26 Iyun 2022 02:20
265
Səhiyyə

Yayın şəfa verən meyvələri

 

Çiyələk, tut, albalı, ərik, şaftalı, qarpız, qovun… Yay fəslinin ləzzətli və sulu meyvələri… Xüsusilə qızmar istilərdə susuzluğumuzu yatırtmaq üçün bizə inanılmaz kömək olan bu meyvələr həm də bol vitamin və mineral maddələrin qaynağı olması baxımından da sağlamlığa böyük fayda verir.

Mütəxəssislər bildirirlər ki, yay meyvələri də yüksək antioksidant tərkibli olması ilə orqanizmi ürək, xərçəng və diabet kimi metabolik xəstəliklərdən qoruyur. Meyvələr tərkiblərindəki lif sayəsində həzm sisteminin sağlam olmasına təsir edir.

Vitaminlər, minerallar, su ilə zəngin olan meyvələri xüsusilə mövsümündə istehlak etmək sağlam həyat üçün çox vacibdir. Buna görə də müxtəlif növ və rəngarənglikdə olan yay meyvələrindən bəhrələnmək lazımdır.

Türkiyəli uzman-diyetoloq Çisem Gündüzün sözlərinə görə, meyvələrin hər birinin fərqli rəngdə olması, onlarda vitamin və mineralların da fərqli olduğunu göstərir. Bu səbəblə seçim edərkən mümkün olduqca müxtəlif rəngli meyvələrə üstünlük vermək məqsədəuyğundur. Meyvələrin lifli olmaları isə bağırsaq sağlamlığının qorunmasına çox kömək edir. Bununla qəbizlik başda olmaq üzrə, həzm sistemindəki bir çox problemlərin qarşısını almaq mümkündür. Eyni zamanda meyvələr yoğun bağırsaq xərçənginə tutulma riskini də azalda bilir.

 

Çox yeyiləndə zərər verə bilər

 

Lakin diyetoloq xəbərdarlıq edir ki, meyvələrin tərkibindəki şəkərin miqdarına görə bəzilərini çox yemək məsləhət deyil. Xüsusilə də yayda sərinləmək üçün həddindən çox istehlak edilən bu meyvələr artıq çəki yarada bilər. Buna görə də meyvəni miqdarında yemək daha faydalı olur: "Orqanizmdə enerji olaraq yandırılmadıqda meyvənin tərkibindəki şəkər yağ formasında yığılır və buna görə də artıq çəki  almağa səbəb olur".

Eyni zamanda yay meyvələrinin tərkibində meyvə şəkəri olaraq bilinən fruktoza yüksək qan şəkərinə, qarın ağrılarına, insulin müqavimətinin düşməsinə və piylənməyə qədər bir çox hallara səbəb ola bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video