29 Dekabr 2022 02:54
546
Oxucu məktubları
A- A+

19 çoxmənzilli binaya 4 konteyner azlıq edir

 

Vaxtilə dünyada çirkli şəhərlər siyahısında Sumqayıtın da adı tez-tez çəkilirdi. Şükürlər olsun ki, sovetlər birliyi dağıldıqdan sonra şəhərdə görülən  tədbirlər nəticəsində ekoloji tarazlıq normallaşdırıldı. 
Bu gün Sumqayıt yaşıllıqlar şəhərinə çevrilib. Şəhərdə yeni parklar, xiyabanlar salınıb. Vaxtaşırı, əsasən də payız və qış aylarında ağacəkmə kampaniyaları keçirilir. 
Bu məktubu yazmaqda isə məqsədimiz başqadır. Yaşadığımız 2-ci mikrorayon şəhərin mərkəzidir. Bu səbəbdən Sumqayıtda ilk abadlaşan məhz bizim ərazi olub. Lakin bu abadlığı korlayan, gözdən salan səbəb var.  
Əvvəllər bizim ərazidə 8 zibil konteyneri var idi. Sonralar onların 4-nü hara isə apardılar. Təbii ki, 19 binanın sakinləri üçün 4 konteyner azlıq edir. Odur ki, çox vaxt konteynerlər zibillə aşıb-daşır və ərazidə antisanitariya yaranır, üfunət iyi də bir yandan. Xahiş edirik səsimizi kommunal işçilərinə çatdırasınız ki, bizim əraziyə əlavə zibil konteynerləri qoysunlar.  

Sumqayıt şəhəri, 2-ci mikrorayonun sakinləri adından  

Bakir MƏMMƏDOV,
Ramiz İBRAHİMOV,
Xanbala MƏMMƏDOV,
Rasim HÜSEYNOV
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video