15 Yanvar 2025 08:00
1697
CƏMİYYƏT
A- A+
16 min 124 namizəd, 23 siyasi partiya, 69 minə yaxın müşahidəçi

16 min 124 namizəd, 23 siyasi partiya, 69 minə yaxın müşahidəçi


Qarşıdan gələn 6-cı bələdiyyə seçkiləri Azərbaycanın demokratik inkişafının növbəti təcəssümü olacaq


Respublikamız mühüm siyasi-ictimai hadisə ərəfəsindədir. Cəmi iki həftədən sonra ölkədə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Bu, 1999-cu ildən bəri sayca 6-cı bələdiyyə seçkiləri olacaq.


Seçkilər 685 bələdiyyəyə keçiriləcək


Azərbaycanda uğurla həyata keçirilən hüquqi-demokratik dövlət quruculuğu prosesinin mühüm tərkib hissələrindən biri yerli və regional demokrtiyanın inkişafıdır. Yerli demokratiyanın təcəssümü olan bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur.

Respublikamızda ilk dəfə 1999-cu il dekabr ayında keçirilmiş seçkilər ölkəmizin həyatında çox mühüm hadisə olmaqla, demokratlk dövlət quruculuğunda mühüm rol oynamışdır.  Sonuncu dəfə bələdiyyə seçkiləri 5 il əvvəl - 2019-cu il dekabrın 23-də keçirilib. O zaman 1606 bələdiyyəyə seçkilər keçirilmişdi.

Son illərdə respublikamızda aparılmış genişmiqyaslı islahatlar, dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində və ölkəmizin sosial-iqtisadi inkişafında əldə edilmiş nailiyyətlər, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin də fəaliyyətinin müasir səviyyədə qurulmasını zəruri edib. Bu məqsədlə bələdiyyələrin yerləşdiyi yaşayış məntəqələrinin sosial-iqtisadi vəziyyəti və digər yerli xüsusiyyətləri əsas götürülərək cari ildə bələdiyyələrin birləşməsi həyata keçirilib. Xarici təcrübə də onu göstərir ki, bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması, iqtisadi və maliyyə potensialının gücləndirilməsi yollarından biri də onların birləşməsidir. Bunun da nəticəsində bələdiyyələrin ümumi sayı azaldılaraq 685-ə çatdırılıb. Bu birləşmə prosesi yerli özünüidarəetmə orqanları üçün yeni üfüqlər və imkanlar açır, bələdiyyələr böyüyür və güclənir.

Qarşıdan gələn bələdiyyə seçkiləri 118 seçki dairəsi üzrə 685 bələdiyyəyə keçiriləcək. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, 7 dairə tam olaraq məcburi köçkünlərdən ibarətdir. Onlar da daimi yaşayış məntəqələrinə qayıtmadıqları üçün orada bələdiyyə seçkiləri keçirilmir. 


Seçicilərlə görüşlərin keçirilməsi üçün 5912 yer müəyyən edilib


Seçkilərin nəticəsi olaraq 8071 bələdiyyə üzvü seçiləcək.  Budəfəki bələdiyyə seçkilərində 16 min 124 namizəd mübarizə aparır. Onlar 23 siyasi partiyanın üzvüdürlər. Seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə 69 minə yaxın yerli müşahidəçi akkreditasiyadan keçib.

"Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə Tədbirlərin Təqvim Planı"na əsasən, yanvarın 6-dan seçkiqabağı təşviqat başlayıb. Azərbaycanın seçki qanunvericiliyinə əsasən, seçkiqabağı təşviqatın müddəti 23 gündür. Yanvarın 28-dək davam edəcək kampaniya çərçivəsində Seçki Məcəlləsinə əsasən qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri təşviqat işlərini apara bilərlər.

Onu da qeyd edək ki, bələdiyyə seçkilərində qeydə alınmış namizədlərin, namizədləri qeydə alınmış siyasi partiyaların seçicilərlə görüşlərinin keçirilməsi üçün 3730-u açıq, 2182-si qapalı olmaqla, ümumilikdə 5912 yer müəyyən edilib.

Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına da başlanılıb. Qanunvericiliyin tələblərinə uyğun olaraq, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilib və 6 milyon 52 min 721 seçki bülleteninin çap olunmasına qərar verilib.

Seçkilər hər bir dövlətin həyatında mühüm siyasi hadisə hesab olunur. Seçkilər həm də ölkənin demokratik inkişaf səviyyəsini nümayiş etdirir. Bu baxımdan qarşıdan gələn bələdiyyə seçkiləri Azərbaycanın siyasi həyatında növbəti mühüm hadisəyə çevrilməklə yanaşı, ölkəmizin demokratik yüksəlişinin təcəssümü olacaq.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Diplomatik xidmət haqqında 

02:14
19 Fevral

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

02:13
19 Fevral

Qazaxıstan Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumun obyektinə hücumla bağlı məsələyə aydınlıq gətirib  

22:59
18 Fevral

Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir

22:58
18 Fevral

Bolqarıstan mətbuatında azərbaycanlıların doğma torpaqlarına qayıdışı geniş işıqlandırılıb

22:57
18 Fevral

Rusiya-ABŞ danışıqları başa çatıb

20:29
18 Fevral

İstanbulda TÜRKPA-nın Xarici Əlaqələr Komissiyalarının ortaq bəyanatı yayımlanıb

20:29
18 Fevral

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb

20:08
18 Fevral

May ayında “Caspian Agro” və Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri keçiriləcək

20:01
18 Fevral

Azərbaycanda iqtisadi şaxələndirməyə və yaşıl artıma dəstək məsələləri müzakirə olunub  

19:52
18 Fevral

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Heydər Əliyev Mərkəzində olub  

19:29
18 Fevral

Xəzər İsayev: Prezident İlham Əliyev ölkəmizdə Olimpiya hərəkatına rəhbərlik etdikdən sonra idmanda böyük uğurlar qazanılıb  

19:27
18 Fevral

Prezident İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub YENİLƏNİB

19:26
18 Fevral

ABŞ Dövlət Departamenti Rusiya ilə görüşün nəticələri barədə açıqlama yayıb

19:25
18 Fevral

Gürcüstan və Azərbaycan dəmir yolu ilə sərnişin daşınmasını müzakirə edib

19:23
18 Fevral

Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

19:20
18 Fevral

Baş nazir Əli Əsədov İran Prezidenti Məsud Pezeşkianla görüşüb

19:17
18 Fevral

AMB və Səudiyyə Mərkəzi Bankı əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edib  

19:16
18 Fevral

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib  

19:12
18 Fevral

Prezident İlham Əliyev Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub YENİLƏNİB

18:50
18 Fevral

Volodimir Zelenski: Ukrayna ərazi bütövlüyü ilə bağlı güzəştə getməyəcək

18:49
18 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!