10 Yanvar 2022 18:12
2919
Səhiyyə
A- A+

Yorğunluğu və stresi aradan qaldırmaq üçün gündə bir-iki fincan limonlu çay içmək məsləhətdir

 

Limon subtropik meyvə bitkiləri içərisində yüksək qidalılıq, diyetik və müalicəvi əhəmiyyətinə görə qiymətli bitkidir. Limon meyvələri tibdə çox qədimdən istifadə olunur. Belə ki, limondan tənəffüs yollarının xəstəliyi, əzələ revmatizmi, angina, mədə-bağırsaq və bir sıra başqa xəstəliklər zamanı geniş istifadə edilir.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə Dövlət Aqrar Universitetinin dosenti Hüseyn İdrisov qış aylarında limondan istifadənin əhəmiyyətindən danışarkən bildirib.

O, xüsusilə havaların soyuq keçdiyi aylarda insanda virus, mikrob əleyhinə və immun sistemini yüksəldən vasitə kimi limonun çox faydalı olduğunu vurğulayıb: “Limonun qabığından alınan efir yağları ətriyyat istehsalında və təbabətdə işlənir. Efir yağı müxtəlif meningit və qarın yatalağı xəstəlikləri törədən mikroorqanizmlərə qarşı güclü antibiotikdir. Dəri xəstəlikləri zamanı limon şirəsi içməklə yanaşı, onu zədəli yerə sürtmək qızartının və qaşınmanı götürür.

Həmçinin limonlu çay qrip, soyuqdəymə, öskürək, başağrısı kimi xəstəliklərə faydalı olduğu kimi, arıqlamaq istəyənlər üçün də C vitamini və sellüloz ilə zəngin meyvədir.

“Limonlu çay hazırlamaq çox asandır. Qaynadılan suya bir xörək qaşığı çay əlavə edirik və qaynamağa qoyuruq. Sonra isə limon şirəsi və istəyə görə şəkər əlavə olunur. Gündəlik yorğunluğu və stresi aradan qaldırmaq üçün gündə bir-iki fincan limonlu çay içmək də məsləhətdir”, - deyə H.İdrisov əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video