olan əmlak barədə məlumatlar həmin Məcəllənin 5 saylı Əlavəsinə uyğun formada təqdim edilir.

Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə görə, namizəd həmin Məcəllənin 58-ci maddəsinə uyğun olaraq məlumatları düzgün təqdim etmədikdə onun namizəd kimi qeydə alınmasından imtina edilir.

Beləliklə, aparılan tam və hərtərəfli araşdırma ilə müəyyən edildi ki, namizəd Z.C.Əliyev tərəfindən xüsusi və ümumi birgə mülkiyyət hüququ əsasında ona məxsus nəqliyyat vasitələri barədə dairə seçki komissiyasına düzgün məlumat verilməməsi Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə əsasən onun namizədliyinin qeydə alınmasından imtina üçün hüquqi əsas yaratmışdır.

Göstərilənlərə əsasən Z.C.Əliyevin 2 avqust 2024-cü il tarixli 08 saylı şikayəti əsassız olduğundan təmin edilməməli, dairə seçki komissiyasının 31 iyul 2024-cü il tarixli 25/65  saylı Qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 25.2.1-ci, 25.2.22-ci, 28.2-ci, 58-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 148.1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlima"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə

99 saylı Bərdə seçki dairəsi üzrə namizədliyi Respublikaçı Alternativ (REAL) Partiyası tərəfindən irəli sürülmüş Əliyev Zöhrab Camal oğlunun 2 avqust 2024-cü il tarixli 08 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 31 iyul 2024-cü il tarixli 25/65 saylı Qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr      Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

 

03.08.2024

 

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ankarada Qafqaz İslam Ordusu qəhrəmanlarının xatirəsi anılıb

09:52
17 Sentyabr

Süni intellektin inkişafı qlobal mis çatışmazlığına səbəb olacaq

09:48
17 Sentyabr

Tramp sui-qəsdə görə Bayden və Harrisi günahlandırıb

09:45
17 Sentyabr

Tokayev: Qazaxıstan Avropaya enerji resurslarının tədarükünü artırmağa hazırdır

09:28
17 Sentyabr

Azərbaycan səfiri etimadnaməsini Nepal Prezidentinə təqdim edib  

09:16
17 Sentyabr

Donald Trampa qarşı sui-qəsd cəhdi araşdırılır 

09:15
17 Sentyabr

"Azərenerji" gələcəyin enerji sisteminin idarə edilməsi üçün islahatlara başladı

09:10
17 Sentyabr

Səmaların Leylası... 

09:05
17 Sentyabr

Zaqatalanın Muğanlı kəndində yeni məktəb binası istifadəyə verildi

09:00
17 Sentyabr

"Şeyx Alı"nın ayağı düşərli oldu 

08:55
17 Sentyabr

"Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək" layihəsi yekunlaşıb

08:50
17 Sentyabr

Hindistan səfiri Lənkəranda olub 

08:45
17 Sentyabr

Meyvə festivallarının sırasına biri də əlavə edildi

08:40
17 Sentyabr

Sahilin başına "oyun açan" Xəzər 

08:35
17 Sentyabr

Yanardağın "sirləri" 

08:30
17 Sentyabr

Qaratüstülü avtobuslardan tutmuş küçə ticarəti və tullantı qalaqlarınacan... 

08:25
17 Sentyabr

Qərb-Ermənistan-Rusiya üçbucağında nələr baş verir?

08:20
17 Sentyabr

Şvabenin ermənipərəstliyi

08:15
17 Sentyabr

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına

08:10
17 Sentyabr

Sürət, həyəcan və möhtəşəm Azərbaycan Qran-prisi

08:05
17 Sentyabr

Azərbaycan nümunəsi

08:00
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!