23 Yanvar 2022 00:30
880
Səhiyyə
A- A+

Yuyucu vasitələr mikrobları məhv etsə də, bəzi orqanlara zərər verir

 

Mütəxəssislər xəbərdarlıq edirlər ki, paltar, qab yumaq üçün istifadə olunan təmizlik vasitələri dəriyə təmas etdikdə onun yağını alır, qurumasına və çatlamasına, həssas şəxslərdə dermatitlərin yaranmasına səbəb olur. Paltarlardan və qablardan yuyucu vasitələri təmizləmək üçün bol miqdarda su ilə durulamaq lazımdır. Yaxşı durulanmamış paltarlar dəridə allergik reaksiyalar, aşınma yaradır.

Ev təmizliyində istifadə edilən yuyucu vasitələr mikroblara nə qədər zərər verirsə, ağciyər, qaraciyər və beyinə də eyni şəkildə təsir göstərir, həmçinin göbələyə yol açır. Bu vasitələr bağırsaq xərçənginə və ağır ağciyər xəstəliklərinin yaranmasına da səbəb olur.

Qabyuyan maşın üçün istifadə edilən yuyucu vasitə də neft məhsuludur və xərçəngə səbəb ola bilər. Nə qədər yuyulsa da, qatqılardan tam təmizlənmir. Sağlamlığınıza zərər vurmaması üçün yuyucu vasitələrlə yuduğunuz qabları daha sonra sirkə və ya limonlu su ilə silin.

Kimyəvi qatqılarla hazırlanmış yuyucu məhsulların insanlara zərər vurduğu ən təhlükəli mənbə xalça hesab olunur. Xalça bütün kimyəvi maddələri özünə çəkir. Buna görə onların təmizliyinə xüsusi diqqət etmək lazımdır.

Yuyucu vasitələrlə bağlı danışan həkim-kosmetoloq Günay Mikayılova deyir ki, qabyuyan və paltaryuyan vasitələrin hamısının dəriyə mənfi təsiri var. Bu yuyucu vasitələrin tərkibi kimyəvi maddələrdən ibarətdir və onların məqsədi də paltarda, yaxud qablarda kirliliyi təmizləməkdir. Kirliliyi təmizləmək üçün həmin kimyəvi maddələrdə ya turşuları, ya qələviləri həll edirlər ki, bu da dəriyə zərərdir. Dəridə lipid təbəqəni parçalayır, allergik reaksiyaların yaranmasına səbəb olur. Ona görə də bu vasitələrdən istifadə edərkən qoruyucu əlcək taxılması məsləhətdir. Qoruyucu əlcəyin altından əllərə nəmləndirici, yaxud yağlı kremlər sürtmək lazımdır.

Həkim bildirir ki, artıq problem baş veribsə, əllər qaşınır, əgər səpirsə, bunu qətiyyən ev şəraitində müalicə etmək olmaz. Mütləq həkimə müraciət etmək lazımdır.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video