“Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub
Yanvarın 25-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin parlamentin yaz sessiyasında ilk iclası keçirilib.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclası açan komitənin sədr müavini Qüdrət Həsənquliyev gündəliyə beş məsələnin daxil edildiyini deyib.
Qüdrət Həsənquliyev Milli Məclisin 2021-cı ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabatı diqqətə çatdırıb. Məlumat verib ki, hesabat dövründə komitənin 25 iclası keçirilib, 87 məsələyə baxılıb. 26 qanun layihəsi üç oxunuşda, 5 qanun layihəsi bir oxunuşda müzakirə edilib, Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsi qəbul olunub, hakimlərin təyin edilməsi məsələsinə baxılıb. 2021-ci ilin payız sessiyası dövründə vətəndaşlardan, idarə və təşkilatlardan, həmçinin elektron poçt vasitəsilə daxil olmuş müxtəlif məzmunlu 231 müraciət aidiyyəti üzrə göndərilib. Vətəndaşların şifahi müraciətləri də diqqətdə saxlanıb və müvafiq tədbirlər görülüb. Sessiya ərzində pandemiya qaydalarına uyğun olaraq vətəndaşların qəbulu onlayn formatda və telefon vasitəsilə həyata keçirilib. Komitə üzvləri 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş övladlarımızın anım mərasimlərində iştirak ediblər, şəhid ailələri və qazilərlə görüşlər keçiriblər.
Sonra Qüdrət Həsənquliyev komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planının layihəsi barədə məlumat verib. Bildirib ki, yaz sessiyasında komitədə Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim edəcəkləri qanun layihələrinə baxılacaq. Bundan başqa, komitəyə daxil olan qanun layihələrinin komitənin iclasına çıxarılması, müzakirəsi, müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili və ümumiləşdirilməsi həyata keçiriləcək.
Sonra komitənin 2021-ci ilin payız sessiyasındakı fəaliyyəti qənaətbəxş hesab olunub, 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.
Qüdrət Həsənquliyev bildirib ki, gündəliyin növbəti iki məsələsi - “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və İnzibati Xətalar Məcəlləsində dəyişiklik (birinci oxunuş) edilməsi barədə qanun layihələridir.
Sənəd barədə məlumat verən Bakı Nəqliyyat Agentliyinin Hüquq şöbəsinin müdir müavini Daşqın İbadov diqqətə çatdırıb ki, “Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 181 nömrəli Fərmanının icrası ilə əlaqədar nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması məqsədilə “Yol hərəkəti haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dayanma, durma, parklanma, o cümlədən ödənişli parklanma ilə tənzimləmənin təkmilləşdirilməsi və bu sahədə olan bəzi cərimələrin artırılması təklif olunur. Layihə hazırlanarkən bu sahədə beynəlxalq təcrübə nəzərə alınıb.
Müzakirələr zamanı çıxış edən komitə sədrinin müavini Qüdrət Həsənquliyev və komitə üzvləri Fəzail Ağamalı, Tahir Kərimli, Azay Quliyev, Elşən Musayev, Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev çıxış edərək layihə barədə fikirlərini bildiriblər.
Müzakirələrdən sonra hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
İclasda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında digər bir qanun layihəsinə birinci oxunuşda baxılıb.
Komitə sədrinin müavini Qüdrət Həsənquliyev bildirib ki, təklif olunan dəyişiklik dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin profilaktikası və qarşısının alınması məqsədilə İnzibati Xətalar Məcəlləsinin 279-cu maddəsində təkmilləşdirmə aparılaraq həmin maddəyə 279.0.1.1-ci maddənin əlavə edilməsini özündə ehtiva edir.
Dəyişiklik birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.
Onlayn iclasda komitənin üzvləri Nizami Səfərov, Madər Musayev, Əminə Ağazadə, Bəhruz Məhərrəmov, Tahir Kərimli, Nurlan Həsənov, Kamal Cəfərov, Sabir Hacıyev, Vüqar İsgəndərov, Cəbi Quliyev, Milli Məclis Aparatının və digər müvafiq qurumların əməkdaşları iştirak ediblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mart
ABF rəsmisi: "Böyük İpək Yolu" turnirinin Bakıda keçirilməsi boksun ölkəmizdə inkişafının təzahürüdü...
28 Mart
Manə Mollayeva : Xallar əldə etmək üçün vuruşacağıq
28 Mart
Yekun qərar qəbul edilməyib - Emin Ağalarov
28 Mart
Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
28 Mart
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
28 Mart
Biz unutmuruq, tarix də unutmasın...
28 Mart
Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib ...
28 Mart
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
28 Mart
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir ...
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!