11 Oktyabr 2025 08:30
614
SİYASƏT
A- A+
Zamana adekvat təkliflər

Zamana adekvat təkliflər


Hazırda beynəlxalq səviyyədə güc oyunları, geosiyasi üstünlük uğrunda ciddi mübarizə gedir, qanlı müharibələr aparılır, yeni münaqişə ocaqları alovlandırılır. Bütün bunlar siyasi şərhçilər, politoloqlar tərəfindən bəşəriyyətin Üçüncü Dünya savaşının astanasında olması ilə bağlı dəhşətli proqnozlarla müşayiət olunur. Dünyanın siyasi böhranla, qarmaqarışıqlıqla çalxalandığı bu mürəkkəb dövrün fonunda isə türk dünyasının birliyinin vacibliyi qabarıq şəkildə ön plana çıxır. 

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən XII Zirvə Görüşü zamanı bu məsələnin vacibliyini aşağıdakı fikirləri ilə bir daha gündəmə gətirdi: "Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda ötən il Şuşada qeyri-rəsmi Zirvə görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə görüşünün "Regional sülh və təhlükəsizlik" mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir".

      

Geosiyasi mərkəz


Bu mənada Qəbələdə keçirilən və "Regional sülh və təhlükəsizlik" mövzusuna həsr edilən XII Zirvə Görüşü mühüm əhəmiyyəti ilə diqqət çəkdi. Qurumun üzv və müşahidəçi ölkələrinin dövlət və hökumət başçılarını, eləcə də onların nümayəndə heyətlərini bir araya gətirən Qəbələ Zirvəsi bölgədə, eləcə də beynəlxalq miqyasda aktual məsələləri müzakirə etməyə, əməkdaşlığı gücləndirməyə, həmçinin türk dünyasında birliyi, sülhü və rifahı daha da irəli aparmaq məqsədilə mühüm sənədləri təsdiq etməyə geniş imkan yaratdı. Eyni zamanda tarixi toplantıda qəbul olunan sənədlər və XII Zirvə Görüşünün Bəyannaməsi təşkilatın qarşıdakı fəaliyyəti üçün strateji istiqamət oldu. 

Türk dünyasının birləşdirici gücü və lokomotivi olan Azərbaycan türkdilli dövlətlər arasındakı əlaqələrin daha da möhkəmlənməsi və dərinləşməsi üçün hər zaman bu istiqamətdəki proseslərə öndərlik edir. Qarabağda qazandığı zəfərlə bölgədə sülhü təşviq edən, yeni gerçəkliklər yaradan, Zəngəzur dəhlizinin (TRIPP) reallığa çevrilməsini təmin edən, hərbi-siyasi-diplomatik qələbəsi ilə türk dünyasının etnosiyasi coğrafiyasını bərpa edən ölkəmiz əsası Naxçıvanda qoyulan TDT-nin dünya nüfuzlu təşkilata çevrilməsi üçün də mühüm addımlar atır. Ölkəmizin təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürməsi də bu qəbildəndir. 

 "Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir", - deyə TDT-nin Dövlət Başçıları Şurasının XII Zirvə Görüşündəki çıxışında Prezident İlham Əliyev söylədi. 

Ölkəmizin rəhbəri vurğuladı ki, bunun üçün təşkilat böyük potensiala malikdir.  

Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir.


Müstəqilliyin və ərazi bütövlüyünün əsas amili


Prezident İlham Əliyevin TDT-nin Dövlət Başçıları Şurasının XII Zirvə Görüşündə etdiyi çıxışını, verdiyi təklifləri türk birliyinin iqtisadi, siyasi, mədəni, hərbi sahədəki fəaliyyət planı kimi də dəyərləndirmək olar. Azərbaycan Prezidenti irəli sürdüyü və zamanın tələbləri ilə səsləşən mühüm təklifləri ilə bir növ türkdilli dövlətlərin birgə hədəflərinin xəritəsini cızdı. 

Türk birliyinin sarsıdıcı gücə sahib olduğunu 44 günlük Vətən müharibəsi zamanı əyani şəkildə görmüş olduq. Həmin zaman türkdilli ölkələrin siyasi, mənəvi dəstəyini hiss etməsi haqq işi uğrunda mübarizə aparan Azərbaycanı istər döyüş meydanında, istərsə də diplomatik müstəvidə daha güclü və məğlubedilməz etdi. Bununla bir daha əmin olduq ki, baş verən qlobal siyasi böhranlara, milli maraqlarımıza təhdid olan bütün güclərin qarşısına türkün güclü birliyi ilə cavab vermək dövlətlərimizə əlavə qüvvət verir və qalibiyyətə aparır. Həmçinin dövlətlərimiz arasında hərbi əməkdaşlıq xüsusilə dünyanın hazırkı qarışıq mənzərəsində ən vacib məsələ kimi qarşıya çıxır. 

Qəbələ Zirvəsində ölkəmizin rəhbəri də bu məqama diqqət çəkdi: "Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir".

Prezident İlham Əliyev ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi: "Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir".


Türk irsinin qorunmasına xidmət edən təşəbbüs


Türk dünyasının birliyinə nail olmaq babalarımızdan bizə ötürülən mənəvi mirasdır desək, yanılmarıq. Ötən əsrin əvvəllərində sözügedən yolda külüng çalan neçə-neçə fikir adamı, şair və yazıçılarımızın bu uğurda qanlı imperiyanın amansız repressiyalarının qurbanlarına çevrilmələri kimi ağrı-acılı tariximiz var. Ancaq bütün təzyiq, təhdid və təhlükələrə baxmayaraq, bu müqəddəs ideya heç zaman itmədi və günümüzün güclü və qürurlu türk birliyinin timsalında gerçəyə çevrildi. 1926-cı ildə I Türkoloji Qurultayın Bakıda təşkil edilməsi, Türk Dövlətləri Təşkilatının təməlinin 2009-cu ildə Naxçıvanda qoyulması, 2020-ci il Vətən müharibəsi sayəsində türk dünyasının etnosiyasi coğrafiya cəhətdən də birləşdirilməsi ölkəmiz və xalqımız adına tarixi əhəmiyyət daşıyan hadisələr silsiləsidir.  

Qarabağ Zəfərinin 5 illiyi ilə üst-üstə düşən TDT-nin Qəbələ Zirvə görüşündə Prezident İlham Əliyev toplantı iştirakçılarının nəzərinə çatdırdı ki, ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir: "Burada 1926-cı ildə Bakıda təşkil edilmiş I Türkoloji Qurultayın tarixi əhəmiyyətini bir daha vurğulamaq istərdim". 

Azərbaycan lideri gələn il I Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif etdi. 

Prezident İlham Əliyevin toplantıdakı çıxışı zamanı səsləndirdiyi vacib əhəmiyyətli təkliflər türk birliyinin əbədi və sarsılmaz olmasına, türk irsinin qorunmasına xidmət edən təşəbbüslərdir. Həmçinin bu təkliflər böyük türk dünyası ailəsinin həmrəyliyinin daha yüksək zirvələrə daşınmasına mühüm töhfələrdir. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan karateçiləri İslamiadaya iki medalla başladılar

23:30
11 Noyabr

COP30-da öz pavilyonuna malik Azərbaycan irs, liderlik və milli ambisiyalarını nümayiş etdirir  

23:16
11 Noyabr

Azərbaycan XİN hərbi təyyarənin qəzaya uğraması ilə bağlı Türkiyəyə başsağlığı verib  

22:57
11 Noyabr

Türkiyə Milli Müdafiə Nazirliyi təyyarənin qəzaya uğradığı yerin aşkarlandığını açıqlayıb  

22:18
11 Noyabr

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Gürcüstana gəlib

22:17
11 Noyabr

Gürcüstan Prezidenti təyyarə qəzası ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib  

22:17
11 Noyabr

Zəfərdən qüdrətə gedən yol

21:20
11 Noyabr

Gürcüstanın daxili işlər naziri təyyarə qəzası baş verən əraziyə gedib  

20:36
11 Noyabr

Milli Məclisin sədri TBMM sədri Numan Kurtulmuşa başsağlığı məktubu ünvanlayıb  

20:13
11 Noyabr

Türkiyə və Gürcüstanın XİN başçıları arasında təyyarə qəzası ilə bağlı telefon danışığı olub  

19:40
11 Noyabr

Türkiyə mediası: Azərbaycanın Zəfərindən sonra bərpa edilən Əsgəran qalası ziyarət üçün açılıb  

19:39
11 Noyabr

Nazir: FHN-in qüvvələri təyyarə qəzası ilə bağlı axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa tam hazırdır  

19:39
11 Noyabr

Türkiyənin və Gürcüstanın daxili işlər nazirləri təyyarə qəzasını müzakirə ediblər  

19:38
11 Noyabr

Türkiyə Milli Müdafiə Nazirliyi: Qəzaya uğrayan təyyarədə 20 nəfər olub  

19:37
11 Noyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə tərəfinə başsağlığı verib

18:26
11 Noyabr

Burhanettin Duran: Təyyarə qəzasından dərhal sonra axtarış-xilasetmə işlərinə başlanılıb  

18:24
11 Noyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:23
11 Noyabr

Ukrayna ordusu Zaporojye vilayətində bir neçə istiqamətdə mövqelərindən geri çəkilib

18:22
11 Noyabr

Ombudsman Aparatı və ENOC uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı gücləndirir  

18:22
11 Noyabr

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

18:06
11 Noyabr

Türkiyəyə məxsus hərbi təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb

18:01
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!