21 Aprel 2019 01:13
671
İQTİSADİYYAT

Yol salmaq, su çəkmək, ev tikməkdən savab iş yoxdur


Prezidentİlham Əliyevin əsas diqqət və qayğı göstərdiyi məhz bu sahələrdir


Dövlət başçısıİlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatlar ölkəninümumi inkişafına xidmət etməklə yanaşı, sosial məsələlərin həllinə, əhalinin həyatşəraitinin yaxşılaşmasına da xidmət edir. Həyata keçirilən nəhəng infrastrukturlayihələri ölkəmizin dayanıqlı inkişafında və sosial məsələlərin həllində önəmlirol oynayır.

Həyata keçirilənyol infrastruktur layihələri demək olar ki, ölkənin bütün regionlarını əhatə edir.İlk növbədə beynəlxalq və respublika əhəmiyyətli magistral yollar dünya standartlarınauyğunlaşdırılır. Rayonlararası və kəndlərarası, eləcə də kəndarası yolların tikintisidə unudulmur. Bu sahədə görülən işlərin sayəsində ölkə ərazisində avtomobillə yükvə sərnişin daşınması həm xeyli asanlaşıb, həm də artıb.

Ümumiyyətlə,2004-cü ildən bugünədək ölkə ərazisində ümumilikdə 15 min kilometrdən çox avtomobilyolu salınıb. Təkcə keçən il 2 min kilometr yeni avtomobil yolu çəkilib. Başqa sözlə,920 kəndin yol infrastrukturunu yaxşılaşdırıb, yerli əhalinin rahat gediş-gəlişinitəmin edib. Həmin yaşayış məntəqələrində 2,2 milyon insan yaşayır.

Ölkəmizdəhəyata keçirilən layihələr beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.Davos Ümumdünya İqtisadi Forumunun hesabatında yol infrastrukturunun keyfiyyətinəgörə Azərbaycan dünyada 34-cü yerdədir. Bu sahədə təkcə keçmiş SSRİ məkanında liderdeyilik, həmçinin bir çox inkişaf etmiş ölkələrdən irəlidəyik.

Prezidentİlham Əliyev yol infrastrukturunun əhəmiyyətini vurğulayaraq demişdir: "Bildiyinizkimi, bu, eyni zamanda iqtisadi amildir. Çünki yol olan yerdə kənd təsərrüfatınıninkişafı da sürətlənir, yol olan yerdə sosial məsələlər də öz həllini tapır... Buil ən azı, hələlik ən azı 1000 kilometr yol salınacaqdır. Onların arasında əlbəttəki, yüzlərlə kənd yolları var, eyni zamanda, magistral yolların tikintisinin davametdirilməsi layihələri var, o cümlədən Astara-İran sərhəd yolu... Bu il yeni Sumqayıt-Rusiyasərhəd yolunun tikintisi üçün böyük vəsait nəzərdə tutulub. Beləliklə, həm Rusiyasərhədinə gedən ikinci yolumuz olacaq, eyni zamanda, çox keyfiyyətli yol olacaq”.

Məlum olduğukimi, Azərbaycanda su mənbələrinin sayı və həcmi elə də çox deyil. Problemi aradanqaldırmaq üçün son dövrlər Prezident İlham Əliyevin təşəbbüsü ilə "Şəmkirçay”,"Taxtakörpü”, "Tovuzçay” kimi nəhəng su anbarları yaradılıb ki, bu da ölkədə yüzmin hektarlarla əkin sahələrinin suvarılmasına və minlərlə əhalinin içməli suyaolan tələbatının ödənilməsinə imkan verir.

Kiçik çaylarınüzərində yaradılan su anbarları da bölgələrin əkin və içməli suya olan tələbatınınödənilməsinə öz töhfəsini verir. Təkcə ötən il 100 min hektar torpağa suyun verilməsitəmin edilib. Düzdür, 60 min hektara əvvəl də su verilirdi, lakin bu, çox aşağısəviyyədə idi. Onu da qeyd edək ki, aqrar sektorda məhsul istehsalının artmasınıtəmin edən əsas amillərdən biri məhz su ilə təminatdır.

Əhalinin içməlivə əkin suyuna olan tələbatının ödənilməsinin digər yolu artezian quyularının qazılmasıdır.Ümumiyyətlə, Azərbaycanda artezian quyularının qazılmasının əhəmiyyəti böyükdür.Çünki ölkəmizin bir çox ərazisini çay suları ilə suvarmaq mümkün deyil. Ya çaylarbu ərazidən uzaqdır, ya da relyefinə görə həmin ərazilərə kanal vasitəsilə su çəkməkmümkün deyil. Odur ki, ümid qalır artezian quyularına. Dövlət başçısının tapşırığıilə bu sahədə böyük işlər görülür. Hər il 300 subartezian quyusu qazılır. Cari ildədə 300 artezian quyusunun qazılması nəzərdə tutulub. Onu da qeyd edək ki, artezianquyularının qazılmasına start verildikdən sonra əvvəllər istifadəsiz qalan və yadəmyə ərazilərdən bol məhsul götürülür.

Ölkənin inkişafındaönəmli rol oynayan sosial infrastruktur layihələrinin icrasına da xüsusi önəm verilir.Prezident İlham Əliyev sosial cəhətdən həssas təbəqə olan məcburi köçkünlərin mənzil-məişətşəraitinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır. Təkcə ötən il 5800 köçkünailəsinə yeni mənzillər verilmişdir. Cari ildə isə 5000 köçkün ailəsi üçün yenimənzillər tikilir.

Şəhid ailələrivə Qarabağ müharibəsi əlilləri də unudulmur. Təkcə keçən il bu kateqoriyadan olan626 ailəyə mənzil verilib. Cari ildə də bu iş davam edir. Dövlət ərazisi bütövlüyüuğrunda şəhid və əlil olanlara, onların ailələrinə, ordu sıralarında uzun müddətvə nümunəvi xidmət edən hərbçilərə də hər cür qayğı göstərir.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video