08 Noyabr 2024 08:15
1136
SİYASƏT
A- A+
Zəfərin bayraq zirvəsi 

Zəfərin bayraq zirvəsi 


Ölkə ictimaiyyəti 8 Noyabr Zəfər Gününü və 9 Noyabr Dövlət Bayrağı Gününü xoş ovqat və fərəh hissilə qarşılayır. Nazirlik, şirkət və birliklərdə, ali təhsil ocaqlarında keçirilən bir-birindən maraqlı tədbirlərdə, musiqili tamaşalarda, əyləncəli proqramlarda hər kəs böyük coşqu ilə iştirak edir, sevincini ətrafındakılarla bölüşür. Respublikamızla yanaşı, dünyanın bir çox ölkəsində Azərbaycan diasporu ilə bərabər, digər millətlərdən olan tərəqqipərvər insanlar da iki əsrdən artıq erməni işğalına son qoyan Zəfər Gününü təntənə ilə qeyd edirlər. 

Çoxlarımızın yadındadır: dörd il öncəyə qədər bu mövzuda söhbət düşəndə hansı Azərbaycan vətəndaşından soruşanda ki, ən böyük arzun nədir - cavabında birmənalı şəkildə "o gün olsun bayrağımız Qarabağda - Şuşada dalğalansın" deyərdi. Bax, bu həmin arzudur, həmin istəkdir ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və şanlı ordumuzun şücaəti sayəsində reallığa çevrilib. Şükürlər olsun, üçrəngli bayrağımız işğaldan azad olunmuş bütün bölgələrdə Zəfər işığında ən uca zirvələrdə dalğalanır.

14 il əvvəl 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı meydanının açılış mərasimində Prezident İlham Əliyev çıxışında demişdi: "Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır". Qüdrətli Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli ordumuzun gücü ilə 30 illik arzularımız gerçəkləşdi. Dörd ildir üçrəngli bayrağımız əzəli və əbədi torpaqlarımız olan Qarabağın səmasını bəzəyir, sərhəd ərazilərdə ən yüksək təpələrdə dalğalanır. Bu gün Azərbaycan torpaqlarından qürur dolu Zəfər duyğusu ürəkləri riqqətə gətirir, qalibiyyətin rəmzi olan xarıbülbül öz qələbə ətrini bütün Azərbaycana yayır. 44 günlük Vətən müharibəsi dövründə işğaldan azad edilmiş torpaqlarımıza üçrəngli, aylı-ulduzlu bayrağımız qəhrəman əsgərlərimiz tərəfindən sancıldıqca Azərbaycan xalqının qəlbi də fərəhlə dolurdu. 

Prezident İlham Əliyevin 2020-ci il 3 dekabrda imzaladığı sərəncama əsasən, hər il noyabrın 8-i ölkədə Zəfər Günü kimi qeyd edilir. Bu möhtəşəm Zəfər tarixinin 8 noyabrda qeyd edilməsi də təsadüfi deyil, belə ki, həmin gün Qarabağın ürəyi sayılan Şuşa şəhəri erməni işğalından azad edildi. Həm də Şuşa uğrunda gedən döyüşlər müharibənin taleyini həll edərək qələbəni sürətləndirdi. Böyük Qələbəmizin təcəssümü olan Zəfər Günü ilə Dövlət Bayrağı Gününün ardıcıl olaraq qeyd edilməsi təqvimdə unudulmaz tarixə çevrildi. Şanlı Zəfərimiz nəticəsində üçrəngli bayrağımız artıq 30 ilə yaxın həsrət qaldığı torpaqlara qovuşdu, Qarabağ diyarını öz ay-ulduzu ilə bəzədi.

Sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində bu bölgəmiz separatçılardan təmizləndi. İşğaldan azad etdiyi ərazilərdə dövlət bayrağımızın qaldırılması hər birimizi fərəhləndirdi. Prezident İlham Əliyev 15 oktyabr tarixli Qarabağ səfərində bir daha qürurlu anları xalqımıza yaşatdı. Belə ki, bu səfər çərçivəsində dövlət başçısı Ağdərə, Xocalı, Xocavənd və Xankəndi şəhərlərində, eləcə də Tərtər rayonunda Sərsəng su anbarının ərazisində, Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması mərasimlərində iştirak etdi. Bu səfərin ən əlamətdar hadisəsi ölkə Prezidentinin Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağını öz əlləri ilə ucaltması və buradan xalqa canlı müraciət etməsi idi. Bu, Ali Baş Komandanın növbəti Zəfər çıxışı idi. Prezident İlham Əliyev dedi: "Bu gün Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan gerbi, Azərbaycan bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər".

Bayraq dövlətin əsas atributudur. Bayraq Vətən deməkdir, Vətən uğrunda döyüşmək elə bayraq uğrunda döyüşmək deməkdir. Nəinki Azərbaycanda, hətta xarici ölkələrdə belə elə bir azərbaycanlı ola bilməz ki, üçrəngli bayrağımızı görəndə qəlbində iftixar hissi yaranmasın. Axı bayraq ucalıqdır, milli heysiyyətdir, vətəndaşlıq qürurudur... Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan Respublikasının dövlət rəmzidir.

Üçrəngli bayrağımızın yaranması 1918-1920-ci illərdə Şərqdə ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. 1918-ci il noyabrın 9-da Dövlət bayrağı haqqında məsələyə baxan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizbucaqlı ulduzdan ibarət olan bayrağı Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağı olaraq qəbul edib. Üstündə ay-ulduz nişanəsi olan Dövlət bayrağımızın rənglərindəki məzmunda xalqımızın milli ideologiyası və mənliyi təcəssüm tapır. Dövlət bayrağımızdakı mavi rəng türklüyümüzü, qırmızı rəng azadlıq və istiqlaliyyəti, demokratiya və insan hüquqlarını, yaşıl rəng isə islam sivilizasiyasına mənsubluq anlamını ifadə edir. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra üçrəngli bayrağımız endirildi. Yalnız 70 ildən sonra Azərbaycanın üçrəngli bayrağı milli şüurun oyanışı ilə yenidən Azərbaycan xalqının milli müstəqilliyinin və iradəsinin ifadəsi kimi dalğalanmağa başladı. Düz 70 il sonra Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və əzmi ilə Naxçıvanda dalğalandırılan, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilən üçrəngli bayraq məhz dövlətçiliyimizin və müstəqilliyimizin bərpa olunması, eləcə də siyasi varisliyin təmin edilməsi idi. 

1990-cı illərin çətin, ağır günlərində Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanda milli dövlətçilik ənənələrinin əsası qoyuldu. 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən iclasında birinci növbədə bayraq məsələsinə baxıldı, yüksək səsvermə ilə üçrəngli, ay-ulduzlu bayraq qaldırılmış, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edildi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 19 noyabr 1990-cı il tarixli qərarı ilə bu bayraq rəsmi surətdə Ali Məclisin binası üzərində ucaldıldı. Beləliklə, vaxtilə böyük uzaqgörənliklə Naxçıvan Muxtar Respublikasında Ulu Öndər Heydər Əliyevin əzmi, qətiyyəti ilə qəbul edilən tarixi qərarlar müstəqil Azərbaycanın dövlətçilik yolunu açdı. Üçrəngli, ay-ulduzlu bayrağın Azərbaycanın Dövlət bayrağı olaraq qəbul edilməsi də Naxçıvandan başlanan yolun davamı idi. Ölkə ictimaiyyətinin tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan SSR-in Ali Soveti Dövlət Bayrağı haqqında Qanun qəbul edərkən üçrəngli bayrağa  Azərbaycan Respublikasının Dövlət Bayrağı statusunu verdi. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını qəbul etdi. Görünən odur ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi uzaqgörənliyi müstəqil Azərbaycanın idarəçilik yolu, siyasi kursu və dövlətçilik fəlsəfəsidir. 

Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlət rəmzlərinə qayğısı həmişə diqqətdə olmuş, uğurla davam və inkişaf etdirilmişdir. 

Prezident İlham Əliyevin siyasi hakimiyyətə gəlişi Azərbaycanın dövlət müstəqilliyi tarixində yeni mərhələnin başlanğıcını qoydu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyevin milli ideyalara bağlılığı həm də bayrağımıza münasibətdə açıq-aydın göründü. "Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında Əsasnamə"yə edilmiş əlavə və dəyişikliklərin təsdiqlənməsi, "Azərbaycan Respublikası Dövlət Bayrağının istifadə qaydaları haqqında" qanunun imzalanması da dövlətçiliyə sədaqətin, yüksək ehtiramın ifadəsi idi. Dövlət başçısının 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə qəbul edildiyi 9 noyabr (1918-ci il) tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edildi. Artıq 2010-cu ildən etibarən noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Dövlət Bayrağının ölkə vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşmələrinin başlıca amillərindən biri olduğunu nəzərə alaraq və onun təbliğinin daim diqqət mərkəzində saxlanılmasını təmin etmək məqsədilə Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayrağı Meydanının yaradılması da Prezident İlham Əliyevin dövlət atributlarına olan yüksək ehtiramının ən gözəl nümunəsi idi.

Dünyanın ən müqəddəs qələbəsini özündə yaşadan Zəfər Günü Dövlət bayrağımızı daha da ucaya yüksəltmiş və ona əbədiyaşarlıq bəxş etmişdir. 


Rəhman SALMANLI,

 "Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pedaqoji Universitetdə Bəkir Çobanzadənin 130 illiyi qeyd edilib  

22:25
10 Dekabr

Londondakı Azərbaycan məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib  

22:23
10 Dekabr

Rəis müavini: Xankəndi Hidrometeoroloji Stansiyası işğal zamanı salamat qalan yeganə stansiyadır  

22:22
10 Dekabr

Azərbaycan Serbiya ilə energetika sektorunda birgə layihələrin həyata keçirilməsini müzakirə edib  

22:21
10 Dekabr

Milli Məclisin plenar iclasında 15 məsələ müzakirə olunub YENİLƏNİB  

22:20
10 Dekabr

“Heydər Əliyevin böyük siyasət yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib  

22:18
10 Dekabr

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB 

21:51
10 Dekabr

Salonikidə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:47
10 Dekabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib  

20:54
10 Dekabr

Azərbaycan Xarici İşlər Nazirliyi Suriyada son vəziyyət barədə bəyanat yayıb  

19:33
10 Dekabr

Müdafiə Nazirliyi: Komando bölmələrinin döyüş hazırlığı yüksək səviyyədə saxlanılır 

19:32
10 Dekabr

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

19:32
10 Dekabr

“Qarabağ” Avropa Liqasının oyunu üçün İsveçə yollanıb

19:31
10 Dekabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:17
10 Dekabr

İƏT Komissiyasının Azərbaycanla bağlı hesabatının təqdimatı olub

18:15
10 Dekabr

AMADA dəyirmi masa keçirib

18:06
10 Dekabr

Salah noyabrın ən yaxşı futbolçusu seçilib

18:04
10 Dekabr

Həbsxana arxivləri Əsəd rejiminin cinayətlərinin açılması üçün çox vacibdir  

18:02
10 Dekabr

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti müxalifətin planlarını açıqlayıb

18:01
10 Dekabr

Cənubi Koreya parlamenti prezidentinin həbsilə bağlı qətnaməni təsdiqləyib

17:58
10 Dekabr

Sürücüsüz yük avtomobili təqdim edilib

17:50
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!