15 Fevral 2022 00:32
1911
Oxucu məktubları
A- A+

Yeni məktəb binasına görə Heydər Əliyev Fonduna minnətdarıq

 

Bizim Qoşabulaq Gədəbəyin ucqar kəndlərindəndir. Son illər rayonun digər kəndləri kimi, burada da bir sıra abadlıq və quruculuq işləri həyata keçirilmişdir. Lakin kəndimizdəki məktəb binası köhnə olduğundan uşaqlarımızın normal təhsil almalarında problemlər vardı.

1959-cu ildə inşa edilmiş və cəmi 6 sinif otağından ibarət olan köhnə məktəbdə o qədər sıxlıq yaranmışdı ki, hətta dərslər növbə ilə keçirilirdi. Binanın özü isə yararsız vəziyyətə düşmüşdü. Ayrı-ayrı qurumlara dəfələrlə edilən müraciətlərimiz səmərəsiz qalmışdı.

Amma Heydər Əliyev Fondu köməyimizə gəldi. Kənddə 180 şagirdlik yeni məktəb binasının tikintisinə başlanıldı. İki il davam edən tikinti keçən ilin sonunda başa çatdı. İkimərtəbəli  məktəb binasında 12 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika otağı, hərbi təlim və tibb, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, akt və idman zalları, eləcə də açıq havada idman meydançası yaradıldı. Məktəb müasir mebel və avadanlıqlarla da təmin edildi. Bir sözlə, məktəbdə tədrisin yüksək səviyyədə tədris olunması üçün bütün şərait mövcuddur.

Hörmətli redaksiya! Uşaqlarımızın yüksək səviyyədə təhsil almaları üçün yaratdığı şəraitə görə Heydər Əliyev Fonduna, eləcə də fondun prezidenti Mehriban xanım Əliyevaya kənd sakinləri adından dərin minnətdarlığımızı bildiririk.

 

Vüsal İBRAHİMOV,

Gədəbəy rayonunun Qoşabulaq kənd sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video